Dale Carnegienin "Как перестать беспокоиться Рё начать жить" kitabından.
İkinci hekayəni oxuyun - Allah olmadan yaşaya bilməyəcəyini anlamazdan öncə, ağır həyat yolu keçmiş bir qadının unudulmaz hekayəsi.
Bu onun əsl adı deyil, baxmayaraq ki, bu qadını Meri Kaşmen adlandıcağam.Onun övladları və nəvələri var və bir gün bu kitabı oxusalar, fikirlərinin qarışmalarını istəmirəm. Bu səbəbdən əsil adı gizli saxlamaq qərarına gəldim. Lakin, əsl hekayə özü - tamamilə doğrudur.
"Depressiya dövründə - bildirirdi qadın,- həyat yoldaşım orta hesabla həftədə on səkkiz dollar alırdı. Çox vaxt, hətta bu pul da olmurdu, çünki, xəstə olanda əmək haqqı verilmirdi, o isə tez-tez xəstələnirdi. Onun başına bir neçə dəfə qəza gəlmişdi, bundan əlavə, o, parotit, qızılca olmuşdu və daim qripdən əziyyət çəkirdi. Biz öz əllərimizlə tikdiyimiz kiçik evimizi itirdik. Bir baqqal dükanından əlli dollar borc götürmüşdük- bu pulla beş uşağı saxlamalı idik. Mən qonşuluqda pal-paltar yuyub-ütüləməyə başladım.
Köhnə paltarı "xilas" edir və uşaqlar üçün yenidən geyilməli vəziyyətə gətirirdim. Narahatçılıqdan mən xəstə oldum. Bir gün, əlli dollar borclu olduğumuz baqqal, on bir yaşlı oğlumu bir neçə qələmi oğurlamaqda günahlandırdı. Oğlum bu barədə mənə danışanda göz yaşlarına boğuldu. Mən onun dürüst və həssas uşaq olduğunu bilirdim- və anlayırdım ki,o ictimai təhqirə və adının bədnam olmasına məruz qalıb. Bu son damcı oldu. Mən yaşadığımız bütün bədbəxtçilikləri xatırladım və gələcəyə heç bir ümid görmədim.
Çox güman ki, bütün bu fikirlərdən bir müddətə ağlımı itirdim, çünki paltaryuyan maşını söndürüb, beş yaşlı qızımı yataq otağına apardım, bütün pəncərə və dəlikləri cır-cındır və kağızla bağladım. "Ana, nə edirsən?" - qızım soruşdu. Və mən "Burada bir az yel çəkir"- dedim. Bundan sonra yataq otağında qaz sobasını açdım. Qızımla mən sakitcə yataqda uzanmışdıq və o dedi: «Necə də gülməlidir ana can, axı biz yenicə yuxudan durmuşuq!" Mən cavab verdim: "Eybi yox qızım, biz azca yuxuluyaq". Sonra gözlərimi yumaraq qazın fışıltısını dinlədim. Bu qoxunu heç zaman unutmaram...

Birdən, mən musiqi eşitdim. Diqqətlə dinlədim. Mətbəxdəki radionu söndürməyi unutmuşdum. İndi fərqi yox idi. Amma musiqi davam edirdi və mən kiminsə ifa etdiyi köhnə himni eşitdim:
İsa bizə nə gözəl dost -
O, bütün günah və qəmi üzərinə götürmüş!
Necə gözəldir bilirsiniz,
Allahla dualarımızı paylaşa bilərik.
Oh, necə tez-tez biz dincliyimizi itiririk
Oh, biz lazımsız əzablara necə də dözürük,
Sadəcə ona görə ki,
Biz istəmirik
Allahla bölüşməyi!
Atılaraq qazı söndürüb qapı və pəncərələri açdım.
Günün qalan hissəsini fəryadlar və dualar içində keçirtdim. Amma, mən yardım üçün dua etmirdim - əksinə, mən Allaha mənə verdikləri üçün təşəkkür edirdim.Mən insan olaraq yaradılmışam, Ona ibadət etmək şansım var, mübarizə aparmaq üçün nəfəs almağım yetər, və ən nəhayətində mənim canı və ruhu sağlam və gözəl olan beş uşağım vardı. Rəbbimə vəd etdim ki, bir daha naşükür olmayacağam. Və bu sözü tutdum...
Hətta, ev-eşiyimizi itirib ayı beş dollara daha kiçik evə köçəndə belə, Allaha bu ev üçün şükür edirdim. Mən səmimi qəlbdən Rəbbimə təşəkkür edirdim ki, bundan da ağır hallar baş verməyib və mən inanıram ki, O, məni eşidir. Zamanla, hər şey daha yaxşı oldu- əlbəttə birdən deyil. Depressiya bitir, pulumuz isə çoxalırdı. Mən, qarderobçu işləyirdim, bundan əlavə də corab satırdım. Kollecə getmək üçün, oğullarımdan biri, bir fermada səhərdən gecəyə qədər on üç inəyi sağırdı...
