
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov Rusiya tərəfindən Ukraynaya müdaxilənin ağılsızlıq ola biləcəyini söylədi. Rasim Musabəyov: “Ukrayna Rusiya üçün Gürcüstan deyil, buraya müdaxilə Rusiyanın özünü bataqlığa atması demək olar”, - dedi. Politoloqun fikrincə, Rusiyada da bunu yaxşı anlayırlar və son hadisələrin arxasında Ukraynaya təzyiq etmək, onu Avropa ilə inteqrasiya yolundan çəkindirmək cəhdləri dayanır.
Strateji Araşdırmalar Mərkəzinin Xarici əlaqələr şöbəsinin müdiri Rövşən İbrahimov da Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin inandırıcı görünmədiyini söylədi. Onun sözlərinə görə, Rusiya müxtəlif yollarla Ukraynanın yeni hökumətinə təzyiq göstərmək niyyətindədir. Krımda keçirilməsi nəzərdə tutulan referenduma gəlincə, R. İbrahimov onun nəticələrinin beynəlxalq aləm tərəfindən tanınmayacağını bildirdi.
Son günlər Ukrayna özünün ən taleyüklü dövrlərindən birini yaşayır. Bu baxımdan Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırılmasından sonra Ukraynadakı hadisələr Rusiya ilə açıq qarşıdurma müstəvisinə keçirilb. Belə ki, dünən axşam naməlum adamlar tərəfindən Krımdakı bir dövlət orqanları ələ keçirilib.
Məsələ ilə bağlı Ukrayna XİN Rusiyanın Kiyevdəki müvəqqəti işlər vəkilinə iki nota təqdim edib.
Birinci notada Ukrayna tərəfi iki ölkə arasında 1997-ci il mayın 31-də imzalanmış “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin 7-ci maddəsinə uyğun olaraq təxirəsalınmaz ikitərəfli məsləhətləşmələr keçirilməsini istəyib. İkinci notada isə Ukrayna ərazisində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının Qara dəniz donanmasının hərbi birləşmələrinin öz dislokasiya yerlərindən kənarda hərəkət etməsinə son qoyulması xahiş olunur.
Bu arada Rusiya ordusu Qara dənizdə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə 150 min əsgər, 880 tank, 90 təyyarə və 80 hərbi gəminin iştirak etdiyi bildirilib. Təlimlər Prezident Vladimir Putinin əmri ilə həyata keçirilir. Krımda baş verənlərdən sonra Rusiyanın bütün qoşun növləri üzrə təcili təlimlərə başlaması dünyanın lider dövlətlərinin narahat etməyə başlayıb.
Amerika Birləşmiş Ştatların dövlət katibi Con Kerri Rusiyanı Ukraynaya hərbi müdaxilə etməməyə çağırıb. NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyada başladılan hərbi təlimlərlə bağlı məsələyə toxunaraq deyib ki, Ukrayna Avropada təhlükəsizlik məsələsi ilə əlaqədar vacib ölkədir.
Krımda referendum keçiriləcək
Dünən Ali Radasının Rəyasət Heyəti muxtar respublikada referendumun keçirilməsi haqda qərar verib. Bununla bağlı Krım Muxtar Respublikası Ali Radasının Rəyasət Heyəti yerli sakinlərə müraciət edib.
Müraciətdə deyilir: “Radikal millətçilərin Ukraynada hakimiyyəti ələ keçirməsi nəticəsində Krımda sabitlik təhlükə altına düşüb. Ukrayna xaos, hərc-mərclik və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Ali Radası muxtar respublikanın taleyinə görə məsuliyyəti öz üzərinə götürür. Radanın Rəyasət Heyətinin üzvləri əmindir ki, muxtar respublikanın statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi kənar təzyiq olmadan muxtariyyatın gələcəyini müəyyən etməyə kömək edəcək”.
Türkiyə narahatdır
Ukraynadakı vəziyyət Türkiyəni də narahat etməkdədir. Bu müstəvidə də Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib. O: “Qonşumuz və strateji tərəfdaşımız olan Ukraynada yaşanan siyasi böhranın demokratik prinsip və konsensus əsasında, bütün tərəflərin iştirakı ilə tez bir zamanda həll olunacağına ümid edirik”.
Davudoğlu bildirib ki, hazırda Ukraynanın ərazi bütövlüyünün qorunması və məsələnin Konstitusiya çərçivəsində həll olunması vacibdir: “Bu çərçivədə biz Krım tatarlarının yaşadığı Krım Muxtar Respublikasında da bütün tərəflərin sakit və təmkinli şəkildə hərəkət edəcəyini gözləyirik. Türkiyə Ukrayna xalqının haqlı tələbləri çərçivəsində bütün demokratik həll yollarını dəstəkləməyə davam edəcək”.
