Şaftalının faydaları
- Kaloriyası az olan şaftalı, arıqlamaq istəyənlər üçün ideal meyvədir. Toxluq hissi verir və çox yeməyin qarşısını alır.
- Antioksidantla zəngin olduğu üçün diabet və ürək xəstəlikləri ilə mübarizə aparmağa kömək edir.
- Şaftalı dəri sağlamlığı üçün də faydalıdır. A və C vitaminləri ilə zəngindir. Dəri üçün təbii nəmləndirici sayılır.
- Saç tökülməsini azaltmağa kömək edir.
- Bağırsaq qurdlarını təmizləməyə kömək edir.
- Böyrəkləri təmizləyir
- Mədəni sakitləşdirir, həzmsizliyin qarşısını alır.
- Mikrobları aradan qaldırır. Revmatizma üçün faydalıdır.
- Tərkibindəki A və C vitaminləti göz sağlamlığı üçün faydalıdır. Kataraktaya qarşı qoruyucudur.
- Şaftalı bədəndəki sərbəst radikallarla mübarizə aparır. Bədənin yaşlanmasının qarşısını alır.
- Dəmir çatışmazlığının olanlar üçün faydalıdır. Bədənin dəmiri əmməsinə kömək edir.
- Tərkibindəki maqnezium streslə mübarizə aparmağa kömək edir. Sinir sistemini sakitləşdirir.
- Bədəni toksinlərdən təmizləməyə kömək edir.