
"Biz harmoniyada olanda və ya stress keçirəndə, bu, aurada da özünü göstərir".Son zamanlar "aurası pisdir", "auram pozuldu" və s. aura ilə bağlı ifadələr tez-tez işlənməkdədir. Auranın gözə görünməməsinə baxmayaraq, onu bəhanə gətirib hətta bəzi insanlardan "onun aurası pis təsir edir" deyə uzaqlaşırlar. Bəs, əslində, aura nədir? Bəzi mənbələrdə qeyd edilir ki, aura yunan dilindən əsmə, yel, sovurma mənalarını verir. Şərq inanclarına və ezoteriklərin fikirlərinə görə, aura ruhun, canın təzahürüdür. Elmi cəhətdən isə auranın mövcudluğunu sübut edən faktlar yoxdur. İnsanın ətrafında auranı xatırladan rəngbərəng işıltının əks olunduğu şəkillər olsa da, mübahisəli xarakter daşıyır.Parapsixoloq Zahid Budaqlının sözlərinə görə, tək insan və canlıların deyil, hətta əşyaların da aurası var: "Aura ilə bağlı bilgilər qədim vaxtlardan Çin təbabətindən gəlib. Aura enerji sahəsi, işıq, rəng deməkdir. Hər bir şeyin enerjisi var. Bu baxımdan otağın da aurası var. Otaqda əşyaların, mebellərin yerləşməsi müəyyən enerji harmoniyası yaradır. Bunu öyrənən xüsusi sahə var, fen-şuy. Fen-şuya görə, əşya və mebellərin yerini tez-tez dəyişdirmək lazımdır. Çünki monoton səsin insanı yorduğu kimi, dəyişməz qalan enerji harmoniyası da adamı yorur. Ən azı ildə bir dəfə, əşyaların yeri dəyişməli və düzgün yerləşdirilməlidir".Budaqlı bildirib ki, auranı görmək mümkündür: "Gözün görmə aktivliyi hər kəsdə fəqlidir. Görmə aktivliyindən asılı olaraq, bəziləri bu işığı, rəngi görə bilir. Buna aktivləşən, açılan göz, parapsixologiyada isə üçüncü göz də deyirlər. Aura insanın ətrafında müəyyən qat şəklində işıq təbəqəsi kimi görünür. Aura əsasən başın ətrafında və çiyinlərdə daha yaxşı nəzərə çarpır. Bu təbəqənin qalınlığı, rəngi və işığın aktivliyi o insanın enerjisinin aktivliyindən asılıdır. İnsanın 7 enerji mərkəzi və 14 enerji kanalı var. Əgər bu mərkəzlər və kanallar düzgün işləyirsə, insan kosmik enerjini fəal alır və bu enerji insan vücudunda dövr edir. Yəni insanda enerji axını normada olursa, ən azı onun başının və çiyinlərinin ətrafında 5-10 sm. qalınlıqda aura olur. Auranı yenicə görməyə başlayan adam onu ağ zolaq şəklində görür. Onu daha dəqiq görə biləndə müxtəlif rəglərə bölündüyü aydın olur. Aura 7 rəngdə görünür. Amma o dəqiqliklə auranı çox az adam görə bilir".Auranın rənginin daim dəyişdiyini deyən həmsöhbətim hər bir insanın aurasının dəyişilməz əsas rənginin olduğunu deyir: "İnsanın həyatında, fikirlərində baş verən dəyişikliklər auranın rənginə də təsir göstərir. Biz harmoniyada olanda və ya stres keçirəndə, bu, aurada da özünü göstərir. Əsas rəng ağ işıq şəklində olanda, demək insanın düşüncəsi, əməli düzgündür. Əgər insan bəsit elmin çərçivəsindən kənara çıxıb ilahi dərkə keçirsə, o zaman ağ maviyə keçir. Bu bilik dərinləşdikcə aura yaşıla çevrilir. Qırmızı rəngdə olanda isə insan əsəbi olur. Qırmızı rəng daimi və müvvəqqəti ola bilər. Bu rəng aurada özünü müvəqqəti göstərirsə, əsəbilik halı keçici olur, əks halda əsəbilik davamlı olur" deyən müsahibim aurada qaranlıq hissələrin və ya qaraltıların insanın səhhəti ilə bağlı problemin olduğunu göstərdiyini bildirib. "Yəni, həmin hissələrdə enerji azalır. Auranın qaralması bir neçə cür ola bilər. Uzun zaman xroniki yorğunluq və ya xəstəlik zamanı aurada bütövlükdə qaranlıq olur. İnsanın düşüncəsi düzgün olmasa və bunun əsasında müəyyən problemlər yaşayarsa, aura işıqlıqdan qaranlığa keçə bilər".Parapsixoloq bildirib ki, aura pozitiv və neqativ enerjinin nəticəsidir. "Aurası pozitiv olan adamı digərləri tez qəbul edir və belə adamı sevirlər. Neqativ aura insanlar tərəfindən çətin qəbul olunur və insanlar ondan qaçırlar".Ekstrasens Zülfiyə Zeynalovanın sözlərinə görə, ağ və ya qara fonda aura daha yaxşı nəzərə çarpır: "Sadə bir təcrübə ilə auranı görmək asandır. Hava qaralanda eyvana çıxın. Əmin olun ki, otağınız yaxşı işıqlandırılıb və bu işıq təcrübə apardığınız obyektin üzərinə düşür. Qaranlıqda əlinizə diqqətlə baxın. Əlin kənarları ilə ağartı, işıqlanma görəcəksiniz. Bundan sonra əlinizi tərpədin. Bu zaman alınan görüntü auranın təzahürüdür", - deyən Z.Zeynalova auranın aid olduğu insan haqqında informasiya daşıdığını bildirib: "Aurada sahibinin həyat tərzi, sağlamlığının vəziyyəti haqqında informasiya, fikirləri və hissləri cəmlənib. Aura fiziki cəhətdən bədəndən ayrı mövcud ola bilməz. Sağlam adamın aurası 10-15 sm. məsafəyə qədər yayılır. Mənəvi zənginləşmə ilə əlaqədar auranın əhatə dairəsi artır".Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, çoxu müəyyən bir adamla söhbətdən sonra özünü yorğun və məyus hiss etdiyindən şikayətlənir. "Onlar deyir ki, həmin adamın mənfi aurası var və bu mənə pis təsir edir. Əslində ünsiyyət zamanı insanlar həqiqətən də bir-birinə təsir göstərir. Onların bir-birlərinə ötürdükləri fikir onları məyus edə və ya ruhlandıra bilər. Bəziləri öz məqsədlərinə çatmaq, öz vacibliyini, üstünlüyünü təsdiqləmək, müəyyən tələbatlarını təmin etmək üçün bilərəkdən kiminsə fikirlərinə, düşüncələrinə təsir edir, bəzilərində isə bu proses şüuraltı olaraq baş verir".
Mənbə: Ekspress
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ərzaq bazarında yeni təhlükə
Günün qoroskopu: dəyər verdiyiniz insanla...
Ən ağıllı heyvanlar hansılardır?
Barmaq boyda çantalar təqdim olundu-FOTO
Azərbaycan bu siyahıda liderdir
Ömrünüz uzansın deyə...
Karantindən sonra restoranlar bu cür işləyəcək
Tibbdə inqilabi kəşf
Xəstəlik aktyoru tanınmaz hala saldı
Meryem Uzerli və Bred Pitt eyni filmdə
"Ebola" virusundan 3 gün ərzində 70 nəfər öldü
Evdə bəzənə biləcək tort formaları
İnternetin haqqımızda bildikləri
"Ləzzətli yuvalar" (foto resept)
"Skype" Rusiyada qadağan edilir
Məşhur cütlüyün 1 milyonu nəyə xərcləyəcəyi bilindi
Günün qoroskopu: güclü yenilənmə potensialı var
Toyuq dönəri yeyənlərə xəbərdarlıq edildi - Zəhərlənə bilərsiniz!
Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO
Kəlbəcərin Zülfüqarlı kəndinin görüntüləri - VİDEO
Gilas souslu ördək (foto resept)
Azərbaycanda aviabiletlərin qiymətində dəyişiklik var
"Bəyaz gecələr" salatı (foto resept)
Bu ölkədə pulu arabayla daşıyırlar
Badımcan kotleti (foto-resept)
ABŞ-da fövqəladə vəziyyət elan edildi
Türkiyə MN-dan Azərbaycana bayram təbriki: “Sizinlə fəxr edirik”
Zeytun yarpağı ilə arıqlayın
Gömrükdə daha bir QADAДћA
Stil ikonum - Hadisə
Balqabaq pəhrizi
Balakəndə körpələr evinin açılışı olub
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Günün ulduz falı
Hava necə olacaq?
Avtomobillərin icbari siğortasının əhəmiyyəti
Düşmən Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu atəşə tutdu - RƏSMİ
"Elektron siqaret" də ziyanlı imiş
Paraşütçülər Bakı səmasında
Həyat yoldaşınızla gözəl vaxt keçirmək üçün tövsiyələr
Altı ildə maşın sayı 2 dəfə artıb
Körpənin ilk anları
Kriştianu Ronaldunun son durumu
Cəlal İsayevdən HƏYƏCAN TƏBİLİ: “Yoluxan şagirdlər cəmiyyətdə virusu yayırlar”
Qaymaqlı tort (foto resept)
Demet Akalının boşanma səbəbi bəlli oldu - FOTO
Bijuteriya boyunbaqlar
Bu gün Azərbaycanda Od çərşənbəsidir
Nazirlik: "Məktəb bufetlərində qidaların saxlanması öz həllini tapmalıdır"
Günün ulduz falı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]