Şahmat üzrə dünya çempionu, FİDE reytinqinin lideri, ShamkirChess2014 turnirinin qalibi Maqnus Karlsen turnirin rəsmi saytına müsahibə verib.Trend həmin müsahibəni təqdim edir.
- Sizi yenidən Azərbaycanda görməkdən məmnunuq. Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turniri haqda nə söyləyə bilərsiniz?
- Ötən il Şəmkirdə keçirilən turnirdən xoş xatirələrlə ayrıldım. Məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr edilən yarışda yenidən iştirak etmək istəyirəm. Əlbəttə, sadəcə iştirak deyil, həm də qalib gəlmək niyyətindəyəm. Ötən il hər şey yaxşı oldu, sonda turnirin qalibi oldum. Yenidən birinci olmaq istəyirəm.
- Vüqar Həşimovla bağlı hansı xatirələri bizimlə bölüşə bilərsən?
- Vüqar çox istedadlı şahmatçı olub. O hər zaman yeniliklərlə diqqəti cəlb edib. Təkrarçılığı xoşlamayıb. Düzü, onu xoş xatirələrlə yada salıram. Vüqarı unutmamışıq. Onun yoxluğu bütün şahmat ailəsi üçün böyük itkidir. Şəmkirdə onun adına layiqli turnir təşkil edildiyini qeyd etməliyəm.
- Ötən il ilk dəfə Şəmkirdə olmusan. Şəhər haqda hansı fikirdəsən?
- Orada olduğum müddət darıxmağa imkan olmadı. Bir tərəfdən, turnirdə mübarizə, digər tərəfdən, bizim üçün hazırlanan proqramlar maraqlı oldu. İstirahət günü oynadığımız futbolu xatırlayıram. Bizim komanda (dünya şahmatçılarının komandasını nəzərdə tutur) yarışın qalibi adını qazandı. Bu dəfə də futbol oynamaq təklif olunsa, razılaşaram. Ümumiyyətlə, Şəmkirdə təşkilatçılıq yüksək səviyyədə idi. Şəmkir şahmat turnirinin təşkilatçılarına - xüsusilə Synergy Group-a təşəkkür etmək istəyirəm.
- Bu dəfə yarışda rəqabət daha güclü olacaq, bu fikirlə razısan?
- Ötən ildə bu turnirdə zəif rəqib olmayıb. Şəmkirdə ancaq güclülər yarışırlar. Ona görə də hər tur çətinlik olur. Bu mənada yarışda qalib gəlmək asan deyil. Gərək hər tur maksimum nəticəyə oynayasan. Bu il heyət daha da gücləndirilib. Heç kim indidən nəticəylə bağlı proqnoz verə bilməz.
- Hər halda siz yarışın favoriti hesab olursunuz. Sizə yarışda kim mane ola bilər?
- Gəlin elə deməyək. Hər bir şahmatçı Şəmkirə yaxşı nəticə üçün gələcək. Ona görə aşkar favorit olmayacaq. Əlbəttə, məndən hamı yaxşı nəticə gözləyir. Mən buna öyrəşmişəm. Ona görə də qalib gəlməyə çalışacam.
- İştirakçılar arasında hansı şahmatçıya qarşı oynamaq Maqnus Karlsen üçün daha çətin olacaq?
- Məncə, Vladimir Kramnika qarşı oynamaq daha çətin olacaq. Bütün şahmatçılara hörmətlə yanaşıram. Sözsüz, hamısı güclüdür. Amma nədənsə Kramniklə oyunlar mənə görə daha çətindir. Onunla müxtəlif yarışlarda üz-üzə gəlmişik. Vladimir hər dəfə mənə qarşı fərqli oyun sərgiləyir. Görək Şəmkirdə necə olacaq.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR