Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin “Azərbaycan Ermənistanla niyə müharibədədir” (Why Azerbaijan is at war with Armenia) başlıqlı məqaləsi dərc olunub.
Bununla bağlı Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Məqalədə beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 27 il ərzində qanunsuz olaraq Ermənistanın işğalı altında olduğu və Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymayaraq bu əraziləri tərk etməkdən imtina etdiyi qeyd olunur.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonu işğal etdiyi və bir milyona yaxın dinc əhalinin öz yurdlarından didərgin salındığı oxucuların diqqətinə çatdırılır, Azərbaycan ərazilərinin ermənilər tərəfindən vəhşicəsinə işğalının beynəlxalq ictimaiyyət tərəfindən “planlaşdırılmış etnik təmizləmə” kimi qəbul edildiyi vurğulanır.
1994-cü ildə iki ölkə arasında atəşkəs rejiminin elan olunmasına və beynəlxalq təşkilatların vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlara baxmayaraq, Ermənistanın tərəfindən dəfələrlə təxribata əl atıldığı və atəşkəs rejiminin pozulduğu bildirilir.
Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı, lakin Ermənistan tərəfindən münaqişənin həlli istiqamətdə heç bir addım atılmadığı bildirilir.
Məqalədə həmçinin, Ermənistanın bu gün də Azərbaycan torpaqlarını işğal edərək istismar etdiyi, bir vaxtlar məhsuldar olan tarlaları yandırdığı, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olduğu, həmin torpaqlardan çıxan qızıl və digər təbii sərvətlərdən 30 il ərzində olduğu kimi istifadə etdiyi qeyd edilir.
Müəllif qeyd edir ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə Ermənistan yenidən təxribata əl ataraq cari ilin iyul ayında yenidən atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, ağır artilleriya qurğularından istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətini atəşə tutub. Həmin dövrdən başlayaraq dəfələrlə Ermənistan tərəfinin təxribatları ilə cəbhədə gərginliyin yaşandığı qeyd olunur.
Məqalədə həmçinin Azərbaycan tərəfinin haqlı olaraq uzun illər boyu diplomatik yollarla həll edilə bilməyən münaqişəni 30 il bu ədalətsizliyə dözdükdən sonra işğal olunmuş torpaqlarını azad etməklə həlli qərarına gəldiyi vurğulanır və torpaqlarını düşmən işğalından tamamilə azad etməyənədək dayanmayacağı qeyd olunur. Həmçinin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki yaşayış məntəqələrini ballistik raketlərlə atəşə tutduğu oxucularn diqqətinə çatdırılır.
Son üç həftə ərzində Azərbaycan ordusunun Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını, həmçinin İran İslam Respublikası ilə sərhəd əraziləri işğaldan azad etdiyi bildirilir və bu müharibədə Azərbaycanın qalib olduğu vurğulanır.
Müəllif bu müharibənin əsas səbəbinin Ermənistanın qanunsuz olaraq Azərbaycan torpaqlarını işğal etməsi olduğunu, Ermənistanın bu münqaişə boyu hər zaman təcavüzkar olduğunu və Azərbaycanın haqlı olaraq öz torpaqlarını işğaldan azad etməyə çalışdığını bir daha oxucuların diqqətinə çatdırır.
XƏBƏR LENTİ
Rihannanın makiyaj sirləri
Ulduz falı saxtakarlığı haqqında
Dünya çempionatının təqvimi
Türk qırıcıları 400 hədəfi yerlə bir etdi
İstirahət günü Azərbaycanda hava necə olacaq?
Təyyarədə sərnişini sellofana bükdülər - SƏBƏB
Gürcüstan Prezidenti: “Qafqazda yeni era başlayır”
Facebook intihar etmək istəyənləri axtaracaq
Uşaqlarda dilin inkişafı
Bakıda keçirilən Avropa Oyunları dünya əhəmiyyətli hadisə olacaq
Ailə bağlarını gücləndirmək üçün ...
Kalori yandırmaq üçün 10 günlük vərdiş
90-dan artıq yaşı olan 7001 pensiyaçımız var
Tarixin 10 sirri
“WhatsApp”da YENİLİK!
Hansı ölkələrdə uşaq doğmaq bahadır?
Cənubi Koreyada məcburi maska rejimi tətbiq edildi
HAVA necə olacaq?- 5 fevral
Skarlet Yohanson üçüncü dəfə evlənir - FOTO
Leksika - 1
Evlər xeyli ucuzlaşa bilər
Həyatınızı asanlaşdıracaq məlumatlar
Dırnaq boyasını tez qurutmağın asan yolları
9 nəfərin yaşadığı ada-FOTO
Azərbaycanlı idmançı Fransada 1-ci oldu
Qafqazın ən böyük nağarası Şəkidə
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər
Melaniya Tramp kökəldi-FOTO
Nazirlər Kabinetindən tibbi maska və spirtlə bağlı AÇIQLAMA
Koronavirusun orqanizmdə qalma müddəti müəyyən edildi
Ramazanın səkkizinci gününün duası
Günün qoroskopu: sizi çox iş gözləyir
Sakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı
Azərbaycanda bulvar, park və istirahət məkanlarına giriş bağlandı
Sosyopat və psixopat arasındakı fərqlər nədir?
2014-cü ilin ən dəbli çəkmələri
Qatil ermənidən etiraf
Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi - VİDEO
Trampın cangüdəni koronavirusa yoluxdu
Burada dovşanlar insan kimi yaşayır
Balqabaq kotleti (foto resept)
Nazirlik boya sexini məhkəməyə verdi
2013-ün ən dəbli ayaqqabıları
Ətli mini zapekanka (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-13 Noyabr
Azərbaycandan koronavirusa yoluxma rekord həddə çatdı: Üç nəfər vəfat etdi
Kişilər üçün: Boynu qılıncdan qoruyan istidə özü bıçağa dönür
Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib
Şəmkirdə su qıtlığı
Məişət texnikası da bahalaşdı














