
Hər il aprelin 11-i Dünya Parkinson Xəstəliyi Günü kimi qeyd olunur.ANS PRESS-in məlumatına görə, Parkinson yavaş inkişaf edən bir xəstəlikdir. Bu xəstəlik 50-60 yaş arası adamlar arasında başlayır və getdikcə kəskinləşir.İngilis həkim Ceyms Parkinson tərəfindən ilk dəfə 1817-ci ildə bu xəstəlik “titrək iflic” adlandırılıb. Beynimizdə hərəkətlərimizə nəzarət edən hüceyrələr mövcuddur. Bu hüceyrələrdən kimyəvi maddələr ifraz olunur. Bunlardan biri də dopamindir. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi azalanda dopamin ifraz edilə bilmir. Nəticədə insanda titrəmə, yavaş hərəkət etmə və bədənin tarazlığının pozulması ortaya çıxır. Sonralar bu xəstəlik həmin ingilis aliminin adını daşıyıb.
Amerikanın Rutgers Universitetinin alimləri professor Arati İnamdar və aparılan tədqiqatın müəllifi Joan Bennet uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəliblər ki, rütubətli və kiflə əhatə edilmiş evlərdə yaşamaq Parkinson xəstəliyinə şərait yaradır. Belə ki, 2005-ci ilin avqust ayının 29-da "Katrina" qasırğasının törətdiyi daşqınlar ABŞ-ın Yeni Orlean şəhərində həyatı iflic etmiş, evlər su altında qalmışdı.Tədqiqatçılardan Joan Bennet də zərər çəkənlərdən biri olmuşdu. Onun bildirdiyinə görə belə bir tədqiqatı başlatmasına səbəb həmin daşqınlar zamanı ətrafda nəmişliyin, rütubətin geniş yayılması idı. Aparılan araşdırmalar isə rütubət səbəbindən şəhər sakinlərinin əksəriyyətində Parkinson xəstəliyinin əlamətlərinin meydana gəlməsini üzə çıxardı.
Daha çox evlərin divar və tavanlarında nəmişlikdən kifli hissələr əmələ gəlir. Yaranmış kif isə öz növbəsində “göbələk spirit” adlanan maddə ifraz edir. Bu da insan orqanizmində dopamin adlanan ən vacib maddənin səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Nevroloji mütəxəssislər dopamin olmadan əlimizi belə tərpədə bilməyəcəyimizi deyirlər. Bu maddənin çatışmazlığı artıq Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
Beləliklə, Parkinson bədəndə “dopamin” adlanan maddənin çatışmazlığı nəticəsində yaranan xroniki nevroloji bir xəstəlikdir. Xəstəliyin insanlarda müşahidə edilən ən əsas əlaməti isə hərəkət sisteminin tədricən pozulmasıdır. Parkinsonizmə tutulan xəstələrin ilkin mərhələdə əllərində və ayaqlarında titrəmə olur, sonra isə onlarda əzələlərin süstləşməsi və nitq pozğunluğu halları baş verir. Xəstələr daha çox yuxusuzluqdan, depressiyadan əziyyət çəkir, qida qəbulu zamanı udquna bilməməkdən şikayətlənirlər.
Xəstəliyin hələlik müalicəsi tapılmasa da tibb elmi bu sahədə alternativ yollar axtarır. Alimlərin araşdırmalarına görə, dünyada hər 500 adamdan birində Parkinson xəstəliyinə rast gəlinir. Qadınlarla müqayisədə bu xəstəlik kişilər arasında daha çox yayılıb.
Qeyd edək ki, Roma papası II İohann Pavel 2005-ci ildə bu xəstəlikdən dünyasını dəyişib.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İstehsal tarixindəki səhvlər
Azər Türk Bankın müştəriləri banka gəlmədən ödəniş edəcəklər
Koronavirus beyini belə məhv edir - ARAŞDIRMA
Cəbhədən yeni xəbər var
Ölkədə yağmursuz hava olacaq
Qırmızı rəngin fərqli tonları geyimlərdə
Hava haqqında
Nazirlikdən tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA
Köhnə evi üçün darıxan it bir ştatdan digərinə qaçdı - VİDEO
"4 arvad almaq Azərbaycanda qəbul olunmur"
Hava şarı formasında iki ayağı olan robot düzəldildi - FOTO
Qadının dodaqları çürüdü-SƏBƏB/FOTO
Sürücüsüz avtobuslar xəttə buraxıldı-FOTO
Şokolad souslu rulet (foto-resept)
Qat-qat salat (foto resept)
YouTube-da YENİLİK!
Bütün dünya müsəlman olacaq?
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
MTRŞ radiolarla bağlı açıqlama verdi
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
2015-ci ilin avtomobili
Kompüterdə izləri necə silməli?
İngiliscə lazımlı frazeoloji birləşmələr (I hissə)
Yaponların uzun ömür sirri
İş yerlərini dəyişmək istəyən müəllimlər üçün bir ilk
Yeməkdən sonra 7 təhlükəli vərdiş
2013-2014-cü il çanta modelləri
Hücum etmək istəyən düşmənin qarşısı alındı: İtki verən işğalçılar geri çəkildi - RƏSMİ
Azərbaycanlı qadın Rusiyada deputatlığa namizəd oldu
Körpənin ilk anları
Bacarıqlı xanımların günü
Uşaqlar niyə ərköyün olur?
Gəncədə möhtəşəm fləşmob keçirildi
Ana və qızları
Bilmədiyimizi öyrənək!
AFFA cəzaları açıqladı
Ağız qoxusunun qarşısını alan üsullar
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Dəhşətli proqnoz düz çıxacaq?
Günəşdə qəfil qasırğa
Rusiya səfiri: "Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxarsın"
Dəmir çatışmazlığının səbəbləri
Dünyada hər gün 17 min uşaq ölür
İrina Şeyk uzun müddətdən bəri ilk dəfə paparassinin obyektivinə düşdü - FOTO
"Survivor" iştirakçılarından Azərbaycan şəhidləri ilə bağlı video
Saç tipinə görə daraq seçimi
Həkimlərə müjdə - maaşları artırıldı!
Ev təmizliyi ilə bağlı tövsiyələr
Keçibuynuzunun faydaları
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]