Bu gün uşaqlarım böyüyüb ailə sahibi olublar. Mənim üç gözəl nəvəm var.Və mən qazı yandırdığım o dəhşətli günü hər xatırlayanda, Allaha şükr edirəm ki, vaxtında "ayıldım". Düşündüyüm o hərəkəti etsəydim nə qədər xoşbəxt anları yaşamamış olacaqdım.... Bu gün eşidəndə ki, kimsə intihar etmək fikrindədir, mən qışqırmaq istəyirəm ki, "Etməyin! Etməyin! Həyatımızın ən qaranlıq anları uzun olmur və sonra gələcək gəlir ..."
ABŞ-da orta hesabla hər otuz beş dəqiqədən bir kimsə intihar edir. Orta hesabla, hər yüz iyirmi dəqiqədə bir kimsə ağlını itirir. İnsanlar bilsəydilər iman və dua əmin-amanlıq və sakitlik hissi verir ki, o zaman bəlkə də intihar və dəlilik hadisələrinin çoxu olmazdı.
Ən görkəmli psixiatrlardan biri, Dr Carl Jung, "Müasir insan, ruh axtarışında" kitabının 264-cü səhifəsində yazır: "Son otuz il ərzində dünyanın bütün sivil ölkələrindən gələn insanlar yanımda konsultasiya olunublar. Mən yüz minlərlə xəstəni müalicə etmişəm .Həyatının yarıdan çox hissəsini yaşamış- yəni otuz beş yaşdan yuxarı- xəstələrimin arasında elə birsi yox idi ki, nəticədə onların müalicəsi dini baxışa bağlanmasın.Əgər desək ki, onlar, bütün zamanların dinlərinin öz ardıcıllarına verdiyini itirdikləri üçün özlərini xəstə hiss edirdilər və bu dini baxışı əldə etməyənlər hələ də sağalmayıblar, şişirtmiş olmarıq".
P.S.Hekayənin originalı və ya rus dilində variantı ilə tanış olanlar: tərcüməni imkan daxilində etmişəm- fərqliliklər görsəniz, üzürlü hesab edin...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Gözlərə qulluq
Baş nazir Gürcüstanda yaşayan müsəlmanları təbrik etdi
Timati Bakıda restoran açdı-FOTO
Nazirdən əlaçı şagird və tələbələrə güzəştlərlə bağlı AÇIQLAMA
İstanbul metrosunda “Qanlı Yanvar” - FOTO
Moskva İrəvanı sındırdı
Disney şəhzadələri bu günün trend geyimlərində
Koronavirus xəstəsini dişləmiş ağcaqanad infeksiyanı yaya bilərmi? – AÇIQLAMA
Canlı yayımda öz açıqlaması ilə hər kəsi qorxutdu-FOTO
Fransızsayağı saç hörgüsü
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
Dünya çempionu: "Şəmkirdə ancaq güclülər yarışırlar"
Günün ulduz falı
Ərzaq mallarının qiymətləri qalxıb?
Hündürdaban ayaqqabılar
Rüstəm Muradovdan Qarabağda atəşkəsin pozulması ilə bağlı AÇIQLAMA
“Taxt oyunları”nın ulduzu ata olacaq-FOTO
HAVA necə olacaq?-27 yanvar
AbŞ-da soyuqdan ölənlərin sayi artır
Məşhur cütlük rəsmi olaraq BOŞANDILAR
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
İrqi daltonizm
Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Qadın.Net-lilərin qorxu dolu anları (I hissə)
Heyrətamiz təsadüf: 9-cu ayın 11-də, saat 9:11-də, çəkisi də 9/11-dir - FOTO
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Skype işləməyəcək
Havadan dəyişən əhval
Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı - VİDEO
Super modellərin dueti
Boyunuzu uzun göstərmək üçün necə geyinməlisiniz?
Şəhid pilotlarımız son "eniş"lərini edirlər
Sahibinə yol göstərən ayaqqabı
Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı -VİDEO
2019 Billboard Musiqi Mükafatları: Qırmızı Xalça
Məşhur müğənni yaddaşını sildirdi-SƏBƏB
Uşağın düşüncələrini oxumağın ən rahat yolu
Kiara Ferragni
Arıqlamağı çətinləşdirən səhvlər
"Instagram"da YENİLİK!
“Arvaddan qorxan” kişi ləqəbinə Burak Özçiviti layiq gördülər
Dünyanın ən varlı adamı artıq odur-FOTO
Pendirli qrenki (foto resept)
Bakının iki böyük rayonunda su problemi olacaq
Müəmmalı sürətli radiosiqnalların Yer mənşəli olmadığı təsdiq edilib
Ankaradan bəyanat: "Hər zaman Azərbaycanın yanındayıq"
Yaponlar dünyanı heyrətləndirdi
Azərbaycan cəmiyyəti bunu qəbul edə bilməz
Qorxudan xilas olmaq mümkündürmü?
BÜRCLƏR bizə nə vəd edir? - 20 fevral















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]