
Bu gün Ümumdünya QİÇS-lə Mübarizə Günüdür.
Anspress-in məlumatına görə, ilk dəfə 1988-ci ildə təsis edilmiş QİÇS günü bu il artıq 26-cı dəfədir ki, keçirilir.
XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik - bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.
Bir sıra Avropa ölkəsində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, həmin mərəzə tutulanlara tibbi, maddi və digər yardımlar göstərilir. Ancaq bu xeyirxah səylər bəzən lazımi effekti vermir. Belə ki, cəmiyyətin özündən gələn müxtəlif paradokslar da baş verir. Bu yaxınlarda aparılan araşdırmalar maraqlı bir faktı ortaya çıxardı: bir çox QİÇS daşıyıcısı özünü bilərəkdən belə bir mərəzə yoluxdurur ki, maddi vəziyyətini “düzəldə” bilsin. Özü də belə “xəstələr”in sayı o qədər də az deyil. Gördüyünüz kimi, cəmiyyətin atdığı müsbət addımlar bəzən nə ilə nəticələnə bilir...
QİÇS-in epidemiya kimi vacib xüsusiyyətlərindən biri odur ki, ilk dəfə harada aşkarlanmasından asılı olmayaraq o, indi heç bir sərhəd tanımır, heç bir milli, dini ayrılığa fərq qoymadan yer üzündə tüğyan etməkdədir. Bəlkə elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur, ona qarşı mübarizə də ümumbəşəri xarakter daşımaqdadır.
Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir.
Xatırladaq ki, 1988-ci ildə dünya ölkələrinin səhiyyə nazirlərinin əhalinin immun çatışmazlığı ilə əlaqədar sammiti təşkil olundu. Həmin sammitdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin köməyi ilə hər il dekabrın 1-ni QİÇS-lə mübarizə günü elan etdi. Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsilin səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi indi də prioritet vəzifələrdəndir.
Azərbaycanda bu xəstəliklə mübarizə tempi onun yayılmasına uyğun bir sürətlə getməkdədir. 1987-ci ildə respublikamızda bu xəstəliyə tutulmuş iki nəfər vardısa, indi onların sayı yüzlərlədir. Doğrudur, digər ölkələrlə müqayisədə bu, elə də böyük rəqəm sayılmaya bilər. Amma “hər şeyi başlamaq asandır, bitirməksə çətindir” prinsipini əsas götürərək indidən qətiyyətlə hərəkət etmək lazımdır.
Bu mənada Azərbaycan dövlətinin, hökumətinin atdığı addımlar, qəbul etdiyi qərarlar və qanunlar kifayət qədər vacib olmaqla yanaşı, günün tələblərinə, reallıqlarına cavab verməkdədir. Hələ 1996-cı ildə Milli Məclisdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib. Lakin sonrakı dövrlərdə bu xəstəliyin qurbanlarının sayı get-gedə artdığı üçün həmin qanuna yenidən nəzər salınıb, Cinayət Məcəlləsində müəyyən dəyişikliklər edilib. İndi bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Azərbaycan QİÇS-lə mübarizə üçün bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini günü-gündən gücləndirir, əhali arasında maarifləndirmə tədbirlərini artırır. Bu məqsədlə beynəlxalq təcrübədən də istifadə etməyə çalışır, həmin bəlaya qarşı qeyri-hökumət təşkilatlarının, xüsusilə gənclər birliklərinin səylərini birləşdirməyə çalışır. Məqsəd isə aydındır: insanları başa salmaq, maarifləndirmək yolu ilə onları daha çox real həyata bağlamaq, dağılan və dağıdılan deyil, daha çox qurulan və gözəlləşən dünyanın yanında görmək, yaşamaq və yaratmaq həvəsini, eşqini gücləndirmək. Bu yolda hər bir vətəndaş dövlətin, dövlət isə öz vətəndaşının yanında olmalıdır - istər xəstə olsun, istər sağlam.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Arıqlamaq üçün məsləhətlər(2)
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Bütün Yerdə pulsuz internet olacaq?
BÜRCLƏR bizə nə vəd edir?- 6 fevral
Sarımsaq haqqında bilmədiklərimiz
Ebola bitmədi
Serdar Ortaç koronavirusa yoluxub?
Uşaqların məktəblərə qəbulunda yeni qaydalar
Hazalla Burak arasında QALMAQAL- FOTO
Səyyar ASAN xidmət bu rayonlara gəlir
"Arka Sokaklar"da 13 il sonra ayrılıq - FOTO
Sibel Canın FOTOsu diqqət çəkdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
İraq ordusu dinc sakinləri Mosulun tarixi mərkəzini tərk etməyə çağırıb
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
Ehtiyatlı olun: WhatsApp virus yayır
II Avropa Oyunları Niderlandda keçiriləcək
Kartoflu ispanaq kotleti (foto resept)
I siniflərə şagirdlərin qəbulu başlayır
Rusiyanın müdafiə naziri koronavirusa qarşı peyvənd vurdurdu
Pərəstişkarı Muradla Aslının barışığını sübut etdi - FOTO
İdmançımız finişə hamıdan tez çatdı
TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Günün qoroskopu: Atdığınız addımları təhlil edin
Beyinlər niyə axır?
HAVA necə olacaq?-31 yanvar
Ziyafət üçün baş örtükləri
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Turşməzə piroq (foto resept)
Prezident başsağlığı verdi
Putindən ərəbləri şoka salan qərar
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Mehriban Əliyeva pomidor-yumurtanı necə bişirib?
Lotereyada $4 milyon uddu
55 ölkə Bakını izləyəcək
Alimlər 2020-ci ilin iqlim müşahidəsi tarixində ən isti beşliyə daxil olacağını proqnozlaşdırırlar
Facebookun qurucusu ata oldu
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Cəmi iki uşağınız var? Nahaq...
Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
11 sentyabr”da kral izi
80-cı illərin saç sancağı geri qayıtdı
İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj - VİDEO
Sərnişinlərə vəd: "Mütləq dəyişdiriləcək"
Bunları bilirsinizmi?
"Yutub"u BAДћLADILAR - Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün...
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
HAVA necə olacaq? 6 İyul















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]