18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Qadin.Net trend-ə istinadən bildirir ki, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq

XƏBƏR LENTİ
Azərbaycanda soyadların verilməsində yenilik
"Borussiya Dotmund"un futbolçusu "Cim Bom"a keçir
Həkim xəbərdarlıq edir!
3 boksçumuz finalda!
İlk baxışdan eşq olarmı?
Günün qoroskopu: bu gün xeyli plan qura bilərsiniz
Viza ən geci 3 günə veriləcək
Bu qızın əlində tər "yağışı" var-FOTO
Kirpikləri uzadan bitki mənşəli yağlar
Bir az möhlət istəyirəm ömürdən...
Yulaflı, kabaklı zapekanka(foto resept)
Güclü qar Quba-Xınalıq yolunu iflic etdi
Turizm obyektlərinə nəzarət gücləndiriləcək
İçlikli badimcan (foto resept)
Kəskin soyuğa hazırlaşın
Azərbaycanın dövlət bayrağı dünyanın ən hündür beşinci göydələnində dalğalanıb
Rusiyada fenomenə çevirilən türk aktyor
Bu gün Messinin 1 yaşı tamam oldu
Erkən qırışların səbəbləri
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Karantində çimərliklərdən istifadə məsələsi müzakirə ediləcək - VİDEO
Castin Biber xanımının şəklini paylaşdı
Manatın məzənnəsi
"Hər şey yeyirdim" - 64 kiloqram arıqlayan aktyor
Göründüyü kimi olmayan sosial media
Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcəklər?
Qat-qat xəmirli boğça paxlava (foto resept)
Ürək peçenyesi (foto resept)
Küncütlü, qaymaqlı keks (foto resept)
Ölmədiyini sübut edə bilmədi
Karantin daha 60 gün uzadılacaq? - AÇIQLAMA
Ərişdə şorbası (foto-resept)
İntihar etmək istəyən şəxsə necə kömək edək? – PSİXİATR YAZIR
Bilmədiklərimizi bilək (II hissə)
Leyla Əliyeva bacısını belə təbrik etdi-FOTO
Moda ikonasından xoşbəxt evliliyin sirri
Duanın insana faydası
Putini yerə yıxacam
Vəziyyət nəzarətdən çıxdı
Mehriban Əliyeva "Macarıstanın Xidmətlərə görə Komandan Xaçı” ordeni ilə təltif edilib
Rusiya qorxuya düşdü
İnternetdə mühafizə problemləri artır
3 ölkədən mühüm bəyannamə
Hadise yenə ƏSƏBLƏŞDİ-FOTO
Çox təmizlik Alzheimer riskini artırır
Orlando Blum və Keti Perri yenidən birlikdə-FOTO
Victoria Beckhamdan dəriyə qulluq
MTN-ə əlavə səlahiyyət verildi
Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı
