Qadin.NET / Naringili keks (foto resept)

Naringili keks (foto resept)

Keks  üçün:

3 yumurta

1.5 st. şəkər

1 st. naringi suyu

0.5 st. yağ

1 x. q. naringi qabığı sousu

2.5 st. un

1 vanil

1 qabartma tozu

1 silmə çay qaşığı soda

 

Naringi sousu üçün:

1 st. naringi suyu

1 dolu ç.q. nişasta

2 x. q. şəkər

 

Naringi qabığı sousunun hazırlanması:

Təxminən 1,5 kq. qalın qabıq naringinin qabıqlarını ətçəkən maşında (doğrayıcı robotla da ola bilər) çəkirik.

 

Naringili keks (foto resept)


Naringili keks (foto resept)

 

 

Sonra üzərinə 1 st. şəkər əlavə edib mikserlə və ya elə doğrayıcı robotla şəkər əriyib qabıqlara hopanadək qarışdırırıq.

 

Naringili keks (foto resept)


Naringili keks (foto resept)

 

 

Daha sonra hazırladığımız sousu bir şüşə qaba yığıb qapağını bərk bağlayırıq. İstədiyimiz qədər soyuducuda saxlaya bilərik.Şirniyyatlar hazırlayanda sousdan sadəcə bir qaşıq əlavə etməklə gözəl ətir qatmış olarıq bişintilərimizə.

 

Naringili keks (foto resept)

 

Keksin hazırlanması:

Əvvəl naringilərin şirəsini sıxırıq.

Naringiləri enləməsinə iki yerə bölürük və şirəsini sıxırıq.

 

Naringili keks (foto resept)

 

 

Naringili keks (foto resept)

 

Yumurta və şəkəri qabarana qədər çalırıq.

 

Naringili keks (foto resept)

 

Vanil,naringi qabığı sousu,naringi suyu və yağı əlavə edib qarışdırırıq.

 

Naringili keks (foto resept)


Naringili keks (foto resept)


Naringili keks (foto resept)

 

 

 

Un,soda və qabartma tozunu da əlavə edib 1 dəqiqə qarışdırırıq.

 

Naringili keks (foto resept)

 

Listi yağlayıb, unlayırıq və keks xəmirini listə tökürük. Əvvəlcədən 180 dərəcə isidilmiş sobaya qoyuruq. Keks qabarmağa başlayanda sobanın dərəcəsini azaldırıq ki,içi yaxşı bişsin.

 

Naringili keks (foto resept)

 

Naringi sousunun hazırlanması:

Naringi suyu,nişasta və şəkəri kiçik bir qazana töküb vam odda qaynayıb qatılaşana kimi bişiririk.

 

Naringili keks (foto resept)

 

 

Naringili keks (foto resept)

 

Hazır halı belə qatı olmalıdı.Bir kənara qoyuruq ki,keks bişənə qədər ilıqlaşsın.

 

Naringili keks (foto resept)

Keks bişdikdən sonra dilimləyib sousu üzərinə qaşıqla yayırıq. 

 

Naringili keks (foto resept)

 

  

Naringili keks (foto resept)


Naringili keks (foto resept)

 

Keksimiz hazırdı. İstər ilıq,istər soyuq halda servis etmək olar.

 

Naringili keks (foto resept)

 

 

Naringili keks (foto resept)

 

P.S. mən naringi qabığı sousunu saxlayım deyə çox hazırladım. Siz istəsəniz bir  naringini çəkib,üzərinə bir qaşıq şəkər əlavə etməklə də hazırlaya bilərsiz.Lakin keks üçün naringilərin suyunu sıxdıqdan sonra qabıqlar çıxmış olacaq və atmayıb sousunuzu hazırlaya bilərsiz bol-bol :).Qabıqları çəkməmişdən əvvəl içində olan naringinin pərdələrini təmizləyin,çünki onlar acı dad verər sousa.

Birdə keks bişənə qədər hazırladığımız naringi suyu sousu çox soyumuş olsa,biraz ilıqlaşdırıb sonra keksin üzərinə yayın ki,yaxşı yayılsın.

Ümid edirəm hazırlayacaqsınız. Çox dadlı və yeməyə doymayacağınız bir keks olacaq əmin olun :) İndidən hər kəsə Nuş olsun!

7 fevral 2012
GO BACK