Streslərin çoxluğu insanı xərçəng xəstəliyinə meylli edir
Onkoloji xəstəliklərdən heç kim sığortalanmayıb və statistika göstərir ki, bu xəstəliklər getdikcə artır. Mütəxəssislər bildirirlər ki, tam müalicə olunmaq üçün xərçəng xəstəliyi olan insanlar psxioloji köməyə ehtiyac duyurlar.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, patoloji mərkəzin müxtəlif inkişaf mərhələlərində onkoloji xəstələrin psixologiyasında bir sıra xüsusiyyətlər qeyd olunub. Diaqnozu müəyyənləşdirənə qədər onkoloji xəstəliyin ilkin mərhələsində psixoloji dəyişikliklər somatik xəstəliklərdə olduğu kimi inkişaf edir və şəxsin fərdi keyfiyyətlərindən asılı olur.
Diaqnoz dəyişdirilərkən, ümumi vəziyyət qənaətbəxşdirsə, pasiyent xərçəng xəstəliyi haqqında fikirləri özündən uzaqlaşdırır və adi həyat tərzi keçirməyə davam edir. Pasiyent bir növ xəstəlikdən qaçır və yenidən onkoloqa müraciət etməkdən çəkinir. Psixoloq bildirib ki, bunları nəzərə alaraq, həkim pasiyentə müayinələrin, cərrahi əməliyyatların və başqa müalicə vasitələrinin əhəmiyyətli olduğunu izah etməlidir: "Qəti diaqnoz qoyulandan sonra onkoloji xəstələrin psixologiyası dəyişilir. Onların psixologiyasının dəyişməsinin bir səbəbi də daxili orqanların funksional pozuntularının olmasıdır. Nəticədə bu xəstələr ətrafdakılardan uzaqlaşır, heç nəyə sevinə bilmir, həyatdan daha zövq almırlar".
Onun dediyinə görə, pasiyentlər müalicəni bəzən inanaraq, bəzən isə inanmadan qəbul edirlər. Onlar xəstəlik barədə fikirləri özündən uzaqlaşdırmağa çalışırlar. Hətta həkimlər özləri belə qəti diaqnozu biləndə buna inanmır, daha çox ağır terapevtik xəstəlik olduğunu düşünürlər.
Qeyd edək ki, cərrahi əməliyyat, rentgenoterapiya kimi fəal müalicələr zamanı onkolkoji xəstələr qəmgin, passiv olurlar. Onlarda yaşamaq istəyi tədricən azalır. Bir çox xəstələrin şəxsi keyfiyyətləri saxlanılsa da intellekti, iradəsi zəifləyir.
Onkologiyada çətin problemlərdən biri də pasiyentə onun xəstəliyi barədə məlumatın verilməsinin vacib olub-olmadığını dəqiqləşdirməkdir. Qurbanova bildirib ki, xəstəlik ağır olduqca bunu müəyyən etmək də çətinləşir: "Bəzən həkim pasiyentə onun xəstəliyi barədə həqiqəti deməsə də, o bu haqda məlumatı digər mənbələrdən öyrənə bilər. Bu zaman həkim xəstənin etibarını itirə bilər. Bu səbəbdən də hər bir konkret hadisə haqqında tam məlumatı pasiyentlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla onlara çatdırmaq lazımdır. Bəzi xəstələr xəstəlikləri haqda heç nə bilmək istəmirlər. Digərləri isə əksinə, özlərini güclü və dözümlü hesab edərək, vəziyyətləri haqqında bütün məlumatın onlara söylənilməsini xahiş edirlər. Unutmaq olmaz ki, bir çox təsadüflərdə güclü və fiziki cəhətdən sağlam şəxslərdə ağır psixogen reaksiyalar müşahidə olunur və suisid mümkündür".
Müsahibimizin dediyinə görə, əksər hallarda şişin bədxassəliyini, sürətli inkişafını, ölümlə nəticələnə biləcəyini qeyd etmədən onun haqqında danışmaq olar: "Bəzən xəstəni xilas etməkdən ötrü yalan ifadələr də işlətmək olar. Həkim istənilən halda pasiyentdə ümid, həyatla mübarizə arzusu yaratmalıdır ki, o, bütün gücünü və daxili imkanlarlını səfərbər edib, müalicənin uğurla nəticələnməsinə şərait yaratsın. Bəzən ümidsiz vəziyyətlərdə mənfi nəticələr müşahidə olunur. Lakin buna baxmayaraq, həkim hər bir vəziyyətdə ağrını aradan qaldırmağa, iztirabları yüngülləşdirməyə və nikbin hisslər oyatmağa çalışmalıdır"
Ümumi somatik, herontoloji, cərrahi, onkoloji və digər klinikalarda həkimlər tez-tez yaşlı insanların psixoloji problemləri ilə rastlaşırlar. Psixoloqların işi belə xəstələrə illər keçdikcə cavan və sağlam olmayacaqlarını, müəyyən mərhələyə qədər güclərinin sərf olacağını izah etməkdən ibarət olmalıdır. Bu fikirləri söyləyərkən, həkim pasiyentin diqqətini daxili qüvvələrin canlanmasına və onların istifadəsinə yönəltməlidir. Ölüm yaşlılar arasında daha tez-tez rast gəlinir. Ölüm psixologiyası yaşla daha çox bağlıdır. Ölümə reaksiya isə şəxsiyyətin xüsusiyyətlərindən və dinə münasibətindən asılıdır. Hal-hazırda psixoloqlar ölümcül xəstələrlə də işləyirlər.
Mütəxəssisə görə, insanda xərçəng xəstəliyinin olması onu göstərir ki, o, həll edə bilmədiyi bir sıra problemlərlə üzləşib: "Həll olunmayan problemlər çətinləşərək həyatı dözülməz həddə gətirir. Streslərin çoxluğu da insanı xərçəng xəstəliyinə meylli edir. Adətən xərçəng xəstəliyi olan insanların həyatını, psixoloji durumunu təhlil edəndə məlum olur ki, həmin insanlar 6 aydan bir il yarıma qədər davamlı stressə məruz qalır və problemləri həll edə bilmirlər. İnsanlar nəticədə ruhdan düşür, özünü zəif və köməksiz hiss edir, mübarizə aparmaqdan imtina edir. Bu cür emosional reaksiya bir sıra fizioloji proseslərin başlanmasına təsir edir. Bu proseslər orqanizmin təbii müdafiə reaksiyasını azaldır. Bu da orqanizmdə xərçəng yaradan tipik hüceyrələrin yaranmasına və çoxalmasına şərait yaradır".
Mənbə: Milli.az
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR