
XX əsrin əvvəllərindən dünya əhalisinin 4%-ni 60 yaş və daha yaşlı insanlar təşkil edir. Əsrimizdə bu nisbətin 17%-ə qədər yüksələcəyi təxmin edilir. Hal-hazırda insan ömrünün uzanması ilə paralel olaraq yaşlı insanlara xas olan xəstəliklər–neyrodegenerativ xəstəliklərdə, yəni beyinin spesifik bölgələrindəki neyronların itirilməsi ilə xarakterizə olunan bir qrup patologiyalarda artım müşahidə edilir.
Bu xəstəliklərin ən mühümünə–parkinson xəstəliyinə qısaca nəzər salaq:
Yaşlılıq dövründə ortaya çıxan parkinson xəstəliyi hərəkət pozulması, əzələlərdə gərginlik, duruşun pozulması və tarazlığın itməsi şəklində ortaya çıxan xəstəlikdir. Ayaqları sürüyərək, qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə parkinson xəstəliyinin vacib əlamətlərindəndir. Bu xəstəlik 50 yaşından sonra başlayır və yaş artdıqca kəskinləşir. Parkinsonizm beyində substansiya niqra adlanan sinir hüceyrələrinin funksiyasının pozulması ilə yaranır.

Beynimiz hərəkətlərimizə necə nəzarət edir?
Bədənimizi hərəkət etdirərkən bunu necə bacardığımızı heç düşünmürük. Sadəcə, istəyirik və hərəkət reallaşır. Parkinson xəstəliyini daha yaxşı anlamaq üçün beynimizin bədən hərəkətlərinə necə nəzarət etdiyini bilməliyik.
Beynimizin müxtəlif hissələri fərqli hərəkətlərimizi nizamlayır. Məsələn, beyin getmək üçün bədənin ehtiyacı olan bütün məlumatları toplamalıdır. Bir yerdə oturursunuz, uzanırsınız, yoxsa getməyə hazırlaşırsınız? Ayaqlarınız haradadır? Tarazlığınız normaldırmı? Sonra beyin bu məlumatlara hara gedəcəyiniz məlumatını da əlavə etmək məcburiyyətindədir. Bu məqamda vacib bir sual da cavablandırılmalıdır. Gözləriniz beyninizə nə deyir? Boş yolda gedəcəksiniz, yoxsa nərdivana çıxacaqsınız? Bəs ayaqlarınız beyninizə hansı məlumatları çatdırır? Yeriyəcəyiniz yol düzdür, yoxsa tarazlığınızı itirməyinizə səbəb olan kələ-kötürlər var?
Bu məlumatlar beyinin korpus stratium adlanan, bədənin hərəkətlərinə nəzarət edən mərkəzdə toplanır.Korpus stratium tarazlıq və uyğunlaşma ilə əlaqədar əmrləri göndərmək üçün beyinin digər hissələri ilə birlikdə hərəkət edir. Beyinin bədənə verdiyi hərəkət əmrləri beyindən bel sümüyünə sinir şəbəkələri sayəsində çatdırılır. Sinir hüceyrələri məlumatları ötürmək üçün hüceyrələrarası mesaj daşıyıcılarından istifadə edir. Beləliklə, düşüncələrimiz hərəkətlərə çevrilir.
Mesaj daşıyıcılarının ən əhəmiyyətlisi beyində istehsal edilən dopamindir. Dopamin hərəkətlərimizə və tarazlığımıza nəzarət edən maddədir. Əgər xüsusi sinir hüceyrələri zərər görsə və ya azalsa, dopamin istehsal edib yığa bilməz və beyində dopamin miqdarı azalar. Bu, ciddi səviyyəyə çatdıqda parkinsonun əlamətləri meydana çıxmağa başlayır. Beynimizdəki bu hüceyrələrin niyə yaşlanmaqla paralel azalmağa başlaması elm adamları tərəfindən hələ də müəyyən edilməmişdir. Məhz beynimizdəki kiçik bir hüceyrənin vəzifəsini yerinə yetirə bilməməsi bütün hərəkətlərimizə və həyatımıza təsir edən bu əhəmiyyətli xəstəliyin – parkinsonun ortaya çıxmasına səbəb olur.

