Keks üçün:
3 yumurta
1.5 st. şəkər
1 st. naringi suyu
0.5 st. yağ
1 x. q. naringi qabığı sousu
2.5 st. un
1 vanil
1 qabartma tozu
1 silmə çay qaşığı soda
Naringi sousu üçün:
1 st. naringi suyu
1 dolu ç.q. nişasta
2 x. q. şəkər
Naringi qabığı sousunun hazırlanması:
Təxminən 1,5 kq. qalın qabıq naringinin qabıqlarını ətçəkən maşında (doğrayıcı robotla da ola bilər) çəkirik.
Sonra üzərinə 1 st. şəkər əlavə edib mikserlə və ya elə doğrayıcı robotla şəkər əriyib qabıqlara hopanadək qarışdırırıq.
Daha sonra hazırladığımız sousu bir şüşə qaba yığıb qapağını bərk bağlayırıq. İstədiyimiz qədər soyuducuda saxlaya bilərik.Şirniyyatlar hazırlayanda sousdan sadəcə bir qaşıq əlavə etməklə gözəl ətir qatmış olarıq bişintilərimizə.
Keksin hazırlanması:
Əvvəl naringilərin şirəsini sıxırıq.
Naringiləri enləməsinə iki yerə bölürük və şirəsini sıxırıq.
Yumurta və şəkəri qabarana qədər çalırıq.
Vanil,naringi qabığı sousu,naringi suyu və yağı əlavə edib qarışdırırıq.
Un,soda və qabartma tozunu da əlavə edib 1 dəqiqə qarışdırırıq.
Listi yağlayıb, unlayırıq və keks xəmirini listə tökürük. Əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyuruq. Keks qabarmağa başlayanda sobanın dərəcəsini azaldırıq ki,içi yaxşı bişsin.
Naringi sousunun hazırlanması:
Naringi suyu,nişasta və şəkəri kiçik bir qazana töküb vam odda qaynayıb qatılaşana kimi bişiririk.
Hazır halı belə qatı olmalıdı.Bir kənara qoyuruq ki,keks bişənə qədər ilıqlaşsın.
Keks bişdikdən sonra dilimləyib sousu üzərinə qaşıqla yayırıq.
Keksimiz hazırdı. İstər ilıq,istər soyuq halda servis etmək olar.
P.S. mən naringi qabığı sousunu saxlayım deyə çox hazırladım. Siz istəsəniz bir naringini çəkib,üzərinə bir qaşıq şəkər əlavə etməklə də hazırlaya bilərsiz.Lakin keks üçün naringilərin suyunu sıxdıqdan sonra qabıqlar çıxmış olacaq və atmayıb sousunuzu hazırlaya bilərsiz bol-bol :).Qabıqları çəkməmişdən əvvəl içində olan naringinin pərdələrini təmizləyin,çünki onlar acı dad verər sousa.
Birdə keks bişənə qədər hazırladığımız naringi suyu sousu çox soyumuş olsa,biraz ilıqlaşdırıb sonra keksin üzərinə yayın ki,yaxşı yayılsın.
Ümid edirəm hazırlayacaqsınız. Çox dadlı və yeməyə doymayacağınız bir keks olacaq əmin olun :) İndidən hər kəsə Nuş olsun!
XƏBƏR LENTİ
Meyvələrin təqsiri yoxdur
Şəkinin giriş-çıxışına polis postu quruldu
Məsləhətinizə ehtiyacım var
Magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb
Abortdan sonra
AMEA-da akademik Vəli Axundovun 100 illik yubileyi qeyd olunub
Milli yemək axtarışında....
Azərbaycanda koronavirusdan ölənlərin dəfn prosedurları açıqlandı - RƏSMİ
Payızın sağlamlıq qaydaları
Rusiyadan Ukraynaya daha bir zərbə
Bananın ziyanı və xeyri
"Bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq"
Həyatın mənbəyi - su
Yerliləri Ronaldunu sevindirdilər
17 əsrlik sirrin üstü açıldı
Kakaolu keks (foto resept)
Su yoqasının faydaları
Bir ay əvvəl nişanlanan məşhur cütlük ayrıldı
Hülya Avşar yeni FOTO paylaşdı
HAVA necə olacaq?-4 Noyabr
İtirdiyi 1000 lirəni tapan qadın dəli oldu
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 93 yeni yoluxma - FOTO
Xrizontema piroqu (foto resept)
Badımçanlı rulet (foto resept)
İlham Əliyev açıq danışdı
Soğanın bu inanılmaz gücünü bilirdiz?
Möhtəşəm rekord: super nənə ölkədən ölkəyə üzdü
Azərbaycanda karantindən sonra toylar belə keçirilə bilər - VİDEO
Bu proqram vay-fay bağlantısını zəiflədir
“Harry Potter”in rəsmi mağazası açılacaq
Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq
Azərbaycan dili - VIII dərs
Yaponlar niyə kökəlmir?
Böyrəyinizi itirmək istəmirsinizsə, oxuyun
Nüvə müharibəsinin qarşısını almış sovet zabiti
Ərdoğandan Bakıya gözlənilən səfəri ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycan millisində 3 yeni sima
Yataq otaqlarınıza saray havası verin...
Sabahın HAVAsı
Kadir Doğulu reklam üçün 1 milyon aldı
Azərbaycanda seçici siyahılarının hazırlanması praktikası digər ölkələr üçün nümunə ola bilər
Bu qəsəbələr içməli suya həsrət qalacaq
Köklü kabak yeməyi (foto-resept)
Əcnəbilər tərəfindən övladlığa götürülmüş azərbaycanlı uşaqların həyat şəraiti ilə bağlı hesabat hər altı aydan bir hökumətə təqdim ediləcək
Dünya bankı Abşeron göllərinin təmizlənməsinə yardım edəcək
Əkiz mələklərim
Gilas kompotu (foto resept)
Gözəllik içkiləri
Nəyə görə hamilələrə fol turşusu vacibdir ?
Sergey Markov: “Azərbaycan hərbi qələbəyə yaxındır”
- ŞƏRHLƏR