Öz növbəsində “Batkivşina” fraksiyasının lideri, baş nazir vəzifəsinə namizəd Arseni Yasenyuk deyib ki, yeni hökumət Krımda sabitlik yaratmaq üçün bütün leqal tədbirləri görəcək: “Yeni hökumət bütün mümkün olanı edəcək, Krımda vəziyyəti sabitləşdirmək üçün hər cür leqal tədbiri görəcək və ətraf dünyaya, bütün qonşulara nümayiş etdirəcək ki, Ukrayna separatçılığın olmadığı, suveren, bütöv dövlətdir”.
Yanukoviç bəyanat verib
Ötən gün isə Rusiyada olan Yanukoviç açıqlama verərək özünü Ukraynanın prezidenti saydığını bəyan edib.
V. Yanukoviç onun ölkədə hakimiyyəti ələ keçirmiş “ekstremistlər”in əməllərindən qorumaq üçün Rusiyadan yardım da istəyib.
Eks-prezident Ali Radanın qəbul etdiyi qərarların qeyri-legitim olduğunu vurğulayıb.
V. Yanukoviç bildirib ki, onu və tərəfdarlarını qisas almaqla hədələyirlər. O, Ukraynada vəziyyəti hüququ müstəviyə qaytarmağa çağırıb və özünü ölkənin qanuni rəhbəri hesab etdiyini deyib.
“Əminəm ki, bu şərtlərlə qəbul olunan bütün qərarların qeyri-effektiv olduğu ən qısa zamanda məlum olacaq, həmin qərarlar icra olunmayacaq”, - deyə V. Yanukoviç vurğulayıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Badımcandan bol-bol istifadə edin
Kral ailəsi övladlarını necə BÖYÜDÜR?
Koronavirusla mübarizə aparan tibb işçilərinə əlavə ödəniş olunmur? - AÇIQLAMA
Bu Azərbaycan yazıçıları repressiya olunmuşdular
Qadın lotereyada 1 milyon uddu-heç kəs inanmadı
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Urmiya gölü niyə quruyur?
İş masasından əlil arabasına gedən yol
Azərbaycan tarixindən yüz şəxsiyyət-76
TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqlayıb
Xizək üzərində hotel yaradıldı - FOTO
Novruzla bağlı tədbirlər ləğv olundu-SƏBƏB
Sızanaqların müalicəsi üçün
Hava haqqında
Müəllimlərlə bağlı VACİB QƏRAR
Aura insanların ruhuna necə təsir edir?
Ana unikal saçlı oğlundan danışdı-FOTO
Evlənmək üçün kişiyə PUL verən ölkələr-SİYAHI
Ani Lorak boşanma ərizəsi yazdı-SƏBƏB
Paytaxtımızda möhtəşəm yenilik
Qadın.Netlilərin mənfi və müsbət cəhətləri (IV hissə)
Miqren xəstələri necə qidalanmalı?
Epidemioloqlar Gürcüstanda şəhər sakinlərini evdə qalmağa çağırırlar
Məşhur ailə villanı sata bilmir - FOTO
İstedadlı uşaqların vaxtından əvvəl I sinifə qəbulu ilə əlaqədar elektron ərizələrin qəbulu vaxtı açıqlandı
Azərbaycanda tutulan şəxs vəkilsiz danışmayacaq
Müsəlmanlar üçün xüsusi oyuncaq
Uşaq kitabı seçərkən nəyə diqqət etməli?
Azərbaycana turist axını olacaq
Azərbaycanda işlənmiş maşın alanda nəyə fikir vermək lazımdır?
Elektrik olmadan qaranlıq otağı necə işıqlandırmalı?
Bakıda bu zəng kimin üçün çalınır?
Azərbaycanlı professordan MÖHTƏŞƏM YENİLİK -Tibbdə inqilab!
“Aşkı memnu” 9 illik ənənəsini pozmadı - VİDEO
Dəbli ayaq bilərzikləri
Limonlu-ballı peçenye (foto-resept)
Sevgi yoxsa bağlılıq?
"Azərbaycanın NATO sammitində iştirakı...
Azərbaycanda beynəlxalq gənclər forumu keçiriləcək
Bu kəşf insanı uzun ömürlü edəcək
Azərbaycan generalı: "Şəhidlərimizin qanı yerdə qalmayıb”
İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN
Gözlənilən kimi çıxmayan məhsullar
Azərbaycanda qeyri-adi toy karvanı
İt bilib xilas etdikləri heyvan canavar çıxdı-FOTO
Bu gün keçirilən imtahanın nəticələri nə vaxt açıqlanacaq?
Sobada badımcan dolması (foto-resept)
Şahzadə aktirsa ilə toy tortunu paylayacaq
“Eurovision”da səsvermə başladı-SƏSVERMƏ Qaydası-FOTO
Məşhur reperi güllələdilər-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]