KULLANIM KURALLARI
1. İstifadəçi razılaşması
1.1. İstifadəçi razılaşması, istifadəçilərin öz aralarında eyni zamanda layihənin qaydalarına qarşı olan münasibətlərin tənzimlənməsi üçündür.
1.2. Hər bir istifadəçinin qeydiyyatı, yalnız istifadəçi razılaşmasını qəbul, layihənin bütün qaydaları ilə isə razı olduğunu təsdiq etdikdən sonra mümkündür. Qeyd olunanlara əsasən, qeydiyyatdan keçmiş hər bir istifadəçi, istifadəçi razılaşmasını, qaydaları qəbul etdiyini təsdiq etmiş olur.
2. Ümumi müddəalar
2.1. Hörmətli istifadəçilər! Xüsusi olaraq diqqətinizə çatdırmaq istərdik ki, layihənin yaradılmasında mühüm məqsədlərdən biri, portala üzv olacaq şəxslərin vaxtlarını daha səmərəli, faydalı və maraqlı keçirməsindən ibarətdir.
2.2. Hər bir itifadəçi qaydaların pozulmasına görə cavabdehlik daşıyır. Qaydaları bilməməsi və ya oxumamış olması, istifadəçini məsuliyyətdən azad etmir! İstənilən halda qaydaların pozulması yolverilməzdir!
2.3. Qaydalara riayət olunmasına Redaksiya üzvləri nəzarət edir. Redaksiya heyəti qaydaları pozmuş istifadəçiyə qarşı cərimə və cəza tədbirlərini yerinə yetirir. Nəzarətçi şəxslər eyni zamanda qayda pozuntuları qeydə alınmış xəbərin yayımdan çıxarılması, redaktə və silinməsi, mövzulara münasibət bildirərkən qeydə alınmış şərhlərin redaktə və silinməsi, kobud qayda pozuntularına yol vermiş istifadəçilərin saytdan istifadə etmə hüququnun tam məhdudlaşdırılması kimi hüquqlara sahibdirlər. Bütün addımlar Redaksiya üvzünün araşdırması və araşdırma nəticəsində atılmış addım kimi qiymətləndirilir.
2.4. Redaksiya üzvünün qəbul etdiyi qərardan narazı olan istifadələr şikayət etmə hüququna sahibdirlər. Şikayətlərinizi bütün vacib nüansları, sübütları ilə birlikdə [email protected] ünvanına göndərə bilərsiniz. Yalnız şikayətlər, fərdi qaydada istifadəçiyə cəza tətbiq olunduğu halda mümkündür. Ümumi, kollektiv cəzalardan (3 və daha artıq istifadəçinin eyni anda cəzalanması) sonra qeydə alınacaq şikayətlərə baxılmır.
2.5. Layihə Azərbaycan dilli olduğundan, bütün yayımlanacaq xəbərlər, mövzulara münasibət bildirlərkən qeyd olunacaq fikirlər və ümumilikdə portalda yerinə yetiriləcək istənilən əməliyyatlar zamanı doğma ana dilimizin istifadəsi mütləqdir! Yalnız xüsusi hallarda, rəhbərliyin, redaksiya üzvlərin rəyinə əsasən bu qaydanın keçərsiz olmasına icazə verilə bilər.
2.6. Qayda pozuntuları ilə rastlaşan bütün istifadəçilərdən xahiş olunur ki, yayımlanmış hər bir xəbərin, məqalənin və yayımlanan mövzuların müzakirəsi zamanı qeydə alınmış hər bir şərhin sonunda, aşağı hissədə olan “Şikayət et” seçimini etməklə, öz şikayətlərini baxılması üçün əməkdaşlarımıza göndərsinlər. Bütün şikayətlər məxfi saxlanılır, həmçinin şikayətlə bağlı ölçü götürülücəyi haqqında istifadəçilərə tam təminat verilir!
3. Qayda pozuntuları – QADAĞANDIR!
3.1. Layihə daxilində, şəxsi profildə statuslarda, şəxsi ismarıclarda, şərhlərdə, yayımlanan xəbərlərdə, spam formasında göndərişlər, paylaşımlar qəti qadağandır!
3.2. Senzura, etik qaydaları pozmaqla istənilən söz və ya söz birləşməsi, cümlədən istifadə edilməsi qadağandır! Eyni zamanda kobud formada cavablandırmalar, fikir bildirimi, həmçinin bu mövzuda olan şəkillərin yayımlanması və paylaşımı qadağandır!
3.3. Erotik, pornoqrafik tipli, materiallarin – yazı və şəkillərin paylaşımı, yayımlanması qadağandır!
3.4. Digər istifadəçilərin şəxsi məlumatlarının, şəxsiyyətinin istənilən formada müzakirəsi (bu qayda, ad çəkilmədən açıq-aşkar işarə edilərək müzakirə olunan hallara da şamil edilir) qadağandır!
3.5. Konflikt yaradıcı, istifadəçiləri mübahisələrə, qayda pozuntularına təhrik edici şərhlərin yayımlanması qadağandır!
3.6. Rəhbərliyin, redaksiya üzvlərinin verdiyi qərarların müzakirə edilməsi qadağandır! Yalnız, qaydaların 2.4. bəndində qeyd edildiyi kimi, narazı olan şəxslər şikayət hüququndan istifadə edə bilərlər.
3.7. Layihə haqqında, həmçinin layihədə baş verən hadisələrlə bağlı olaraq istənilən mənfi fikirlərin müzakirə müstəvisinə çıxarılması qadağandır!
3.8. Rabitə və İnformasiya texnologiyaları sektoru ilə bağlı dövlət qanunlarının pozulması qadağandır!
3.9. İstifadəçilər arasında dini, irqi ayrı seçkilik yaradılması qadağandır! Yaranan mübahisəli məsələlərin dini qaydalarla müzakirəsi qadağandır!
3.10. Yayımlanmış xəbərlərə münasibət bildirərkən, şərhlər qeyd olunduğu zaman bir neçə istifadəçinin mövzudan kənar “çat” tipli müzakirələr aparması qadağandır!
3.11. Bir şəxsin eyni anda bir neçə istifadəçi hesabından istifadə etməsi qadağandır! Sistem istifadəçi hesabına giriş zamanı, İP ünvan və komputeri müəyyən edir. Bu halda digər istifadəçi hesabları silinir və ya hesab dondurulur. Eyni məkanda saytdan istifadə edənlərin sayı bir neçə nəfər olarsa, bu haqda redaksiyaya yazılı formada məlumat vermək lazımdır!
3.12. İstifadəçi hesablarının statistik göstəricilərinin (xəbər sayı, şərh sayı, reytinq və s.) süni şəkildə artımı (məs.: kiçik mətnli şərhlərin yazılması.) qadağandır!
3.13. Müsabiqələr və onların nəticələri, rəhbərliyin təsdiq etdiyi yeni layihələr, eyni zamanda hər-hansı görülmüş işlə bağlı mənfi rəylərin qeyd olunması, müzakirəsi qadağandır! Etiraz edən şəxslər şəxsi ismarıc və elektron poçtu vasitəsi ilə rəhbərliyə müraciət edə bilərlər. Əks halda bu müzakirələr qaydaların 3.6. bəndinə əsasən, rəhbərlik və redaksiya qərarlarının müzakirəsi kimi qiymətləndirilir.
3.14. Senzura, etik qaydalardan kənar istifadəçi adlarının seçilməsi, ətrafdakıları narahat edəcək avatar rəsimlərin seçilməsi qadağandır!
3.15. Uşaqların senzura, etik qaydalardan kənar şəkillərinin ümumi nümayişi qadağandır! Bu tip rəsimlər, fotoabom bölməsində yerləşdirilməli və nümayiş yalnız dostlar üçün nəzərdə tutulmalıdır!
4. Qayda pozuntuları – CƏRİMƏLƏR, CƏZALAR!
4.1. Kiçik qayda pozuntuları zamanı, Nəzarətçilər, Redaksiya üzvləri istifadəçiyə, gələcəkdə eyni halların təkrarlanmaması üçün heç bir cərimə, cəza tətbiq olunmadan xəbərdarlıq edir.
4.2. Qayda pozuntularından asılı olaraq istifadəçilərə xəbərdarlıq, cərimə və cəzalar tətbiq edilir. Cərimə dedikdə, istifadəçi hesabındakı mövcud balansda toplanmış virtual pul vəsaitlərinin silinməsi nəzərdə tutulur. Cəza isə ciddi qayda pozuntuları zamanı istifadəçilərin saytdan istifadə hüquqlarının məhdudlaşdırılması deməkdir. Qayda pozuntusundan asılı olaraq istifadəçiyə qarşı xəbərdarlıq edilmədən cəzanın tətbiq edilməsi mümkündür!
4.2.1. Yalnız ilk dəfə olmasını və qayda pozuntusunun yüngül halı nəzərə alınmaqla istifadəçiyə xəbərdarlıq edilir.
4.2.2. Cərimələr minimum 50 QN olmaqla, maksimum 500 QN həcmində təyin olunur.
4.2.3. Cəzalar zamanı istifadəçilərin 3, 7, 10 gün üçün və ya ümumiyyətlə bütün zamanlar üçün(həmişəlik) saytdan istifadə hüquqlarını məhdudlaşdırılır.
5. Məqalələrin hazırlanma qaydaları
Məqalə(bundan sonra xəbər) – araşdırmalar, araşdırma nəticəsində əldə olunmuş statistik məlumatlar, məsləhətlər, konkret mövzu ətrafında, əsas mövzudan uzaqlaşmayaraq faktlara əsaslanan, minimum beş yüz simvoldan ibarət, məsafə və fikirlərin ifadə edilməsi üçün istifadə edilən simvollardan ibarət olan yazılı müəllif məhsuludur.
5.1. Başqa müəllif tərəfindən hazırlanmış, digər Azərbaycan saytlarında yayımlanmış(xüsusi hallar istisna olmaqla), eyni zamanda bu saytda daha əvvəl yayımlanmış başqa müəlliflərə məxsus xəbərlərin yenidən hazırlanaraq göndərilməsi qadağandır!
5.2. Xəbər hazırlanarkən, Rubrika və onun bölmələrinə, eləcə də bölmələrə aid alt bölmələrə diqqət yetirilməsi mütləqdir. Rubrika, bölmə, alt bölməsi düzgün seçilməmiş xəbərlərin silinmə ehtimalı böyükdür.
5.3. Xəbərlərin hazırlanmasına dair bir neçə mühüm qeydlər:
- Xəbərin başlığı qısa və tam mətni xüsusi hallar istisna olmaqla bütövlükdə Azərbaycan dilində yazılmalıdır. Başlıqların seçimi zamanı gülməcələrdən(smayl) istifadə etmək olmaz. Başlıqların bütövlükdə böyük hərflərlə yazılışı qadağandır. Eyni zamanda başlıqlarda, latın əlifbasında olmayan xüsusi simvolların da istifadəsinə icazə verilmir! Başlığın sonunda nöqtə qoyulmamalıdır.
- Xəbərə əlavə ediləcək rəsimlərin görüntü keyfiyyəti yüksək olmalıdır. Rəsimlərin əlavəsi zamanı ölçülərə diqqət yetirilməsi mütləqdir. Kiçik ölçülü, keyfiyyət göstəriciləri aşağı səviyyədə olan rəsimlərin məqaləyə əlavəsi, həmin xəbərin yayımlanması qadağandır. Digər saytların ad və ya loqotipləri əsk olunan rəsimlərdən istifadəyə icazə verilmir. Həmçinin, xəbərə əlavə edilən rəsimlər xüsusi müəllif hüquqlarına sahib olan rəsimlər olmamalıdır. Əks halda, müəllifin icazəsi, razılığı mütləqdir.
- Xəbərlərin mətni hazırlanarkən, elmi-ədəbi dildən istifadə olunması tövsiyyə olunur. Dialekt sözlərdən, senzuradan kənar – qeyri etik ifadələrdən, təhqir formalı fikirlərdən istifadə olunması qadağandır. Həmçinin xəbər mətnlərinin, “loru” dildə, ətrafdakılarla söhbəti xatırladan formada hazırlanmasına icazə verilmir. (xüsusi icazəli bölmələr istisna olmaqla)
- Xəbər hazırlamağa başlamazdan öncə, rubrikalara nəzər salmağınız tövsiyyə olunur. Daha az xəbər olan rubrika üçün hazırlanmış xəbərlər müvafiq olaraq daha tez yayımlanır. Ədəbi guşə, Fotoqalereya kimi bölmələr üçün hazırlanmış xəbərlərin müəllifləri adətən müəyyən vaxt gözləməli olurlar. Səbəb həmin bölmələr üçün çoxlu sayda xəbərlərin göndərilməsidir.
- Tərkib hissəsi yalnız video görüntüdən ibarət olan, heç bir məlumatı özündə əks etdirməyən xəbərlərin yayımlanması qadağandır! Eyni zamanda Mətbəx rubrikası üçün video görüntülü xəbərlər göndərilərkən, xəbərin mühüm detalları, reseptin tərkib hissələri və hazırlanma qaydası yazılı formada mütləq qeyd edilməlidir!
- Hazırlanan xəbərin mətnini ilk öncə Word mətn redaktorunda saxlayın. Qlobal şəbəkədə yarana biləcək nasazlıqlardan sığortalanmağınız üçün bu addımı atmağınız vacibdir.
5.4. Xəbərlərin hazırlanması zamanı yol verilmiş qayda pozuntularına görə, aşağıdakılar tətbiq olunur:
- Xəbərlər haqqında qaydaların 5.1. hissəsinə riyaət olunmadığı zaman müəlifə redaksiya üzvləri tərəfindən xəbərdarlıq edilməklə, hazırlanmış xəbər məlumat bazasından silinir. Əgər qeyd olunan qayda pozuntusu xəbər yayımlandıqdan sonra aşkarlanarsa, xəbər yayımdan çıxarılmaqla, xəbərdarlıq olmadan məlumat bazasından silinir. Eyni müəllif, eyni qayda pozuntusunu (5.1.) üç dəfə təkrar edərsə, həmin istifadəçinin hesabı üç ay müddətində dondurulur.
- Xəbərlər haqqında qaydaların 5.2. hissəsinə riayət olunmadığı zaman, müəllifə lazımı qaydada izahatla birlikdə xəbərdarlıq edilməklə, xəbər aidiyyatı üzrə rubrikada yerləşdirilir. Bu qayda pozuntusu üç dəfədən artıq təkrarlanarsa, müəllifin istifadəçi hesabı bir ay müddətində dondurulur.
- Xəbərlər haqqında qaydaların 5.3. hissəsində qeyd olunan mühüm qeydlərə riayət olunmadığı zaman, eyni zamanda səhvlər sonradan aşkarlanarsa, xəbər yayımdan çıxarılmaqla Ekspertlərin yoxlanışı üçün redaksiyaya göndərilir. Ekspertlərin verdiyi rəy əsasında xəbərlə bağlı növbəti addımlar qaydalar bölümünün 5.1 və ya 5.2 hissələrinə əsasən yerinə yetirilir.
5.5. Məqalələr saytda yayımlandığı andan etibarən, saytın, istifadəçilərin və ümumi statistikanın müəyyən olunmasında mühüm rol oynayır. Məhz bu səbəblərdən, məqalə müəlliflərinin daha sonradan yazının silinməsi ilə bağlı irad və xahişləri qəbul edilmir. Yalnız xüsusi hallarda(ciddi qayda pozuntuları və ya tutarlı sübut, səbəblər), müzakirələrdən sonra veriləcək qərarla məqalənin silinməsi mümkündür. Müəllifin silinmə istəyinə qarşılıq olaraq, yalnız müzakirələr üçün təyin edilmiş şərh sistemi ləğv edilə bilər.
