Ölçü lentiniz olsun. Hər zaman əlinizin altında ölçü lenti olsun ki, tez-tez bədən formanızda dəyişiklikləri ölçə biləsiniz. Bilin ki, qadınlar üçün o, 32,1/2 düym və ya daha az, kişilər üçün isə 35 düym və yaxud daha az olmalıdır.
Şəkərdən qaçının. Bazarlıq edərkən diqqətli olun və məhsulların etiketinin üzərində nə yazıldığını hər zaman oxuyun. Məhsulda şəkərin miqdarı 4 qramdan çox olmamalıdır.
Yeməkdən öncə alma yeyin. Bizlərdən çoxlarının yeməkdən sonra meyvə yemək vərdişi vardır, ancaq Doktor Oz onları yeməkdən öncə yeməyi tövsiyə edir. Liflə dolu bir alma sizə az yeyərək özünüzü tox hiss etməyinizə kömək edəcəkdir.
Səhər yeməyi üçün yumurtalar. Doktor Ozun dediyi kimi səhərlər yumurtaları yeməyə davam edin ki çəkini ata və yaxud artıq itirdyiniz çəkinizi saxlaya bilərsiniz.
Sifariş etməzdən öncə məsləhətləşin. Biz çox zaman vərdiş etdiyimiz yeməklərin ardınca qaçırıq, xüsusən də evdən kənarda yemək yeyiriksə. Ancaq siz hər bir menyuda bir neçə sağlam yemək və yaxud hətta sizin dietinizi əhatə edən yemək tapa bilərsiniz. Sadəcə kömək istəyin, sonra sifariş edin!
Paxlalı bitkilərdən yeyin. Paxlalı bitkilər sizin dietinizdə hər zaman olmayan ətin mükəmməl alternatividir. Ancaq paxlalılar siz dieta saxlayarkən həmişə uyğundur və yeri gəlmişkən, onlar çox doydurucudur.
Dadı və metabolizmi artırın. Bəzi dadlar vardır ki, sizi saatlarla gücləndirə bilər və böyük enerji sıxlığı yarada bilər. Beləliklə də, Doktor Oz yumurtaları və yaxud toyuğu metabolizmi sürətləndirən çili istiotu sousu ilə dadlandırmağı tövsiyə edir. Bu, dadlı və eləcə də sizin arıqlamaq prosesinizdə faydalı olacaqdır.
Sizin öz çərəz qutularınız. Doktor Oz iş yerinizdə bir qutu çərəz düzəltməyi məsləhət görür, beləliklə də əgər siz nəsə yemək istəyirsinizsə, qutu əlinizin altında hazır olacaq və həmkarlarınız da sizi özlərinin anti-diet çərəzləri ilə cəlb etməyəcəklər!
Mikrodalğalı soba. Mikrodalğalı sobadan nə qədər çox istifadə etsəniz, o qədər çox sağlam olmayan ərzaq yeyirsiniz. Bəli, bu faktdır. Ancaq Doktor Oz mikrodalğalı sobada bişirmək üçün soyalı toyuq piroqları, tərəvəz burgerləri və yaxud buxarda bişən tərəvəzləri və qəhvəyi düyünü məsləhət görür. Bu yolla siz dietinizə əməl etmiş olacaqsınız.
Dayanmayın. Görəndə ki bir qədər çəkinizi azaltmısınız, öz məşq rejiminizi eyni üsulla davam etdirməyin. Əgər gimnastika edirsinizsə, 5 dəqiqə də əlavə edin, əgər qaçırsınızsa, daha 5 dəqiqə artıq qaçın və sair!
Mayonez əvəzinə xardal. Doktor Ozdan çəki atmaq üçün başqa bir mükəmməl əvəzetmə! Siz sadəcə hazırladığınız hər bir şeydə mayonezi xardalla əvəz etməklə asanca 85 kaloriyə qənaət edə bilərsiniz!
Axşam saat 7-dən sonra yeməyin. Orqanizminizi elə öyrəşdirin ki, axşam saat 7-dən sonra heç nə yeməyəsiniz. Əgər bunu müntəzəm olaraq etsəniz, tezliklə axşam saat 7-dən sonra yeməyə ehtiyac duymayacaqsınız və bu sizin çəkinizi azaltmaq yolunuzda böyük bir addım olacaqdır.
Təzə göyərtilər. Təzə göyərtilər yeməyiniz üçün mükəmməl əlavədir; onlar sizin yeməyinizə heyranedici dad və sağlam inqrediyentlər verir. Bu, yemək bişirmək prosesini hətta xoş edir!
Duzdan istifadə etməyi dayandırın. Fast food tipli yeməklərdən qəbul etdiyiniz duzun miqdarı sizin təbii ehtiyacınız deyildir, sadəcə ona öyrəşmisiniz. Bu vərdişdən yaxa qurtaqrmaq üçün fast food yeməyini dayandırın və duza olan ehtiyacınız qaydasına düşəcəkdir.
Salatlarla başlayın. Yaxşı olardı ki, siz naharınıza bir qədər iştah gətirici salatla başlamağı vərdiş halına gətirəsiniz. Doktor Oz söyləyir ki, bu yolla siz sağlam olmayan qızardılmış yeməklərdən və yaxud souslardan qaçına bilərsiniz.
Pilləkənlə qalxın. Heç zaman yolunuzu qət etmək üçün bütün pilləkənləri qalxmaq şansınızı qaçırmayın. Əgər iş yerinizdə pilləkən vardırsa, liftdən istifadə etməyin, pilləkənlərlə qalxın, onlar sadəcə bir neçə dəqiqə vaxtınızı alacaq, ancaq siz arzu etdiyiniz bədən quruluşu üçün böyük iş görmüş olacaqsınız.
Sobada bişmiş alma çipsləri. Gəlin etiraf edək ki, biz hamımız çipsləri sevirik, lakin onları tərgitməliyik, çünki faydaları yoxdur. Ancaq Doktor Oz kartof çipslərinin əvəzinə alternativ kimi alma dilimlərini bişirməyi tövsiyə edir!
Su ilə zəngin qidalar. Yemiş və qarpız, pomidor və kərəviz kimi su ilə zəngin tərəvəzlər yeyin, çünki onlar sizə gün boyunca qəbul etməli olduğunuz düzgün miqdarda kalorilər verir. Beləliklə də, onları yanınızda saxlayın!
Avokadolar. Siz çətin ki, avokadodan daha yaxşı lif və sağlam yağlarla zəngin olan qida tapa bilərsiniz! Onlar siz arıqlamalı olduğunuz halda qida rejiminizə həqiqətən də mükəmməl əlavədir!
Şəklinizi tez-tez çəkin. Diet saxlamağa təzəcə başladığınız vaxt öz şəklinizi çəkin və tez-tez şəkillərinizi çəkməyə davam edin! Onlar sizin dəyişikliklərinizi canlandıracaq və siz bu dəyişiklikləri etmək üçün kifayət qədər güclü olduğunuz günlərdən yaxşı xatirələr qalacaqdır!
Yoqa zamanı. Siz yoqanın üstünlüklərini saymağa başlasanız, bu uzun bir siyahıya çevrilə bilər. O, dincəldici, yüngülləşdirici və rahatlaşdırıcıdır, həm də eyni zamanda vücudunuz üçün mükəmməl məşqdir! Beləliklə də siz səmərəliliyi məmnuniyyətlə birləşdirirsiniz!
Yeni sendviçlər. Sevimli sendviçlərinizdən əl çəkə bilmirsiniz? Narahat olmağa dəyməz! Doktor Oz sadəcə mayonez, pendir və üstdəki bulkanı götürməklə 250 kalori azaltmağı tövsiyə edir, hansını ki əgər siz restoranda yesəydiniz, qəbul edəcəkdiniz.
Qida qalıqlarını dərhal yığışdırın. Siz ehtiyacınız qədər boşqabınıza qoymusunuzsa, qalıqları yığışdırın. Bu yolla siz yeməyə əlavə istək hiss etməyəcəksiniz: hətta əgər siz istəsəniz, çətin ki, durub yenidən hər şeyi gətirib süfrə açasınız!
Yeməyin ortasında fasilə. Sizin heç zaman unutmamalı olduğunuz bir məsləhət vardır, bu da artıq müəyyən bir miqdar yemək yediniyizdə 30 saniyəlik fasilə verməkdir. Bu fasilə sizə imkan verəcək ki, biləsiniz siz bir az da yemək istəyirsiniz, yoxsa artıq doymusunuz.
Dr. Mehmet Oz
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR