- İlk növbədə, gömrük xidməti işçilərinin qarşıdan gələn peşə bayramı və Azərbaycan gömrük sisteminin yaradılmasının 22-ci ildönümü ilə əlaqədar olaraq Trend İnformasiya Agentliyi adından şəxsən Sizi və rəhbərlik etdiyiniz kollektivi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq.
- Təşəkkür edirəm.
- Cənab sədr, Siz 2013-cü ildə Gömrük Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiniz və 2014-ci ildə gömrük nəzarətinin təkmilləşdirilməsi və gücləndirilməsi sahəsində hansı tədbirlər planlaşdırılıb?
- Əvvəla onu qeyd edim ki, müstəqil Azərbaycanın 1992-ci il yanvarın 30-da yaranan ilk gömrük qurumu xalqımızın ümummilli lideri Heydər Əliyevin iqtisadi siyasətinin tərkib hissəsi kimi formalaşaraq, dövlətimizin müstəqilliyinin əsas atributlarından birinə çevrilməklə üzərinə düşən missiyanı şərəflə icra edir.Ölkəmizin gömrük sisteminə diqqət və qayğının nəticəsidir ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı sərəncamla yanvarın 30-u gömrük işçilərinin peşə bayramı günü müəyyən edildi. Həmin il Dövlət Gömrük Komitəsinin yaranmasının 5-ci ildönümü münasibətilə keçirilən mərasimdə ümummilli liderin tapşırıq və tövsiyələri Azərbaycan gömrük sisteminin dünya gömrük ailəsinə inteqrasiyasını sürətləndirdi, onu iqtisadi təhlükəsizliyimizin etibarlı təminatçısına çevirdi. İlk mərhələdə gömrük sisteminin qanunvericilik bazası təkmilləşdirildi. 1997-ci ildə ulu öndərin sərəncamı ilə "Dövlət Gömrük Komitəsinin strukturu və Əsasnaməsi" təsdiq edildi. Elə həmin il "Gömrük Məcəlləsi" və "Gömrük Tarifi" haqqında qanun da qüvvəyə mindi. 1999-cu ildə isə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə qəbul olundu.Azərbaycan gömrüyünün inkişaf dinamikası son 10 ildə də uğurla davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda yaşanan iqtisadi inkişaf prosesləri gömrük xidmətinin də həyatından yan keçmədi, ölkəmizin ümumi tərəqqisində aparıcı qüvvəyə çevrilən gömrük orqanlarının fəaliyyəti günün tələbləri səviyyəsində quruldu. Bu sahədə həyata keçirilən islahatlar gömrük qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə davamlı töhfə verdi. Beynəlxalq aləmə inteqrasiya nəticəsində Azərbaycan gömrüyü daha müasir və dünya standartlarına uyğun yeni mərhələyə qədəm qoydu. Bu proses dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamın uğurlu icrası ilə daha da sürətləndi. Proqrama əsasən, 5 il ərzində gömrük sərhədində mal dövriyyəsinin sürətləndirilməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması təmin edildi, gömrük nəzarəti metodları beynəlxalq standartlara uyğunlaşdırıldı və gömrük prosedurları avtomatlaşdırıldı, qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə gücləndirildi, gömrük infrastrukturu inkişaf etdirildi, kadr hazırlığı və beynəlxalq əməkdaşlıq genişləndirildi. 2009-cu ildən dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqinə başlanması, 2012-ci il yanvarın 1-dən qüvvəyə minən yeni Gömrük Məcəlləsi, elə həmin il Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi və Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq olunması bu prosesə öz töhfəsini verdi.Azərbaycan gömrüyü ötən ildə də fiskal siyasətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi, xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüb. Dövlət Gömrük Komitəsi 2013-cü ildə nəzərdə tutulan 1 milyard 380 milyon manat illik büdcə proqnozu əvəzinə 1 milyard 383,2 milyon manat gömrük vergi və rüsumu toplayaraq proqnoza 100,2% əməl edib.Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycana mal və nəqliyyat vasitələrinin axını artmaqdadır. Dövlət Gömrük Komitəsi bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün mühüm addımlar atır. Sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə, boşaltma, yoxlama əməliyyatlarını operativ icra etmək üçün müasir terminallar və gömrük anbarları yaradılır. Bunu Prezident İlham Əliyevin iştirakı ilə ölkəmizin müxtəlif bölgələrində açılan sərhəd-buraxılış məntəqələri də təsdiqləyir. Ən müasir avadanlıqla təchiz edilən, o cümlədən, nəzarət kameraları, elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları ilə təchiz olunan bu obyektlərdə müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün də geniş imkanlar yaradılıb. Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri qurulub. İstifadəyə verilən bütün məntəqələrdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və gömrük laboratoriyası, həmçinin kinoloji xidmət yaradılıb.Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar əməkdaşlara işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi, idxal-ixrac prosedurunun sadələşdirilməsi və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