5.6. Məqalələr saytın, layihənin əsas hissələrindən biri təşkil edir. Məhz bu səbəbdən, istifadəçilər tərəfindən göndərilmiş bütün məqalə, yazı və xəbərlər Redaksiya üzvlərinin (Redaktorlar) yoxlanışından, Baş redaktorun təsdiqindən sonra yayımlanır.
5.7. Gün ərzində eyni istifadəçinin maksimum 2 fərqli xəbəri, fərqli bölmələr olması şərti ilə yayıma çıxa bilər. Üstünlük xəbər yayımına ehtiyac duyulan bölmə üzrə dəqiqləşdirilir.
6. Müsabiqələr
6.1. Hər bir müsabiqənin müddəti 28 gün (4 həftə) olmaqla, yaxın bir il ərzində təkrarlanmaması şərti ilə ay ərzində bir dəfə keçirilir.
Müsabiqə 4 həftə davam edir. Ümumi mövzuya uyğun olaraq hər həftənin qalibini müəyyən etmək üçün həftəlik mövzu təyin edilir. Həftəlik müsabiqənin mövzusu yalnız həftəlik müsabiqənin keçiriləcəyi həftədə elan edilir. Mövzuya uyğun tapşırıqlar yerinə yetirildikdən sonra, qiymətləndirilməsi üçün səsvermə keçirilir. Həftənin qalibi Finala - Final həftəsinə vəsiqə qazanmış olur. Yəni, ilk 3 həftənin qalibi, son, 4-cü həftədə qalib adını əldə etmək üçün mübarizə aparır.
6.2. İstənilən həftələrin birində 1-ci, 2-ci və ya 3-cü yeri tutmuş iştirakçıların qarşıdan gələn növbəti həftədə, həftələrdə iştirakı qadağandır!
6.3. Hər bir müsabiqənin, müsabiqə həftəsinin özünəməxsus qalibi müəyyənləşdirmə qaydaları ola bilər.
6.4. Təşkil olunmuş müsabiqələr zamanı, istifadəçilərə kütləvi halda ismarıcların göndərilməsi, eləcə də xəbərlərdə açıq formada şərhlər vasitəsi ilə müsabiqədə iştirak edən istifadəçinin elan olunması(iştirakçıların kimliyi gizli saxlanılır) və onlar üçün səs istənilməsi qadağandır!
6.5. Kütləvi halda, spam formalı ismarıc və şərhlərlə istənilən müsabiqə iştirakçısı üçün səs istənilməsi qadağandır!
6.6. Səsvermə günü qeydiyyatdan keçib, səsvermədə iştirak edən istifadəçilərin səsləri keçərsizdir! Kütləvi halda bu yolla səs toplanılmasına cəhd edilmə(10 və daha artıq istifadəçi), müsabiqədən kənarlaşdırma ilə nəticələnir.
6.7. Müsabiqə iştirakçıları tərəfindən Müsabiqə qaydlarının 6.1. hissəsi pozulduğu halda, iştirakçı istifadəçi müsabiqədən kənarlaşdırılır. Qayda pozuntuları, Müsabiqə bitdikdən yeddi gün sonrakı vaxt ərzində aşkarlanarsa istifadəçinin müsabiqə nəticələri ləğv edilir.
6.8. Müsabiqə zamanı iştirakçıya aid rəsimlər və istənilən tipli şəxsi məlumatlardan digər saytlarda və informasiya vasitələrində istifadə olunmasına icazə verilmir. Müəllif hüququları, üçüncü şəxsə məxsus olan informasiyanın yayılması ilə bağlı müəllifin özü ilə əlaqə saxlamaq lazımdır.
Azərbaycan, Bakı - 26.07.2012
HABER BANTI
Melania Trump'ın Beyaz Saray ile ilgili anıları kitap olacak
İngiliz Dışişleri Bakanlığı'nda fare yakalayan kedi emekliye ayrıldı
75 yaşındaki Türkan Shoray podyumda - VİDEO
Çavuşumuz yaralı askerini omzunda taşıyor: "Düşman pantolonunu bile çıkardı ve kaçtı" - VİDEO
Ermeni Avukatlar Odası Başkanı: "Paşinyan gitmeli, gidecek"
Ukrayna Obezrevatel kanalı Dağlık Karabağ sorunu hakkında bir film yaptı - VİDEO
Çiftler neden birbirine benziyor?
Hava nasıl olacak?
Koronavirüsten ölen din adamlarını öpmek pahalıydı
Ek ders kitaplarıyla ilgili ebeveyn şikayetlerine resmi yanıt
Evde "hamburger" (fotoğraf tarifi)
Semyon Pegov'un izinden giden Amerikalı gazeteci - VİDEO
Uçuşa hazırlanan uçağın kanadına tırmandı - VİDEO
Başka bir ülkede koronavirüs mutasyona uğradı
Çin'e aşı olan bir Türk gazeteci koronavirüse yakalandı
Polonya'da ülke genelinde üç haftalık karantina başlıyor
Rus büyükelçiliği başka bir Ermenistan yalanını ifşa etti
Taleh Gasimov: "Hankendi'de CARMEN unu satmıyoruz"
Çavuşoğlu'nun Karabağ hakkındaki açıklaması
Enfeksiyon sayısı 400'ün altına düştü, 517 kişi iyileşti - RESMİ
Düğünde gelin ve damadın yerini cansız mankenler aldı.
Azerbaycan'da aşılamanın ne zaman başlayacağı DUYURULDU
Sınır muhafızı olmak isteyenlerin dikkatine
Serdar Ortaç'ın annesi oğluna şarkı söyledi - VİDEO
Ermeni saldırıları sonucunda bölgelerde 40'a yakın okul yıkıldı - RESMİ
NASA'dan uyarı: Bu yıl çok nadir bir olay olacak
Evde çalışan bir COVID-19 hastası bir sonraki testi nerede yapmalı? - VİDEO
Hava değişiyor - UYARI
Başka bir öğretmenin tanıklığıyla düşmana öğretti
İçişleri Bakanlığı basın servisi "Polis" gazetesi adıyla yayınlanacak
Ayrılıkçı rejimin "hükümeti" Erivan'a kaçtı
Bugünün "Ders saati" programı açıklandı - FOTOĞRAF
Ermenistan'ın Onurlu Sanatçısı Mkher Mesropyan: "Vladimir Vladimirovich Putin'i Arayın"
Azerbaycan'da 40 kişi daha koronavirüsten öldü: 1850 yeni enfeksiyon
Komutan Ermeni çocuğu kurtardı, 38 düşmanı öldürdü: "Çocuğun altına bomba yerleştirildiğinden korktum" - VİDEO
Çocuklarınıza tasarruf etmeyi öğretmenin 3 yolu
Hava nasıl olacak?
Yeni Zelanda ve Fiji yeni yıla çoktan girdi
Sonbahar mevsimi durumu daha da kötüleştirecek mi - grip mi yoksa COVID-19 mu?
Ayak ölçüsüne göre ne kadar yaşıyacaksın?
Kusursuz bir salon dekorasyonu için 4 basit adım
1 Ekim'den itibaren büyük ticaret tesisleri ve 1 Kasım'dan itibaren düğün sarayları ... - VİDEO
Okulların açılmasıyla ilgili Asistan'dan Başkana ÖNEMLİ AÇIKLAMA
Gubadlı'nın Hanlig ve Khandak köylerinde bir gün - VİDEO
Cebrayil'in Boyuk Marcanli köyünden görüntüler - VİDEO
Yiyemeyeceğin ekmekler
Katı karantina uygulamayan İsveç'te koronavirüs enfeksiyonu keskin bir şekilde azalır
Madonna, Rus hükümetinin onu para cezasına çarptırdığını söyledi
Rusya'nın turistik şehri turistlerle dolu
Erdoğan: "Sevgili Azerbaycan'ımız, Ermenistan'ın 28 yıl işgal ettiği toprakları 44 günde geri aldı"