
Xəbərlik kateqoriyası
Azərbaycan dilində ayrı-ayrı nitq hissələrinə aid olan sözlər xəbərlik şəkilçiləri qəbul edərək xəbərlik kateqoriyasını yaradırlar. Dilimizdə xəbərlik kateqoriyası sintaktik, xarakter etibarilə morfoloji kateqoriyadır, şəkilçilərin köməyilə yaranır. Gəlin baxaq:
İngilis dilində:
I go
You go
She goes
We go
You go
They go
Azərbaycan dilində:
Mən gedirəm
Sən gedirsən
O gedir
Biz gedirik
Siz gedirsiz
Onlar gedir
Buradan görürsünüz ki, ingilis dilində şəxs əvəzliyi olmadan xəbərin hansı şəxsdə olduğunu bilmək mümkün deyil. Amma azərbaycan dilində şəxs əvəzliyi olmadan sadəcə xəbərləri istifadə etsək, hərəkətin hansı şəxsə aid olduğunu bilərik. Çünki azərbaycan dilində xəbərlik kateqoriyası şəkilçilər vasitəsilə yaranır. Buna görə də bu kateqoriyadan morfologiyada bəhs etmək lazım gəlir. Xəbərlik kateqoriyası əksər nitq hissələrini əhatə edir. İsim, sifət, say, fel, zərf və bəzi köməkçi nitq hissələri xəbərlik şəkilçisi qəbul edərək cümlədə xəbər olur.
Xəbərlik şəkilçiləri bunlardır:
I şəxsin təkində: -am2: cəmində: -ıq(k)4
Müəlliməm-müəllimik
II şəxsin təkində: -sən2; cəmində -sınız4
Müəllimsən-müəllimsiniz
III şəxsin təkində: -dır4; cəmində: -dırlar4
Müəllimdir-müəllimdirlər
Qeyd: III şəxsin cəmində şəxs əvəzliyindən istifadə edildikdə onlar sözündə -lar2 şəkilçisi olduğu üçün əlavə şəkilçiyə ehtiyac olmur. Məsələn: Onlardırlar yox, onlardır deyirik.
Xəbərlik şəkilçiləri isimlərlə işlənərkən isimdə elə bir dəyişiklik olmur, lakin isim mənaca bir qədər ümumiləşir. Məsələn: Müəllim gəldi - gələn müəllimdir cümlələrində I cümlədə müəllim konkret məna bildiri. II cümlədəki həkimdir sözü isə peşə anlayışını bildirir. Xüsusi adlarda bu hal müşahidə olunmur. Məsələn: Namiq gəldi - gələn Namiqdir.
Sifət, say, feli sifət və işarə əvəzlikləri yaranış etibarı ilə bir isimlə bağlı olmalı, ismi təyin etməlidir. Xəbər vəzifəsində işləndikdə həmin sözlərdən sonra ismin işlənməsinə ehtiyac olmur, amma işlənə də bilər. Məsələn: Bu kitab maraqlıdır - Bu kitab maraqlı kitabdır.
Xəbərlik şəkilçiləri tarixən şəxs əvəzlikləri ilə bağlı olduğundan cümlənin subyektini də ifadə edə bilir. Bu zaman mübtədanın işlənməsinə ehtiyac duyulmur. Məsələn: Mən müəlliməm - Müəlliməm; Sən həkimsən- Həkimsən və s.
Subyektlər müqayisə olunduqda və ya məntiqi vurğu altına düşdükdə isə mütləq işlənməli olur. Məsələn: Mən yox, siz bu işə hə demisiz.
III şəxs bütün canlı və cansızları ifadə etdiyindən əksərən subyektin işlənməsinə ehtiyac olur.
Subyekt şəxs əvəzliklərinin cəmi ilə ifadə olunduqda xəbər xəbərlik şəkilçilərindən əvvəl –lar2 şəkilçisi qəbul edur.Məsələn: Biz köhnə işçiyik - Biz köhnə işçilərik; Siz müəllimsiniz - Siz müəllimlərsiniz.
Bu cür halarda cəm şəkilçisi məna fərqlənməsinə səbəb olur. Biz işçiyik dedikdə eyni işlə məşğul olanlar nəzərdə tutulur. İşçilərik dedikdə isə müxtəlif sahələrdə çalışan işçilər nəzərdə tutulur.
Xəbərlik kateqotiyasının inkarı deyil ədatı və nə - nə də bağlayıcısı ilə düzəlir. Məsələn: Mən sənin kölən deyiləm. Mən nə axmağam, nə də çoxbilmiş.
Mənfi mənalı sözlə deyil sözü sual cümlələrində təsdiq bildirir. Məsələn: Ermənilər uşaq-qoca demədən qarşılarına çıxan hər kəsi vəhşicəsinə qətlə yetirdilər. Bu zülm deyilmi?
Xəbərlik anlayışı zaman etibarilə iki müstəvidə ifadə olunur: İndiki və keçmiş zaman. İdi və imiş zaman ədatları olmadan bütün xəbərlik şəkilçiləri İndiki zaman məzmununa malikdir. Bu zaman ədatları zaman anlayışını keçmişə bağlayır. Biri hekayə, o biri rəvayət şəklində. Məsələn: Meyvələrin hamısı təzə idi. Görəsən onun günahı nə imiş?
İdi, imiş ədatları hərəkət və əlaməti keçmişlə bağlayır, lakin üslubi məqamla əlaqədar bəzən indiki zaman da bildirir. Məsələn: Sən demə bayaqdan qarşımızda dayanan onun oğlu imiş. Süleyman hiss edirdi ki, bu oğlan oxumuş oğlandır, ağıllıdır,amma burası da aşkar idi ki, zavallı idi, aciz idi, yazıq idi.
Hadisənin xarakterini, gedişini nəzərə almaqla bu misallardakı –mış4 şəkilçisini, idi zaman ədatını –dır şəkilçisi ilə əvəz etmək olar.
Qeyd. III şəxsin təkində və cəmində -dır şəkimçisinin r samiti canlı danışıq dilində düşür, tələffüz olunmur. Məsələn: şagirddir əvəzinə şagirddi, anadır əvəzinə anadı və s. Deyirik. Yazıda bunu işlətmək yanlışdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gözlər qəlbin aynasıdır
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Doqquz yaşlı qız dişi çəkildikdən sonra öldü - VİDEO
Azərbaycanda xərçəng əleyhinə Dövlət Proqramı hazırlanır
“Haber Global” Kəlbəcərdə
Paltaryuyan maşına aspirin həbi atdı, nəticə inanılmazdır!
Günəş vitamini
Sevgiyə həsrət
Günün ulduz falı - 30.03.2014
Azərbaycanda körpə adları: Payızəli, Yazilə...
Prezident İlham Əliyev Kürdəmirdə heyvandarlıq və süd kompleksi ilə tanış olub (FOTO)
Yaponların uzun ömür sirri
Ramazanın altıncı gününün duası
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Mel Gibson koronavirusa qalib gəldi
İşıq saçan bitki ixtira edildi
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq: “Sizin ölümünüz heç nəyi dəyişməyəcək” - VİDEO
Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı olacaq
DİN böyük əməliyyatın nəticələrini açıqladı
Künc dekorasiyası
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Yedəkləmə üzrə rekordçu minik avtomobili
Sevdiyinizlə evdə maraqlı vaxt keçirməyin yolları
Magistratura imtahanlarının vaxtı açıqlandı
Uzun cins ətəklər
Meyvələrin faydaları
Uşaqlarda köklüyün zərərləri
TQDK dərslik komplektlərinin monitorinqini yenidən həyata keçirir
Köhnəlmiş ayaqqabıları yeniləyək
Mobil telefonlar necə izlənir?
Dünyanın ən gənc milyarderi
Dünya bu qızdan danışır - Ehtiyacı olan uşaqlara elə sürpriz etdi ki...
Çatları yox edən üsul
Sobada badımcan (foto-resept)
"Red Bull" pilotu: "Bakı şəhər trasında 350 km/saat sürət yığmaq mümkündür"
İranlı qadınların gözəllik sirləri
İnternetdən ən çox kim istifadə edir?
Girovlardan pis xəbər
Mükafatsız qaldıq
Yenilənmiş Hyundai Veloster
Rəsm əsəri kimi manikür
Nazirlikdən əlil uşaqlara xidmət
2019-un trend çanta modelləri
2021-ci ildə Azərbaycanda doğulan ilk uşaq
Don və çəkmə kombinləri
Şəhidlərin medalları övladlarına verildi
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb - FOTO
Dəridəki çuxurlar üçün maska
Neftin qiyməti Azərbaycanı sevindirdi
Leksika (son)















- ŞƏRHLƏR