2013-cü ildə Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə aparıb. Qeydə alınan 12 475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yer tutur.Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt akşar edilib. Bu faktlar üzrə ümumilikdə 135 kq 376,674 qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33 kq 185 qram həşiş, 18 kq 223,834 qram tiryək, 37 kq 717, 571 qram heroin, 198,567 qram kokain, 35 kq 628,38 qram marixuana, 10 kq 159,986 qram metamfetamin, 217,723 qram metadon və s. gömrükçülər tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə 152 nəfər barəsində müvafiq tədbirlər görülüb."Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanının icrasının təmin olunması məqsədilə 2013-cü ildə Gömrük Məcəlləsində nəzərdə tutulmuş gömrük prosedurlarının və əməliyyatlarının gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin beynəlxalq standartlara uyğun qaydada həyata keçirilməsi üçün 17 hüquqi normativ sənəd layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razlaşdırıldıqdan sonra Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunub.Bununla yanaşı, qeyd olunan sahədə bir sıra digər hüquqi normativ aktların layihələri hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razlaşdırıldıqdan sonra təsdiq olunması üçün Nazirlər Kabinetinə göndərilib."Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 fevral tarixli sərəncamında qeyd olunan bilavasitə dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən konkret səlahiyyətlərin bölgüsü, müvafiq dəqiqləşdirmələrin aparılması, təkrarçılığın aradan qaldırılması nəzərdə tutulub və məsələ ilə bağlı normativ hüquqi aktlarda dəyişikliklərin edilməsinə dair təkliflər hazırlanaraq müvafiq dövlət qurumlarına göndərilib.Bundan əlavə, gömrük nəzarəti əməliyyatlarının tezləşdirilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə gömrük orqanlarının müasir tipli texniki nəzarət vasitələri ilə təchiz olunması və gömrük infrastrukturun genişləndirilməsi sahəsində də işlər davam etdirilir.Eyni zamanda, Komitənin 2014-cü il üçün İş Planına uyğun olaraq aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulub:- "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli fərmanında müəyyən edilən aidiyyəti işlərin görülməsi, Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2012-2016-cı illər üzrə inkişafına dair Fəaliyyət Planı"nda nəzərdə tutulmuş müvafiq işlərin həyata keçirilməsi; Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin) yoxlanmasının və sərhəddə həmin mallar üzərində baytarlıq, fitosanitar, sanitariya nəzarətinin daha təkmilləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi;gömrük sərhəd-buraxılış məntəqələrində gömrük nəzarəti prosedurlarının tətbiqi zamanı işin səmərəliliyinin və bu sahədə çalışan gömrük əməkdaşlarının peşə biliklərinin və təcrübələrinin artırılması məqsədilə tədbirlərin görülməsi;əqli mülkiyyət hüquqlarının qorunması üzrə hüquq sahiblərinin müraciəti əsasında aidiyyəti işlərin görülməsi; beynəlxalq yükdaşnma əməliyyatlarının daha da tezləşdirilməsi və bu sahədə təhlükəsizliyin təmin olunması istiqamətində "BYD kitabçası ilə Beynəlxalq Yük Daşımaları Gömrük Konvensiyası üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Nəqliyyatla bağlı Gömrük Məsələləri üzrə İşçi Qrupu, BYD Konvensiyası"nın İnzibati Komitəsi və digər qurumlar tərəfindən Konvensiya çərçivəsində həyata keçirilən işlərin nəzarətdə saxlanılması;Azərbaycan Respublikasında BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımalarına buraxılmasına dair icazələrin verilməsi ilə bağlı zəruri işlərin yerinə yetirilməsi;
BYD tranzit sisteminin iştirakçı tərəfləri ilə (Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası və s.) qarşılıqlı məlumatlandırma, əlaqələndirmə və işgüzar əməkdaşlığın həyata keçirilməsi işlərinin davam etdirilməsi;Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2013-cü il tarixli, 7 nömrəli Qərarı ilə təsdiq olunmuş "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"ndan gömrük nəzarəti üzrə irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi;gömrük orqanlarında texniki nəzarət vasitələri ilə işləyən gömrük əməkdaşlarının peşəkar biliklərinin artırılması məqsədi ilə təlim seminarlarının təşkil edilməsi; yeni qüvvəyə minmiş normativ hüquqi aktların müddəalarının gömrük əməkdaşları tərəfindən mənimsənilməsi məqsədilə seminar və məşğələlərin təşkili və keçirilməsi, Dövlət Gömrük Komitəsinin yeni işə qəbul edilmiş əməkdaşlarının gömrük işinə dair biliklərinin artırılması ilə bağlı Gömrük Akademiyasında müvafiq qaydada təşkil edilən kurslarda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi məsələlərini özündə əks etdirən mövzular üzrə mühazirələrin və məşğələlərin keçirilməsiBundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli Qərarının icrası ilə bağlı ölkəyə idxal olunacaq avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq edilməsi ilə bağlı ölkə ərazinə gətirilən avtonəqliyyat vasitələrinə nəzarətin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək.Azərbaycanda ilk müstəqil iqtisadi operatorlar nə zaman meydana çıxacaq və onların fəaliyyəti gömrük brokerlərindən nə ilə fərqlənəcək?
Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş hüquqlar çərçivəsində səlahiyyətli iqtisadi operator tərəfindən malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədi ilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsini nəzərdə tutan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları" qüvvəyə minmişdir.Gömrük qanunvericiliyinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Səlahiyyətli iqtisadi operator isə malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir.Bugünkü gömrük tarifləri ölkə iqtisadiyyatının tələblərinə nə dərəcədə cavab verir? Ortamüddətli perspektivdə onlar necə dəyişəcək?İlk növbədə qeyd etmək istəyirik ki, hazırda tətbiq olunan gömrük tarifləri ölkə iqtisadiyyatının inkişaf tələblərinə cavab verməkdədir. Bildiyiniz kimi, respublikamızda uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyası özünü doğrultmaqdadır. Belə ki, yola saldığımız hər ötən il ümumi daxili məhsul kimi strateji göstəricilərin artımı ilə yadda qalır. Son illərin dünya iqtisadiyyatı üçün böhranlı illər olduğunu nəzərə alsaq, ümumi daxili məhsulda artımın müşahidə olunması çox sevindiricidir, çünki bu artım qeyri-neft sektorunun hesabına baş vermişdir.Qeyri-neft sektorunun inkişafı, rəqabət qabiliyyətli məhsulların respublikamızda istehsalının təşkili isə gömrük-tarif siyasəti ilə bilavasitə əlaqəlidir. Belə ki, hazırda Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyini təmin etmək, eyni zamanda, yerli məhsul istehsalının çeşidlərinin artırılması məqdsədi ilə zərurət yarandığı təqdirdə istehsal təyinatlı avadanlıqlar, müxtəlif xammal və materiallar ƏDV-dən və idxal gömrük rüsumlarından azad edilmiş və ya daha aşağı tarif dərəcələrinə cəlb olunmuşdur. Bununla yanaşı, daxili istehsalın xarici rəqabətin mənfi təsirindən qorunması məqsədi ilə bir sıra hazır məhsullara ən yüksək 15 faiz dərəcəsində gömrük rüsumları tətbiq olunur.Eyni zamanda, Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşması, həmçinin gələcəkdə respublikanın iqtisadi mənafeyini qorumaq məqsədi ilə antidempinq, kompensasiya və xüsusi növ rüsumların tətbiqi ilə bağlı möhkəm hüquqi əsaslara söykənən yeni "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu hüquqi qüvvəyə minmişdir. Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişaf dinamikası nəzərə alınmaq şərti ilə ortamüddətli perspektivdə bir sıra qanunvericilik aktlarının, o cümlədən "Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsi haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri hazırlanmaqdadır.Aydın müəllim, bu gün Gömrük Komitəsi hansı yeni elektron xidmətlər üzərində işləyir? 2014-cü ildə hansı yeni elektron xidmətlər tətbiq ediləcək? Dövlət Gömrük Komitəsi tərəfindən gömrük xidmətinin göstərilməsi sahəsində şəffaflığın təmin edilməsi və vətəndaş-məmur təmasının aradan qaldırılması sahəsində mühüm işlər görülür. Bu sahədə elektron gömrük xidmətlərinin önəmli rolu vardır. Hazırda Dövlət Gömrük Komitəsinin saytı vasitəsilə 9 adda elektron xidmət göstərilir və bu xidmətlərin hamısı ödənişsiz əsaslarla həyata keçirilir. Hazırda aşağıdakı xidmətlər üzərində iş gedir: "e - Gömrük Bəyannaməsi/Mal": Xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları idxal və ixrac etmək istədikləri mal və nəqliyyat vasitələrini internet üzərindən bəyan edə biləcəklər; "e - Monitorinq": XİF iştirakçıları rəsmiləşdirmək istədikləri mal və nəqliyyat vasitələri üzərində rəsmiləşdirmə prosesinin gedişini internet üzərindən izləyə biləcəklər;"e - Gömrük Ödənişləri" elektron xidmətinin tətbiq sahəsinin genişləndirilməsi.Bu xidmətlərin 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan-İran sərhədindəki ötən ildə yaranmış problemlərlə əlaqədar olaraq iki ölkənin gömrük orqanlarının nümayəndələri arasında görüşlərin nəticələri necə olub? Gələcəkdə bu cür problemlərin təkrarlanmaması üçün hansı addımlar atılacaq? İlk növbədə onu qeyd edim ki, İran İslam Respublikası ilə həmsərhəd olan gömrük idarələrinin rəhbərləri mütəmadi olaraq ikitərəfli görüşlər keçirir, qarşıya çıxan problemlərin yerindəcə həll olunması istiqamətində konkret addımlar atılır. O ki qaldı ötən il yaranmış problemə, qeyd edim ki, bu məsələ qismən də olsa həllini tapıb. Lakin bəzi məqamlar var ki, onlara iki ölkənin gömrük xidməti rəhbərlərinin görüşündə aydınlıq gətiriləcək. Bu günlərdə İran İslam Respublikası Baş Gömrük İdarəsi sədrinin müşaviri Məhəmməd Hüseyn Bağinayətlə görüşümdə iranlı həmkarımı respublikamıza rəsmi səfərə dəvət etmişəm. O da öz növbəsində İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Məsud Kərbasianın rəsmi dəvətini mənə çatdırıb. Ümidvaram ki, yaxın zamanlarda gerçəkləşəcək görüşdə bir sıra vacib məsələlər müzakirə olunacaq.Avro-4 ekoloji normalarının tətbiqi ilə bağlı avtonəqliyyat vasitələrinin gömrük giymətləndirilməsində dəyişiklik edilməsinə nə qədər ehtiyac var?Avro-4 standartlarının tətbiq olunmasının alıcının sövdələşmə qiymətinə birbaşa təsiri olmadığından bununla bağlı avtonəqliyyat vasitələrinin gömrük qiymətləndirilməsində dəyişiklik edilməsinə də zərurət yaranmır. Belə ki, idxal edilən avtonəqliyyat vasitələrinin cavab verdiyi standartlardan asılı olmayaraq, gömrük qiymətləndirilməsi QATT-ın Gömrük qiymətləndirilməsi üzrə VII maddəsinin tətbiqi haqqında Razılaşmaya uyğun olaraq, 6 qiymətləndirmə üsulu (malların sövdələşmə qiyməti ilə, eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə, ehtiyat üsulu ilə) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahiblərinə tətbiq edilən yol vergisinin dərəcələrində dəyişiklik edilməsi gözlənilirmi? Hazırda tətbiq edilən yol vergilərinin dərəcələrində hər hansı bir dəyişiklik edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsi tərəfindən heç bir təklif irəli sürülməmişdir. Rusiya parlamenti malların internet vasitəsilə xaricdən alınması və idxalı qaydalarına dəyişiklikləri müzakirə edir. Bu dəyişikliklərin qəbulu ilə internet vasitəsilə aparılan ticarətin şərtləri sərtləşdiriləcək. Dəyişikliklərə səbəb kimi təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri göstərilir. Azərbaycanda oxşar dəyişikliklərə ehtiyac varmı? Gələcəkdə Rusiya təcrübəsinə uyğun olaraq internet-ticarətlə əlaqəli olan normativ və prosedurların sərtləşdirilməsi planlaşdırılırmı? Fikrimcə, Rusiyada keçiriləcək Qış Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu kimi dəyişikliklərə zərurət yaranıb. Lakin Azərbaycanda siyasi sabitlik hökm sürür, ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Məhz buna görə də qeyd etdiyiniz dəyişikliklərə hazırkı dönəmdə ehtiyac duyulmur.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq