Tarixin dərinliyində müxtəlif sirrlər yatır. Sizə tarixin ən müəmmalı və ən mürəkkəb sirrlərinin onluğunu təqdim edirik.
10. Stounhenç
Təxminən 2500 il bundan əvvəl tikilib. Alimlər hesab edirlər ki, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür. Mayk Pirson belə hesab edir ki, Stounhenç bir neçə mərhələdə 1500 il ərzində inşa edilib. 1986-cı ildə UNESCO tərəfindən “Dünya İrsləri” siyahısına daxil edilən eramızdan əvvələ aid Stounxedç abidəsi Birləşmiş Krallıqda Uiltleonun, Amesbury ingilis qraflığının 2 mil qərbində, Solsberinin 8 mil şimalında yerləşir. Dünyada ən məşhur sahələrdən biri olan Stounhenç yerə bərkidilməklə böyük daşlar yığımı quraşdırılmış prospektdən ibarətdir. Arxeoloqlar bu abidənin e.ə. 3000 – e.ə. 2000-ci illər aralığında tikildiyini güman edir.
Tikilinin funksiyası üçün iki nəzəriyyə mövcuddur. Bunlardan birincisi, onun astronomik rəsədxana olması, ikincisi isə dini sahə kimi istifadə olunmasıdır. Professorlar Ceffri, Timoti Darvill və b. təklif edib ki, Stounhenç şəfanın yeri idi. Onlar israr edirlər ki, bu ərazidə dəfnlərin yüksək sayını tərtib edirdilər və qəbirlərin bəzilərində travma eybəcərliyinin dəlilləri var idi. Lakin onlar etiraf edirlər ki, tikili ehtimal ki, çoxfunksiyalı idi və yaxşı işlənmişdi. 2012-ci ildə gətirilən başqa bir nəzəriyyədə deyilir ki, abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olub. Bu nəzəriyyə təklif edir ki, Stounhençin tikintisinə daxil edilən əməyin böyük bir hissəsi regionlararası əməkdaşlığın tələbi idi. Bu nəzəriyyələrdən indiyə qədər ən dolğun hesab ediləni Stounhençin astronomik rəsədxana olması haqqında nəzəriyyədir. Abidə haqqında edilən araşdırmalar günümüzdə də davam etdirilməkdədir.
9. Con Kennedinin qətli
Kennedinin prezidentliyi dövründə Məxfi Xidmət təkcə Texasda Conu öldürməyə 34 cəhdi araşdırıb. Dallas küçələrində Kennedinin şəkli və "xainliyə görə axtarılır" yazısı ilə plakatlar görünürdü. Lakin 1964-cü ildə prezident seçkilərinə hazırlaşarkən Kennedi Texasa yola düşmüşdü, çünki bu ştatın səsləri seçkilərdə mühüm rol oynayır. Kennedi demişdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim... Bir səbəb uydurmaq olarmı?"
1963-cü il noyabrın 22-də ("qara cümə") prezident təyyarəsi Dallasdakı Lavfild aeroportuna endi. Prezidentin mühafizəsi motorlaşdırılmış Dallas polis idarəsi dəstəsi, təhlükəsizlik xidməti avtomobili və məxfi xidmət agentlərindən ibarət idi. Kortejin önündə təhlükəsizlik xidməti avtomobili, sonra altı polis motosikli, fərqləndirici işarələri olmayan baş maşın və 1961-ci il modelli prezident Linkoln gedirdi. İsti havaya görə təhlükəsizlik agenti Louson Linkolnun orqanik şüşədən olan üstünü çıxarmağı qət etdi. Prezident avtomobilini soldan və sağdan cəmi dörd motosikletçi müşayiət edirdi, maşında isə iki məxfi xidmət agenti var idi. Linkolnun arxasınca səkkiz nəfər agentlə "Kadillak" gəlirdi. Buna baxmayaraq saat 12:30-da Kennediyə snayper tüfəngindən iki dəfə atəş açıldı, birinci mərmi onun boynuna, ikincisi isə başına dəydi. Prezident mühafizəsinin zabiti Klinton Hill Kennedini qorumaq üçün yük yerinə çıxdı. Linkoln Parklend Hospitelə yönəldi və həkimlər 25 dəqiqə ərzində Kennedini xilas etməyə çalışdılar, lakin saat 1-də rəsmi olaraq onun ölüm xəbəri elan edildi. Bütün hadisəni Abraham Zapruder kameraya çəkmişdir. Həmin gün saat 13:46-da Senat işini dayandırdı, bir dəqiqə sonra Nyu-York birjası bağlandı. Saat 13:49-da SİTA sui-qəsd haqqında xəbər verdi. Saat 15:41-də tabut Vaşinqtona uçan prezident təyyarəsinə yükləndi. Vaşinqtonda tabut gücləndirilmiş mühafizə altında Endrüs hava bazasına çatdırıldı.
