Qaz əmələ gəlməsi orqanizm üçün adi bir prosesdir: həzm zamanı Hava udulur, qidanın həzmi və mədə-bağırsaq traktında bəzi məhsulların fermentasiyası qazların yığılmasına səbəb olur. Çox vaxt yığılmış qazlar özləri orqanizmdən xaric olurlar. Bununla belə, onların həddindən artıq əmələ gəlməsi və mədə-bağırsaq traktının pozulması meteorizm və şişkinliyə səbəb ola bilər. Bu zaman ən çox pəhrizdə olan həddindən artıq qaz meydana gəlməsinin səbəbi istisna edilməlidir.
Orqanizmdə qazlar haradan yaranır
Qidanı çeynəyərkən və udarkən təbii olaraq az miqdarda hava udulur, bu da sonra qida ilə birlikdə həzm sisteminə daxil olur. Bu hava mədənin işini stimullaşdırır və qalığı adətən gəyirmə şəklində xaric olur. Həzmdə iştirak edən hava orqanizm tərəfindən sorulur və bağırsaqlarda yaşayan bakteriyaların həyati fəaliyyəti üçün istifadə olunur. Bu mikroorqanizmlər öz növbəsində həzmdə iştirak edir və bağırsaqda yığılan qazları xaric edirlər. Bu qazların qalığı təbii yolla - anus vasitəsilə çıxir. Əlavə qaz mənbəyi - qidadır. Bəzi qidalar həzm prosesində, ümumiyyətlə fermentasiya yolu ilə qaz əmələ gətirir. Sağlam bir insanın qida rasionunda qazlı məhsulların üstünlük təşkil etməsi - qaz meydana gəlməsini və meteorizmi - qazların həddindən artıq və ya nəzarətsiz xaric olmasını (flatulence-ni) artıra bilər.
Hansı qidalar qaza səbəb olur
Yüksək qaz əmələ gəlməsinin ən çox görülən səbəbləri, tərkibində çox miqdarda şəkər olan həzm olunmayan lif və ya zülalla zəngin qidalar, həmçinin qıcqırma və fermentasiya məhsullarıdır.
Paxlalılar
Lobya, noxud, mərcimək, soya, paxla və s. Paxlalılar şəkərlə yanaşı çoxlu lif ehtiva edir. Onların həzmi yavaş olduğundan bu müddət qazların əmələ gəlmə və artmasına səbəb olur.
Çarmıxlılar - Kələm, brokoli, gül kələm, qulançar və s.
Bunlar qaz və şişkinliyə səbəb olan əsas qidalardır.
Çarmıxlılar həzmi çətin olan və bağırsaq içərisində qıcqırmağa başlayan qida lifi ilə zəngindir. Bundan əlavə, onların tərkibindəki rafinoz mədə — bağırsaq bakteriyalarını qidalandıran və qaz əmələ gəlməsinə səbəb olan şəkərdir.
Turşu və fermentləşdirilmiş qidalar
Turşuya qoyulmuş və fermentləşdirilmiş tərəvəzlər (marinadlar): kələm turşusu, duzlu xiyar, marinad pomidor və s. Onlar həzm prosesində fermentasiyaya səbəb olmaqla yanaşı həm də çox miqdarda duz ehtiva edirlər. Orqanizmdəki su-duz balansının pozulması orqanizmdə qazların ləngiməsinə zəmin yaradır.
Süd məhsulları
Süd, kefir, pendirlər və s. Təzə süd məhsullarının tərkibində çoxlu qaz əmələ gətirən bağırsaq fermentasiya edən bakteriyaların sevdiyi şəkər olan laktoza vardır. Fermentləşdirilmiş süd məhsulları - qıcqırdılma və fermentasiyanın nəticəsidir.
Qazlı içkilər
Limonadlar, toniklər, mineral su və s. Öz tərkibi ilə yüksək qaz yığılmasına səbəb olurlar. İnsan bu cür içkiləri içdikdə, tərkibindəki qazları da udur.
Pivə və şampan
Yetkinlərdə qaz və şişkinliyə səbəb olan qidaların ayrı bir kateqoriyasıdır. Bu içkilər fermentasiya nəticəsində əmələ gəlir və buna görə də özlərində bir çox qaz ehtiva edirlər. Həmçinin, tərkibindəki şəkərlər bağırsaq mikroflorasının metabolizmasında iştirak edirlər.
Nişastalı tərəvəzlər
Kartof, buğda, qarğıdalı və s. Nişastanın bədən tərəfindən həzm edilməsi çox çətindir və daha çox bağırsaq bakteriyasının həzmə qoşulmasını tələb edir ki, bu da nişastanın parçalanması zamanı çox qaz əmələ gətirir.
Soğan və sarımsaq
Soğan və sarımsaq nadir hallarda təmiz formada yeyilir, müxtəlif xörəklərin hazırlanmasında inqrediyentlər kimi çıxış edirlər. Meteorizm olan insanlar onlardan imtina etsələr daha yaxşıdır. Soğanda olan saxaroza yüksək qaz əmələ gəlməsinin səbəbidir. Sarımsaq fermentativ pozuntular səbəbindən bəzi insanlar tərəfindən pis qəbul edilə bilər və bu vəziyyətdə sarımsağın tez-tez istehlakı qazın əmələ gəlməsinə zəmin yaradır.
Meyvə və quru meyvələr
Tərkibindəki yüksək şəkər səbəbiylə şişkinlik və köplük yaradan qidalar. Bundan əlavə qida lifli meyvələrin həzm edilməsi zamanı yüksək qaz əmələ gəlməsi baş verir.
