
Uşağın özünü əks etdirməsi və hadisələr haqqında duyğu və düşüncələrini ifadə etməsində rəsmlərin böyük rolu var. Şəkil çəkmək eyni zamanda sözsüz dili əmələ gətirir və bunun nəticəsində uşaq duyğularını bizə danışır. Uşaq şəkillərinə baxıb, onların duyğularını oxuyarkən diqqət yetirməyimiz lazım olan bəzi əhəmiyyətli nöqtələr var. Çünki bir rəsmə baxıb qərar vermək bizi səhv düşüncələrə sala bilər. Uşağın düşüncələrini oxumaq üçün onun bütün rəsmlərinə baxıb, yekun qiymətləndirilmə verilməlidir. Şəkil qiymətləndirməsinə başlamamışdan əvvəl uşağın ümumi tutum və davranışlarını, içində yaşadığı psixoloji sosial-mədəni və iqtisadi vəziyyət, yoldaşlarıyla, qardaşlarıyla əlaqələri, məktəb və ailə içi əlaqələri, uşağın yaşını, cinsiyyətini, ailədə neçənci uşaq olduğunu, ailəsinin ümumi xüsusiyyətlərini, məktəb müvəffəqiyyətini, uşaq haqqındakı ümumi təəssürat və görünüş, digər əhəmiyyətli xüsusiyyətləri də nəzərə alınmalıdır.
Şəkil çəkmək öyrənilən bir davranışdır. Psixoloq Nigar Məmmədova deyir ki, şəkil çəkmədə müəllim faktoru da əhəmiyyətlidir. Uşaqlar şəkil çəkməni öz-özlərinə, ailələrindən, müəllimlərindən və ya yoldaşlarından öyrənirlər. Mövzu seçimi etmədən "gəl, bir şəkil çəkək" deyiriksə, uşaq maraq, əlaqə və ehtiyacları istiqamətində, içində yaşadığı psixoloji vəziyyətə və təxəyyülün də təsiri ilə şəkil çəkə bilər. Sərbəst mövzu verdiyimizdə uşağın çəkmiş olduğu şəkildəki mövzu da çox əhəmiyyətlidir:"Çox böyük və çox kiçik şəkillər mənalı ola bilər. Səhifənin hamısını örtən çox böyük şəkillər, bir neçə sm böyüklüyündə olan şəkillər ürkəkliyi, özünü qiymətləndirmənin aşağı olması, qapalılıq, təcavüzkarlığı əks etdirir. Bədən üzvlərinin şişirdilərək böyük və ya kiçik çəkilməsi də uşaqların müxtəlif duyğularını əks etdirir. Böyük baş - zehni baxımdan özünü qeyri-kafi görən uşaqlar, böyük ağız - danışma və dil problemi olan uşaqlar, böyük gözlər, göz bəbəyi göstərilmədən çəkilən şəkillər - görmə problemi olan, etibarsız və şübhəçi uşaqlar, böyük ayaqlar - güvən, qayğı istəyində olan uşaqlar, böyük burun - tənəffüs çətinliyi çəkən uşaqlar, qulaqlar - eşitmə problemi olan, şübhəçi uşaqlar, cinsi orqanlar təcavüzkar, impuls idarəsi zəif olan uşaqlar tərəfindən çəkilir. Əskik və unudulan xətlər, bəzi bədən üzvlərinin çəkilməməsi və ya diqqətə çarpan olmaması, məsələn, əllərin olmaması etibarsızlıq, ətrafa uyğunlaşmada çətinlik, qolların çəkilməməsi etibarsızlıq,güc və qüvvət azlığı, qıçların olmaması uşağın özünü dəstəksiz, hərəkətsiz qəbul etməsi, ayaqların çəkilməməsi özünə etibarsızlıq, burunun çəkilməməsi özünə hörmətin aşağı olması, ağızın çəkilməməsi isə əlaqə yaratmaqda çətinlik çəkən uşaqlar tərfindən çəkilir".
Psixoloq bildirir ki, rənglərin də uşaq psixologiyasında böyük əhəmiyyəti var. Uşaqlar bizdən çox daha çox həssasdırlar. Çünki dünya onlar üçün yenidir. Ətraflarındakı hər şeyə çox diqqət yetirirlər. Xüsusilə kiçik yaşlarda dünya ilə aralarındakı ən güclü bağ gözləridir. Rəngli və hərəkətli obyektlər diqqətlərini çəkir. Şəkilli kitablara baxmağı xoşlayırlar. Xarici dünyaya bu qədər diqqət yetirən uşaqlar rənglərin təsiri çox böyükdür: "4-5 yaşlarında olan uşaqlar ümumiyyətlə, rəng ayrı-seçkiliyi etmədən rəsmi rəngləyərlər. Bu yaşlarda uşaqlar əsas rəngləri öyrənə bilirlər. Xoşbəxt şəkillərdə, ümumiyyətlə, sarı rəng, kədərli şəkillərdə qəhvə rəngi daha çox üstünlük təşkil edir. Uşaq hansı rəngi sevirsə, şəkillərdə o rəngə daha çox üstünlük verir. Şəkillərdə üstünlük qırmızı rəngə verilərsə, iddiaçılığı və təcavüzkarlığı təmsil edər. Çəhrayı, sarı, narıncı kimi isti rəngləri seçən uşaqlar mehriban olurlar. Qara, mavi, yaşıl, qəhvərəngi kimi soyuq rəngləri seçən uşaqlar utancaq, çətinliklə nəzarət edilən, uyğunlaşmayan, öz hisslərini ört-basdır etməyi bacaran uşaqlardır".
Uşağın paltar seçimində də rənglər əhəmiyyətlidir. Gündüz geydirilən canlı rənglərdəki paltarlar uşağın daha enerjili, daha şən olmasını təmin edər. Axşam saatlarında isə paltarların mavi, yaşıl, çəhrayı kimi rənglərdə olması uşağın sakitləşməsinə köməkçi olub yuxuya getməsini asanlaşdıra bilər: "Uşaq üçün qırmızı rəngin iştah açan xüsusiyyəti var. Qida firmalarının bir çoxunun loqolarında qırmızını seçmələrinin səbəbi budur. Qırmızı eyni zamanda qan təzyiqini və adrenalini artırır. Psixoloji olaraq oyanıq və həyəcanlı omağa sövq edər. Parlaq tonları və çox istifadəsi həddindən artıq xəbərdarlıqçılığı səbəbindən gərginliyə səbəb ola bilər. Narıncı rəng psixoloji olaraq sevinci təşviq edər. Sarı rəng cazibədarlığın simvoludur. Psixoloji olaraq müsbətlik və canlılıq xüsusiyyətləri var. Çəhrayı rahatlıq verir. Yaşıl güvən verər, yaradıcılığı artırar. Yataq otağı üçün çox uyğun rəngdir. Körpənin gündüz yuxusuna getməsi üçün önəmlidir".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
Evdar, yoxsa çalışan qadınlar daha xoşbəxtdirlər?
Azərbaycanda son sutka ərzində 50 nəfər koronavirusdan sağaldı
Bədəni qocalmayan 70 yaşlı məşhur
Yataq örtükləri
Dərslərində çətinlik çəkən uşağınızla bağlı 4 sual
Diş məcunu - evdarlıqda köməkçiniz
Qış ayaqqabısını necə seçməli?
Türkiyədə 45 tonluq tank dənizdə batırıldı
Şahzadə aktirsa ilə toy tortunu paylayacaq
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Manqolu Chia pudinqi (foto resept)
“Bakcell”in mobil nömrələrin daşınması ilə bağlı ciddi planları var
Böyük Britaniya kraliçası taxt-tacından imtina etmək niyyətindədir
Qarışıq içlikli mantı (foto resept)
Bunu da görəcəyik
Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - VİDEO
Metin Hara nişanlısı Adriananı bu cür təbrik etdi-FOTO
Paxla şorbası (foto resept)
Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?
İsti hava insanlarda narahatlıq yaradıb - Hava şəraiti nə vaxtdan sərinlənəcək?
Dünyanın ilk üzən adası hazırlanır
Gediş haqqıyla bağlı AÇIQLAMA
Nişan və ya qız toyu donları
Əsmər qadınlar necə makiyaj etməlidir?
Ermənilərə qan udduran igidimizi siz də tanıyın - VİDEO
5 manata satılan yaşıl yumurta -FOTO
Ermənistana daha bir sarsıdıcı zərbə: Düşmənin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edildi - VİDEO
HAVA necə olacaq?- 11 APREL
Ayşvariya Ray ekranlara qayıdır
Jerar Depardye şirləri güllələdi və yedi
Günün ulduz falı
Prezident yanğın yerində olub
Sabahın HAVAsı
Şəki işıqsız qalıb
Meyvəli-kakoslu desertlər (foto resept)
Alimlər qorxulu fakt aşkarladı: Koronavirus bu yolla da yayıla bilər
Prezident əlillərin avtomobillə təmin edilməsi ilə bağlı sərəncam imzalayıb
Tələbələrə əla xəbər!
Zodiak illərini 2015-də nələr gözləyir?
Ölkədə koronavirusa ən çox bu şəxslər yoluxub - RƏSMİ AÇIQLAMA
Sərdar Ortaç haqda film çəkiləcək
Castin Timberleyk Xəyanətindən danışdı-FOTO
Gənclər Heydər Əliyev zirvəsinə yürüş ediblər
37 saata Marsa çatmaq mümkün olacaq - YENİ KƏŞF
Bu gün 14 dərəcə şaxta olacaq
Hamı bu kişidən danışır
Sabah hava yağmursuz olacaq
Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - FOTO
Almaniya Suriyaya hücumla bağlı bəyanata qoşuldu
Kuril adaları yaxınlığında güclü zəlzələ olub















- ŞƏRHLƏR