Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən, Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Bu müddətdə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də işlək olacaq.
"ASAN xidmət"dən verilən məlumatda belə deyilir.
Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslərin icaze.e-gov.az portalında 2020-ci il 20 iyul tarixinə qədər aktiv olan icazələrinin müddətinin uzadılması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən avtomatik olaraq həyata keçiriləcək. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, fəaliyyətinə icazə verilən yeni sahələrdə çalışan vətəndaşlar üçün isə portalda icazə alınmalıdır.
İcaze.e-gov.az portalında mövcud icazəsinin statusuna vətəndaşlar “myGov” elektron hökumət portalında baxa bilərlər. Bunun üçün “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçmək, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq icazəyə baxmaq və ya elektron formasını yükləmək lazımdır.
Evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar isə əvvəlki qaydada, mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməklə icazə əldə edəcəklər. Yeni Qərara əsasən, şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün aldıqları SMS icazənin müddəti iki saatdan üç saatadək artırılıb.
İcazələrin məqsədinə dair isə daha öncə olduğu kimi iki kodla müraciət etmək mümkündür:
1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində üç saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.
2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə üç saat müddətinə gündə bir dəfə verilir.
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər icazə kodunu, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini 8103 nömrəsinə göndərməklə icazə əldə edə bilərlər.
Müvafiq indeks üzrə yaşayış yerini fərdi nəqliyyat vasitəsi ilə tərk etdikdə vətəndaşlara şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, həmin SMS mətninə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da əlavə etmələri tövsiyə olunur. Bu zaman nəqliyyat vasitəsinin icazəsinin olub-olmaması Daxili İşlər Nazirliyi tərəfindən xüsusi texniki vasitələrlə avtomatik formada yoxlanılacaqdır. SMS mətni nümunədə göstərildiyi şəkildə formalaşdırılmalıdır. İcazə indeksi, boşluq, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, boşluq, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. SMS mətninin düzgün formalaşdırılması üçün boşluqlardan qeyd olunan şəkildə istifadə etmək mütləqdir. Həmçinin xarici, tranzit, səfirlik və.s dövlət qeydiyyat nişanları olan nəqliyyat vasitələri üçün də eyni qaydada icazə əldə etmək mümkündür.
Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər.
Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
SMS icazə sisteminin yenilənmiş videotəlimatını təqdim edirik:
XƏBƏR LENTİ
Gözlənilən kimi çıxmayan məhsullar
Zövqlü xanımlar üçün
Nobel prospektində çökmə intensivləşdi
Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Türklər təyyarəni kitabxana etdilər - FOTO
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Küçəyə zibil atanı belə biabır edirlər-FOTO
Azərbaycanda dördəm doğulub
Ərdoğana Don Kixot dedilər
Qalstuk kişinin yaraşığıdır?
Yemək qoxularını necə aradan qaldırmalı?
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
DİN-dən əhaliyə ÇAĞIRIŞ
В«Gürcüstan və Moldovanın avro-inteqrasiyasını dəstəkləyəcəyikВ»
Modern xalça modelləri
Yunan salatı (foto resept)
Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım
ABŞ-da ilk üz köçürülmə əməliyyatı edilən qadın öldü
6000 illik möcüzə bitki qurd üzümü
Dünyanın ən qədim rəsmi
Bütün dünyanı metro birləşdirəcək?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur nağıllarımız planşet və smartfonlarda
Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi
Kaliforniyanın yeni qubernatoru da aktyor olacaq?
Bergüzar Korel doğuş üçün son günləri sayır-FOTO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Günün qoroskopu: ailədə harmoniyanı qoruyun
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Balaca oğlanlarınız üçün gödəkçələr
Şokoladdakı həyat (foto resept)
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Kök insanlar bu xəstəliyə yoluxmur
Bayraq günü ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA
İçi doldurulmuş pomidor (foto resept)
7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü
Bakıda polis postlarının götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Çingiz Mustafayevin çin olan arzusu
Ağ çayın faydası
Özcan Deniz 9 ildən sonra İlk Dəfə
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Azərbaycanda daha 16 nəfər koronavirusdan öldü: Rekord yoluxma - 1663 nəfər
Şokoladlı bananlı keks (foto resept)
Qara Qısa Saç modelləri 2014-2015
“Facebook”da silah və narkotik satılmasına başlanıb
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Peyvənd edilməyən uşaqları nə gözləyir?
Hamısına cəmi bir kart!
Rusiyadan II Avropa Oyunları ilə bağlı açıqlama
Dünyanı silkələyən kəşf - FOTO














