Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına az qaldığı bir vaxtda cəmiyyətin ziyalı təbəqəsi, tanınmış ictimai-siyasi xadimlər bu yarışla bağlı öz fikirlərini açıqlayır, Azərbaycanın böyük bir idman yarışına ev sahibliyi etməsini yüksək qiymətləndirdiklərini deyirlər. Biz də öz növbəmizdə Avropa Oyunlarıyla bağlı bir neçə tanınmış ziyalımızın fikrini öyrəndik.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının fikrincə, Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin Avropanın bir parçası olduğunu sübut edir: "Azərbaycan Avropanın bir hissəsidir və bu cür mötəbər tədbirin burada keçirilməsi böyük hadisədir. Avropa Oyunlarına görə böyük idman mərkəzləri tikildi. O mərkəzlər qısa müddətdə hazır oldu və bu oyunlardan sonra da Azərbaycana qalacaq. Gələcəkdəki beynəlxalq yarışlarda da onlardan istifadə ediləcək. Ona görə bu hadisəni çox yüksək qiymətləndirirəm".Millət vəkili Oyunlarla bağlı Qərb mətbuatında yer alan bəzi fikirləri qərəzli adlandırdı: "Qərbdəki ermənipərəst qüvvələrin bu oyunların Azərbaycanda keçirilməsi haqqında xoşagəlməz informasiya yayması Qərbin fikri demək deyil. Həmin fikirlər tək-tək adamların qərəzidir və heç bir əhəmiyyət kəsb etmir. Ölkəmizdə "Eurovision" mahnı müsabiqəsi keçiriləndə də bu cür qara piar aparılırdı, ancaq bu, heç nəyi dəyişmədi. Biz bilməliyik ki, müsəlman ölkəsiyik və böyük erməni lobbisi bizə qarşıdır. Mahnı müsabiqəsi kimi, ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirməklə bütün danışılanların cavabını verəcəyik".Xalq şairi, Yazıçılar Birliyinin katibi Fikrət Qoca bu tədbirin ölkəmizi bir daha dünyaya tanıdacağına inanır: "Bu gün bütün dünya bizim sorağımıza, bizim vətənimizə gəlir. İdmançıların da hamısı gənclərdir. O gənclər gəlib ölkəmizlə tanış olacaq, gedib öz diyarlarında Azərbaycandan danışacaqlar. Bu yarışda yer tutsalar da, tutmasalar da, gördüklərindən, Azərbaycanın mənzərəsindən, insanlarından bəhs edəcəklər. Ümumiyyətlə, bu, böyük bir hadisədir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm şərəfli, həm də çətin işdir. Gərək hamımız bu oyunlarda ölkəmizə dəstək olaq, iştirak edək. Gərək vətəndaşlarımız da turistlərin üzünə gülümsəyərək baxsınlar. Bunun özü belə böyük şeydir".Fikrət Qoca bu tədbirin Bakıda keçirilməsinə çox sevindiyini dedi: "Bu oyunlar Azərbaycanın dünyada reklamı olacaq. Buna ancaq və ancaq sevinmək olar. Bizim bir vətənimiz var, biz bu vətənin övladlarıyıq. Vətənimizlə bağlı bütün xoş hadisələrə sevinsək, yaxşıdır. Bizim evimiz buradır, buradan başqası yoxdur. Adama torpağı heç kim vermir. Hamı əksinə, bizdən torpaq qoparmaq istəyir. Ölkəmiz dünyəvi bir tədbir keçirir. Hamıya bir daha uğurlar arzu edirəm".Millət vəkili Nizami Cəfərov Avropa Oyunlarının Azərbaycan üçün üç mühüm əhəmiyyətini sadaladı: "Birincisi, İlk Avropa Oyunlarının Bakıda keçirilməsi qərarlaşdırılıbsa, bu, bəribaşdan Azərbaycanın nüfuzu deməkdir.İkincisi, ölkəmiz bu oyunlarla dünyada təbliğ olunacaq. Qərb bir daha biləcək ki, Azərbaycan dünya standartlarına cavab verən ölkədir. Əslində, artıq indiyə kimi çox böyük təbliğat gedib. Azərbaycan ilk Avropa Oyunlarının ev yiyəsi kimi dünyada təbliğ edilir, öyrənilir. Ölkəmizə çoxlu turistlər gəlir. Nəticə etibarilə Azərbaycan bu tədbirlə daha da məşhurlaşacaq. Bu işin öhdəsindən çox ləyaqətlə gələcəyik. Bütün hazırlıqlar bunun bariz göstəricisidir.Üçüncüsü, bu Oyunlar təsdiq edir ki, Azərbaycan idman ölkəsidir. Azərbaycanın çox tanınmış, qüdrətli idmançıları var. Ölkəmizdə bu idman ənənələri olmasaydı, idman infrastrukturu geniş yayılmasaydı, təbii ki, heç kimin ağlına gəlməzdi ki, Avropa Oyunları Azərbaycanda keçirilsin. Bu kimi cəhətlər göstərir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi uğurlu seçimdir və bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR