Amerikanın Milli təhlükəsizlik Agentliyi - NSA hər gün dünyada mobil telefonların yerləri ilə bağlı 5 milyarda yaxın məlumat toplayır. Agentliyin özüünün indilərdə açıqladığı məlumat və vaxtı ilə onlara çalışan, məxfi məlumatları mediaya sızdırandan sonra qaçan Edward Snowdenin ötürdüyü sənədlər belə deyir. Vaşinqton Post qəzeti əlindəki məlumatlar vasitəsiylə NSA-in mobil telefonları necə izləməsinə aydınlıq gətirir. Hər bir mobil telefon şəbəkəyə qoşulubsa, onun yerini asanca müəyyənləşdirmək olur:
1. Mobil telefon siqnalı ötürücüləri - antenna qüllələri;
2. Wifi - simsiz internet ötürücüləri;
3. Ağıllı telefonlara quraşdırılan xəritələrdə istifadə edilən GPS peyk koordinatları ;
4. Mobil telefonlarda qurulan və SOS siqnalı ötürən ötürücülər vasitəsi ilə.
Dünyadakı bütün bu mobil telefonlarla yerlərini göstərən məlumatlar adətən mobil operatorlarda və onların hamısınının istifadəsi üçün rahat olsun deyə, ortaq korporativ məlumat bazalarında toplanır. Bu məlumat bazalarından istənilən operator istifadə edə bilir: Ölkə daxilindən telefon zəngləri və ya mesajları xaricə çatdırmaq, rominq xidmətləri göstərmək və s. üçün.
NSA MƏLUMATLARI NECƏ YIĞIR?
NSA də məhz bu məlumatlara çıxışı olan 10 nəhəng məlumat toplama mərkəzi var. Hər məlumat mərkəzi ən az iki korporativ məlumat bazasından məlumat toplayır. Və bütün bu məlumatları 27 terrabaytlıq fayllarda saxlayır. Əslində bu cür məlumatlara nəzəri və praktiki olaraq bütün dövlətlərin hüquq-mühafizə orqanları çıxış imkanı əldə edə bilsə də, həmin bu informasiyanı analiz etməyi bacaran texnologiyalar heç də hər kəsdə yoxdur.
KİMLƏR İZLƏNİR?
NSA-dən Vaşinqton Posta bildiriblər ki, bu məlumat toplanması zamanı onlar konkret olaraq kimisə hədəfə almırlar. Sadəcə, toplanan məlumatları xüsusi hazırlanmış statistik-riyazi hesablama vasitələri ilə - Co-Traveller (Yol Yoldaşı) adı verdikləri üsulla analiz edirlər, mobil telefonların fəaliyyətindəki qanuna uyğunluqlar, və qəribəliklər, fərqliliklər – yəni şübhəli məqamlar aşkarlanır. Adətən toplanan informasiyanın ancaq 1 faizi nəyəsə yarayır. Məsələn, adi məlumatların iində potensial büşbhəlilərlə kimlərin əlaqədə olub olmaması aşkarlana bilir. NSA-in bu proqramında şübəhli hədəf olmaq üçünsə, heç də hansısa qanunsuz fəliyyətlə məşğul olmaq gərəkmir. Sadəcə, kimiliyini və yerini gizlətmək üçün telefonunu ancaq zəng-edəndən edənə yandıran, internet və ya virtual aləmdə fərqli kimliklərlə özünü təqdim edən, jurnalistlər və ya terroristlər kimi emailləri və ötürdükləri məlumatları xüsusi ciddiliklə - kodlaşdıraraq qoruyan, birdəfəlik mobil telefonlardan istifadə edənlər özləri istəmədən də bu analitik proqramın hədəfinə çevrilə bilərlər. Sadəcə özlərini başqalarından fərqli apardıqları və əsl şübhəlilərlə bir neçə dəfə yolları kəsişdiyi üçün şübhəli ola bilərlər.
NECƏ İZLƏNİR?
Sonradan hər hansı bir hədəflə bağlı suallar yarandıqda, həmin şəxsin kimlərlə əlaqədə olması, kimlərlə sadəcə eyni yerə getməsi, az qala bütün gününü əvvəllər harada keçirməsi marşrutu çıxarılır. Günlük həyatında mobil telefonun fəaliyyəti bir daha izlənir, mümkün müttəfiqləri, tanışları və başqa əlaqələri tapılır. Co-traveller həm də imkan verir ki, istənilən mobil telefonun yerini ən pisi 1 saatlıq, ən yaxşı halda isə 100 metrə qədər dəqiqliyində müəyyənləşdirmək mümkün olsun.
BU MƏLUMATLAR NƏYƏ YARAYIR?
NSA –dən Robert Litt deyir ki, bu məlumatları toplayarkən onlar ABŞ vətəndaşlarının izlənməmə və özəl həyatıyla bağlı hüquqlarını pozmurlar. Çünki məlumatları mərkəzləşdirilmiş şəbəkələrdən kimisə, birbaşa izləmədən alırlar. Ola bilsin ki, hazırda bu toplanan informasiya o qədər də böyük əhəmiyyət kəsb eləməsin, ancaq əsl dəyəri gələcəkdə üzə çıxa bilər. Dünyadakı insan haqları fəalları isə ABŞ hökumətinin internet və mobil telefonlar vasitəsilə cinayət törətməyən şəxsləri istənilən üsulla izləməsinin insan haqlarına zidd olduğunu düşünür.
Mənbə: Lent.Az
XƏBƏR LENTİ
Bunları özünüzə əsla deməyin
Yüz minlərlə insan dünya üçün küçələrə axışdı
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
Qandakı nəzarətçilər
Parlament mini ətəkləri qadağan elədi
Abituriyentlərə xəbərdarlıq: vaxtı uzadıldı
Mayli Sayrus bu dəfə onunla sevgili oldu-FOTO
Cenner lüks maşını ilə diqqət çəkdi-FOTO
Yıldız Tilbeni tənqid etdilər-SƏBƏB/FOTO
Lissabonda Qarabağ münaqişəsi ilə bağlı vacib müzakirə baş tutub
"Çox təəssüflər olsun ki, zəif həkimlərimiz var"
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Turpun faydaları
Hansı üzük hansı barmağa taxılmalıdır?
Üç qat keks (foto resept)
I sinfə qəbulun ilk mərhələsi yekunlaşır - Tarix açıqlandı
Prezident Bakı məscidində
Bella Hadid tərzi
Dünyanın ən reytinqli universitetləri
Hazal Kaya izləyiciləri tənqid etdi-SƏBƏB
Nazirlikdən HAVA XƏBƏRDARLIĞI
Susuzluğun bədənə təsirləri və nəticələri
Biz Azərbaycan qadınları uşaqlara təhsil vermirik
Hava haqqında
Kəsmikli bulkalar(foto resept)
Kimə inanaq?
Yaşadan yalanlar: problemlərdən qurtulun
Kompüterin var, dərdin var?
"Qalatasaray" azarkeşlərinə bəd xəbər
Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?
Uzun həsrət illərindən sonra Ağdamın Paprəvənd kəndindən görüntülər - VİDEO
Onlar qəsdən QİÇS-ə yoluxurlar
Avtobuslarda qəpiklər yığışdırılır
Az kalorili məhsullar
"Zalım İstanbul" serialına yeni aktyor dəvət edildi-FOTO
Avropanın ən uzun körpüsü
Körpələrin başı ağrayırmı?
Qarağatın faydalı xüsusiyyətləri
Eyni gündə, eyni xəstəxanada doğuldular - 25 il sonra evləndilər - FOTO
Prezident: “Kəlbəcər rayonun bir hissəsi işğalçılardan azad edilib”
Beren Saat rekord müddətə hədiyyə seçdi-FOTO
2015-ci ilin dəbli saç rəngləri
Azərbaycanlı ana və oğlu dünyada necə məşhurlaşdı? - VİDEOREPORTAJ
Angela Merkel Soçiyə getməyəcək?
Hesablarımıza girən əlləri necə kəsək?
Günün qoroskopu: şübhəli və inamsız olmayın
Güləşçimiz bürünc medal qazandı
Qadının öz həyatını idarə etmə bacarığı
Balaca aktrisa ağlaya-ağlaya getdi
Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər















- ŞƏRHLƏR