Muffin (şirniyyat) və un
İstənilən mayalı və şirin xəmir. Maya bağırsaqlarda fermentasiya proseslərinə zəmin yaradır, bu da qazların yığılmasını artırır.
Qazlardan necə qurtulmaq olar
Yüksək qaz meydana gəlməsi həyat keyfiyyətini azaldan xoşagəlməz bir haldır. Bundan əlavə, bəzi hallarda meteorizm ayrı-ayrı mədə-bağırsaq xəstəliklərinin əlaməti ola bilər: qərgin bağırsaq sindromu, müxtəlif təbiətli ferment çatışmazlığı, disbakterioz və digərləri. Balanslaşdırılmış pəhriz və qaza səbəb olan qidaların rasiondan çıxarılması sağlam insanda şişkinlik və köp problemini həll edə bilər. Lactoflorene® Плоский Живот da qaz meydana gəlməsini normallaşdırmağa kömək edir.
Orta hesabla gündəlik Lactoflorene® Плоский Живот kursu10-30 gün ərzində qaz əmələ gəlməsini azaltmağa kömək edir. Lactoflorene® Плоский Живот əsas komponentləri çox yönlü təsir edir, tərkibi meteorizm və qarın şişkinliyinin əsas səbəblərinə yönəldilmişdir: — qidanın adekvat həzmindən məsul olan enzimatik tarazlıq Lactoflorene® Плоский Живот tərkibdə olan alfa-qalaktosidaza tərəfindən gücləndirilir. Bu ferment assimilyasiya üçün çox vaxt tələb edən kompleks karbohidratların parçalanmasında iştirak edir. Lactoflorene® Плоский Живот tərkibində beta-galaktosidaz süd məhsullarının həzminə kömək edən əlavə laktaza mənbəyidir.
- bağırsaq mikroflorası Lactoflorene® Плоский Живот komponenti olan əlavə probiyotiklər tərəfindən dəstəklənir. Bifidobakteriyalar və laktobakteriyalar mikrobiotanı çürüyən bakteriyaların fəaliyyətinə maneə törədən suşlarla zənginləşdirir.
- artıq qazların xaric edilməsi həmçinin Lactoflorene® Плоский Живот karminativ komponentləri – melisa, çobanyastığı, zəncəfil və pasiflora bitki ekstraktları tərəfindən stimullaşdırılır. Pəhriz və carminative dərmanların qəbulu müsbət nəticəyə gətirib çıxarmazsa, həkimə müraciət etməlisiniz.
XƏBƏR LENTİ
WhatsApp-da yeni üsul var
Elman Rüstəmov manatdan DANIŞDI
Azərbaycanda ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara XƏBƏRDARLIQ
Rusiyadan keçmiş SSRİ vətəndaşları ilə bağlı KRİTİK HƏMLƏ
"Çingiz mənim kumirimdir"
Azərbaycanda ilk milli ödəniş sistemi yaradılır
Mərkəzi Bankdan kredit açıqlaması
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Leyla Əliyeva açılışda - FOTO
Braziliyalı uşaq öz şirniyyat pulunu Azərbaycan ordusuna yardım kimi yolladı
Jurnalistlər kütləvi şəkildə koronavirus testindən keçirilə bilər
Ən çox televizora baxan xalq hansıdır?
Fettuccine Alfredo (foto resept)
Koronavirus haqqında bildiklərimizi alt-üst edən ARAŞDIRMA
HAVA necə olacaq?- 22 APREL
Böyüməmiş ana olan qızlar
Ayran şorbası
Burak Özçivitin tərəf-müqabili bəlli oldu -FOTO
Baş epidemioloqdan AÇIQLAMA
İstiqaməti kompassız təyin edən canlılar
Sinoptiklərdən xəbərdarlıq: hava kəskin dəyişəcək
H&M qadın geyimləri
Darçının faydaları
Kardi-B saçlarının təbii halını göstərdi-FOTO
Balıq qadın ürəyinə xeyirlidir
Ev şəraitində gözəlləş!
Faydalı məsləhətlər
Yay üçün ayaqqabılar
Balığın əməliyyatına 380 avro ödədi
Qadınlarda hormon pozğunluğu əlamətləri
Sinemin makiyajsız FOTOsunu paylaşdı
Vivienin bürc illustrasiyaları
Dörd yaşlı uşaq karantin qaydalarını pozduğu üçün cərimələndi - FOTO
Ağız qoxusunun qarşısını alacaq tövsiyələr
Xəstəxanalarımızda görünməmiş yenilik- nazir əmr verdi
Dünyanın ən qəribə ağacları
Dünyada İLK - Həbsxananı xatırladan KAFE - FOTO
YouTube Kids platformasını təqdim edəcək
Bu gerçəkdir, model deyil
Dil təmizliyi üçün təbii üsullar
Məşhur modeli təhqir etdilər-SƏBƏB
Bu ölkədə oruca qadağa qoyuldu
Bred Pittdən gözlənilməz hərəkət
Türkiyədə uşaqlar 40 gün sonra çölə çıxdılar - FOTO
Məşhur cütlük 10 gün əvvəl gizli boşanıb
Nardan ürəyə aparan yol
Stiven Siqal Rusiyada torpaq alacaq
Yuxu yozmaları - L
Azərbaycanda şagirdlərində cinsi inkişafı yoxlanılacaq.
Məktəb öncəsi uşaqlarda yoldaşlıq münasibəti