Bədənə nəzarət edən möcüzəvi mərkəz: beyin
İnsan bədəni böyük bir şəhər kimidir: burada nəqliyyat yolları, binalar, fabriklər, infrastruktur sistemləri, ən üstün texnologiyaya sahib cihazlar, şüurlu işçilər, yəni hüceyrələr, hormonlar, ifrazat vəzləri kimi tam təchizatlı əsgərlər mövcuddur. Üstəlik, bu şəhər yalnız ətdən ibarətdir və sinir hüceyrələrindən meydana gəlmiş kiçik bir beyin tərəfindən idarə olunur. Belə ki, beyində, yəni mərkəzdə meydana gələn ən kiçik nöqsan bu böyük şəhəri alt-üst edə bilir.
Yaş və boz bir ət görüntüsündən başqa bir xüsusiyyəti olmayan sadə zülal və yağ molekullarından ibarət olan beyin, bu möcüzəvi əməliyyatları necə həyata keçirir? Biz, beynimizin kompleks dizaynı haqqında heç nə bilmədiyimiz və hər saniyə reallaşan on minlərlə əməliyyatdan xəbərsiz olduğumuz halda, beynimizdə baş verənlərə necə nəzarət edilir? Beyini meydana gətirən neyronlar şüursuz atomlardan ibarətdir. Şüursuz atomlar bədənin hərəkət etməsi üçün hansı maddənin lazım olduğunu haradan bilirlər?
Deyək ki, bu maddəni tapdılar, bəs onu necə istehsal edirlər? Bu, yalnız yaradılış möcüzəsinin olduğunu sübut edir. Ətdən ibarət olan bir orqanın belə mükəmməl əməliyyatları reallaşdıra bilməsi çox böyük möcüzədir.
İzhar Kazımov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözlənilən kimi çıxmayan məhsullar
Zövqlü xanımlar üçün
Nobel prospektində çökmə intensivləşdi
Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Türklər təyyarəni kitabxana etdilər - FOTO
Məhəmməd Əmin Rəsulzadənin dəhşətli ailə faciəsi...
Küçəyə zibil atanı belə biabır edirlər-FOTO
Azərbaycanda dördəm doğulub
Ərdoğana Don Kixot dedilər
Qalstuk kişinin yaraşığıdır?
Yemək qoxularını necə aradan qaldırmalı?
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
DİN-dən əhaliyə ÇAĞIRIŞ
В«Gürcüstan və Moldovanın avro-inteqrasiyasını dəstəkləyəcəyikВ»
Modern xalça modelləri
Yunan salatı (foto resept)
Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım
ABŞ-da ilk üz köçürülmə əməliyyatı edilən qadın öldü
6000 illik möcüzə bitki qurd üzümü
Dünyanın ən qədim rəsmi
Bütün dünyanı metro birləşdirəcək?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Məşhur nağıllarımız planşet və smartfonlarda
Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi
Kaliforniyanın yeni qubernatoru da aktyor olacaq?
Bergüzar Korel doğuş üçün son günləri sayır-FOTO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Günün qoroskopu: ailədə harmoniyanı qoruyun
Məryəm Üzerli 2 milyonluq müqavilə imzaladı
Balaca oğlanlarınız üçün gödəkçələr
Şokoladdakı həyat (foto resept)
Kıvanç Tatlıtuğ xanımına xəyanət edib?
Kök insanlar bu xəstəliyə yoluxmur
Bayraq günü ictimai nəqliyyat işləyəcək? - RƏSMİ AÇIQLAMA
İçi doldurulmuş pomidor (foto resept)
7 yaşlı fanatının məktubunu tapıb onunla görüşdü
Bakıda polis postlarının götürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Çingiz Mustafayevin çin olan arzusu
Ağ çayın faydası
Özcan Deniz 9 ildən sonra İlk Dəfə
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Azərbaycanda daha 16 nəfər koronavirusdan öldü: Rekord yoluxma - 1663 nəfər
Şokoladlı bananlı keks (foto resept)
Qara Qısa Saç modelləri 2014-2015
“Facebook”da silah və narkotik satılmasına başlanıb
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Peyvənd edilməyən uşaqları nə gözləyir?
Hamısına cəmi bir kart!
Rusiyadan II Avropa Oyunları ilə bağlı açıqlama
Dünyanı silkələyən kəşf - FOTO















- ŞƏRHLƏR