Kennedinin vəfatından sonra ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi altında yaradılmış komissiya (Uorren komissiyası) belə nəticəyə gəldi ki, prezidentin qatili Li Harvi Osvald tək hərəkət edib. Lakin növbəti araşdırmada Nümayəndələr Palatası qərara aldı ki, Kennedinin meyitinin yarılması standartlara uyğun şəkildə aparılmamışdır. Noyabrın 25-də Kennedi Arlinqton milli qəbiristanlığında torpağa tapşırıldı. Qəbirin üzərində Jaklin Kennedinin təklifi ilə daimi od yandırılıb.
8. Büllur kəllə
İndiana Consun məşhur filmlərindən sonra populyarlıq əldə edib. Onun sirri 1881-ci ildə Meksika arxeoloqları iki kəllə aşkar etdiyi vaxtdan başlayır. Mərkəzi və Cənubi Amerikada 13 belə büllur kəllə tapılıb. Belə bir nəzəriyyə var ki, bu kəllələr mayalılar və asteklərlə bağlıdır.
7. Qraf Drakula
Ən məşhur vampir-Brem Stokerin personajı-qraf Drakula. Həqiqi Drakula indiki Rumıniya ərazisi olan Valaxiyanın knyazı olub. Türklərin qatı düşməni öz ölkəsində vətənpərvər qəhrəman və amansız cəllad kimi tanınır. 100 mindən çox insanın ölümünə fərman verib. 1476-cı ildə türklərlə Buxarest yaxınlığında döyüşdə öldürülüb. Türklər onun başını kəsərək sultan 2-ci Mehmetə göndəriblər. Bədəninin digər hissələrinin harada olması müəmmalıdır. Bir versiyaya görə, Snaqov monastırında dəfn edilib. Lakin orada aparılan arxeoloji tədqiqatlar qəbrin monastırda olmadığını üzə çıxarıb.
6. Kəhrəba otaq
Öncə 1701-ci ildə Prussiya kralı üçün yaradılan otaq sonradan Rusiya çarı 1-ci Pyotra göndərilir. Sonradan Britaniya kraliçası Yelizavetaya hədiyyə olunur. Otağın sahəsi 55 kv. metr olub. Onun hazırlanmasına 10 il vaxt və 6 ton kəhrəba sərf olunub. İkinci dünya müharıbəsi dövründə ruslar bu otağı geri qaytarmaq istəyir. Lakin zaman keçdikcə kəhrəba kövrək olduğundan onu sadə divar kağızları ilə örtüblər. Nasistlər isə onu taparaq Kenisberq qəsrinə aparıblar. Qəsr dağılandan sonra kəhrəba otaq da oradan yoxa çıxıb.
5. Sfinks məbədi
Adətən Sfinksdən danışarkən hamının yadına Gizadakı Böyük Sfinks məbədi düşür. Lakin Sfinks Yunanıstan, Finikiya və Suriyanın simvolu olub. Onun sirri də elə yunan əsatirindən formalaşıb. Qədim yunanlara görə, insan öləndən Sfinks onun ruhundan soruşur: "O hansı varlıqdır ki, səhərlər dördayaq, günorta iki ayaq, axşamlar isə üçayaq olur?" Əgər insan ruhu buna cavab verə bilmirsə, Sfinks onu yeyir. Yox, əgər düzgün cavablandırırsa, o zaman Sfinks ölür. Bu suala düzgün cavab vermək isə yunan qəhrəmanı Edipə nəsib olur. Cavab isə "insandır". Böyük Sfinks məbədinin sirri onun yaşı, kim tərəfindən tikilməyi, daxilində nəyin olmasından ibarətdir.
4. Qarındeşən Cek
1888-ci ilin ikinci yarısında Uaytçapeldə və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə və ya qatillərə verilmiş şərti addır. Cek adı Mərkəzi polis bürosuna qətli törətdiyini iddia edən bir şəxsin göndərdiyi məktubdan götürülüb və London qəzetlərində cinayət işlərilə bağlı nəşr olunan yazılar sayəsində məşhurlaşıb. Hamısı əxlaqsız qadın olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapıb. Ancaq Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət var. Cek qeyb olduğuna görə bu cinayətlərin heç birinin üstü açılmayıb. Bu gün ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyilə həmin cinayətlərin üstünü açmağa çalışır. Günümüzə qədər çatmış tək fiziki dəlil qurbanlardan birinə aid olduğu iddia edilən şaldır.
3. Əhd sandığı
Əhd sandığının adı İncildə 25-ci kitabda çəkilir. Yazıya görə, Tanrı Musa peyğəmbərə (ə) elə bir məbəd tikməyi tapşırır ki, orada yəhudilər Allaha ibadət etsinlər. Məbəddə həmin əhd sandığının olduğu müqəddəs otaq da nəzərdə tutulmuşdu. Akasiya ağacından hazırlanmış sandıq qızıldan olmalı idi. Sandıq həm də düşmənlərdən müdafiə olunmaq vasitəsi idi. Məhz ona yaxınlaşmaqla insanlar fövqəltəbii güc əldə edir və düşmənə qalib gəlirlər. Buna baxmayaraq, həmin sandığın əsl mövcudluğu barədə heç bir fakt, foto və sənəd yoxdur.
2. Kral Artur
Kral Arturun, həqiqətən də, mövcud olması və ya onun ingilis ordusu tərəfindən uydurulması indiyədək müəmma olaraq qalır. İlk dəfə onun adı 9-cu əsrdə müqəddəs Nenni tərəfindən çəkilib. Bundan sonra onun adı tarixçilərin əsərlərində boyük kral və döyüşçü kimi çəkilir. O, Uels, Şotlandiya, Norveç, Danimarka, Almaniya, Normandiya, Bretini və Qaliyaya rəhbərlik edirdi. Alimlərin son tədqiqatlarında Artur həqiqi kralların ümumuləşdirilmiş obrazı kimi verilir.
1. Atlantida-itirilmiş şəhər
Atlantidanın faciəvi tarixi haqqında məlumatlara ilk dəfə qədim yunan filosofu Platonun əsərlərində rast gəlinib. Təxminən 2 min il yaşı olan həmin əsərlərdə Atlantida adasının Atlantik okeanda yerləşdiyi qeyd olunur. Yazdıqlarından belə aydınlaşır ki, Atlantidadan qərbdə nəhəng Amerika materikinin mövcudluğu Platona məlum olub. Onun Atlantida haqqında qeydlərinə olan maraq da daha çox bununla bağlıdır. Çünki Platonun müasirlərinə Yer kürəsinin quruluşu tam dəqiqliyilə məlum ola bilməzdi. Platonun tarixi rəvayətindən belə anlaşılır ki, Atlantida okeanın dibinə çökməklə məhv olub. Ancaq Platon Atlantidanın məhv olduğu tarixi dəqiq göstərməyib. Atlantida ilə bağlı tarixi materialları araşdıraraq 1882-ci ildə "Atlantida-subasmaöncəsi dünya" əsərini qələmə alan İ.Donelli hətta "atlantologiyanın atası" kimi qəbul edilirdi. Bu mövzuda apardığı araşdırmalardan sonra İ.Donelli Platonun reallıqda mövcud olmuş nəhəng adanı təsvir etməsi haqqında mülahizə irəli sürmüşdü. O hesab edirdi ki, Atlantida ilk və ən qədim bəşəri sivilizasiyanın məkanı olub. Böyük ehtimalla Atlantidanın ən qədim kaloniyası Misir olub. Bu səbəbdən də Misir sivilizasiyasını Atlantida sivilizasiyasının təzahürü saymaq olar. Bürünc əsri Avropaya məhz Atlantidadan ayaq açıb və ilk dəfə dəmirdən atlantlar istifadə ediblər.
İ.Danellinin davamçılarından olan Vilyam Skott-Elliot tərəfindən tam həqiqət kimi təqdim olunan konsepsiyaya görə, Atlantida bizim eradan yüzlərlə min əvvəl yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyaya malik olub. Bu unudulmuş qitə Atlantik okeanın böyük bir hissəsini tuturmuş. Onun sərhədləri şimaldan indiki İslandiyaya, cənubdansa müasir Rio de Janeyro şəhərinə qədər uzanırmış. İlk kataklizm təxminən 800 min il əvvəl baş verib. Nəticədə Atlantida öz əvvəlki relyefini itirməyə başlayıb. Amerika materiki bu nəhəng adadan ayrılıb. Nəhayət, bizim eradan əvvəl 9564-cü ildə dördüncü və sonuncu fəlakət baş verib və okean Atlantidanı həmişəlik olaraq udub. Bunun nəticəsində planetimizin müasir quru və dəniz sərhədləri indiki görüntülərini alıb. Skott-Elliota görə, Atlantidanın iki milyonluq əhalisi olan paytaxtı Stavorot adlanıb. Atlantida cəmiyyəti quldarlıq üzərində təşəkkül tapıbmış.
Turan Qafqazlı
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR