Qoç - Enerjili, iradəli, qətiyyətli olun. Məqsədyönlü hərəkət və fəaliyyət üçün uğurlu zamandır. İmkanlarınızı və potensialınızı obyektiv dəyərləndirin.Vədlərə aldanmayın, şirnikləndirici təkliflərə inanmayın.Günün ikinci yarısında yaranacaq problemlərin optimal həll yollarını arayın. Bütün maneələri və sədləri dəf edə biləcəksiniz. Əvvəlcədən planlaşdırdığınızdan da artıq işlər görə bilərsiniz. Fiziki işdə xeyir var. İdmanla məşğul olun.Münasibətlərinizdə spontanlığa ehtiyac duyulur.
Buğa - Hissiyyatınıza inanın. İntuisiyanız əsasında hərəkət edə bilərsiniz. Kənardan məsləhətlərə çox qulaq asmayın. Onların əksəriyyətinin reallıqla heç bir əlaqəsi yoxdur. Məntiqli və soyuqqanlı olun.Günün ikinci yarısında ideyalarınızdan birini reallaşdırmağa başlayın. Vaxtınızı fövtə verməyin, mənasız işlərlə məşğul olmayın.Yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Tərəfdaşlarla münasibətlərdə müəyyən nüansları konkretləşdirmək zamanıdır.Axşam saatlarında bütün işləri unudaraq istirahət edin.
Əkizlər - Qarışıq, mürəkkəb gündür. Həllini tələb edən məsələlərin, problemlərin sayı sürətlə artacaq. Uzun müddətdən bəri çözülməmiş qalmış mübahisəli məsələnin nizamlanması ilə məşğul olun. Amma bununla belə, problemlərin miqyasını süni şəkildə böyütməyin.Günün ikinci yarısında maneələrin aradan qaldırılmasında astagəllik etməyin. Dövlət qurumlarına baş çəkməyi təxirə salmayın. Başladığınız işləri yarımçıq qoymayın.Dəyər verdiyiniz insanla münasibətləriniz sınağa çəkiləcək.Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - Tərəfdaş və şəriklərlə münasibətləri təftiş etməyin zamanıdır. Yalnız özünü düşünən insanlardan uzaq durun. Mənafelərinizi başqalarının maraqlarına qurban verməyin.Zərurət yaranarsa, sərt davranın.Günün ikinci yarısında yeni əlaqələr yaradın. Mövcud təmaslar arasında qeyri-effektiv olanları dayandırın. Ballastdan, irəliyə doğru hərəkətinizi əngəlləyən yükdən qurtulun.Ünvanınıza sərt iradların və tənqidlərin səslənəcəyinə hazır olun. Axşam saatları romantik anlar vəd etmir. Hisslərin etirafına tələsməyin.
Şir - Sayıq və ehtiyatlı olun. Yaranan çətinlikləri araşdırmamış həllə başlamayın. Yaşananların aydın mənzərəsinə nail olmaq üçün biliklərinizdən faydalanın. Obyektiv olun, hisslərə qapılmayın.Günün ikinci yarısında hadisələrin mahiyyətini anlayın. Yeni tərəfdaş və ya dost qazana bilərsiniz. Dəyər verdiyiniz insanlarla təmaslarda eqoistlik etməyin. Səmimiyyət bir çox problemləri aradan qaldıra bilər.Axşam saatlarında ailəvi istirahəti seçin.
Qız - Qüvvənizə əmin olun, şübhələrə qapılmayın. Ən ağır işin öhdəsindən asanlıqla gələ bilərsiniz. Məqsədlərə çatmaq üçün effektiv fəaliyyətə ehtiyac duyulur. Maraqlı sifariş və ya tapşırıq olarsa, cari işləri unutmayın. Rutinlikdən qaçmaq mümkün deyil.Günün ikinci yarısında çalışdığınız kollektivdə zəhmətkeş, səmimi insan olun. Mübahisələrə qatılmayın, əlavə münaqişələr yaratmayıvn.Gündəlik qayğıların həllində qeyri-ordinar həllərdən yararlana bilərsiniz.
Qarşı tərəfin ideyalarına və istəklərinə daha çox vaxt ayırın.
Tərəzi - Çevik, mütəhərrik olun. Praqmatizmi unutmayın, emosiyalara uymayın. Ciddi irəliləyişə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli, problemləri həll etməlisiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün imkanlarınızdan maksimum yararlanın.Günün ikinci yarısında həmkarlarınız sizdən yardım və ya məsləhət istəyəcəklər. Əla bələd olduğunuz sahədə ekspert kimi çıxış edə bilərsiniz. Nəzəriyyəyə aludə olsanız, sizi dinləməyəcəklər.Spontan, aqressiv davranmayın.
Eqoist insan təsiri bağışlamayın.
Əqrəb - Cari işlərdə uğur əldə etmək imkanlarınız artır. Yeni layihəni və ya sifarişi uğurla reallaşdıra bilərsiniz. Qətiyyətli, iradəli olun. Mənasız söhbətlərə qatılmayın. Yaramaz insanlardan uzaq durun.
Günün ikinci yarısında rəqibləri üstələyin. Ümumiyyətlə, rəqabətdə bütün vasitələri məqbul sayan insanın dərsini vermək zamanı çatıb.Mühüm xəbərin alınması, işgüzar məktubun gəlişi istisna deyilAxşam saatlarında ünsiyyətdə anlaşılmazlıq və mübahisə yaranacaq.
Oxatan - İdarəetmə və iqtisadiyyat sahələrində biliklərinizi artırmalısınız. Yeni təcrübə əxz etməyə çalışın. Fəaliyyət sahəsindəki uğurlarınızı artırmaq istəyirsinizsə, soyuqqanlı olmalısınız. Sirlərinizi bölüşməyə tələsməyin. Günün ikinci yarısında situasiyaya uyğun hərəkət edin. Tələsik qərarlar verməyin. Yaxın ətrafınızdakı insanların abstrakt məsləhətlərinə qulaq asmayın. Konkret işlərin həlli ilə məşğul olun.Sənədləşdirmədə diqqətli olun. Başa vurmadığınız işin bitdiyini sanmayın.Sevdiyiniz insana axşam saatlarında hədiyyə verin.
Oğlaq - Birmənalı gün deyil. Çətinliklərin sayı artacaq. Bütün diqqəti işə yönəltmək gərəkdir. Dövlət qurumlarının bürokratik tələbləri sizi geri çəkilməyə vadar etməməlidir. İşdə nəzarət güclənəcək.Günün ikinci yarısında sizdən az qala hər addım üçün hesabat tələb olunacaq. İşgüzar fəaliyyətlə şəxsi həyat arasında balans tapmaq gərəkdir. Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.
Pozitiv olun.
Dolça - İllüziyalara qapılmayın. Real işlərə üstünlük verin, xülyalardan qurtulun. Hadisələrə nəzarət etmək üçün zəruri rıçaqlara yiyələnməsəniz, olaylar əleyhinizə işləyəcək.
Yeni layihəyə başlayıbsınızsa, çətinliklər istisna deyil.Günün ikinci yarısında kiçik maneələr və sədlər sizi usandırmamalıdır. Bədbinliyə qapılmayın. Nikbin olun. Resurslarınıza yenidən nəzər salın, potensialınızı dəyərləndirin. Şəxsi münasibətlərdə aktivliyi azaldın.Yeni məlumatlar və informasiya əldə etməyə çalışın.
Balıqlar - Səhər saatlarından etibarən peşəkar fəaliyyətinizlə bağlı məsələləri həll etməyə çalışın. Xidməti səlahiyyətlər çərçivəsini aşmayın. Əlavə imkanlar aramayın. Günün ikinci yarısı sənədləşdirmə ilə bağlı işlər, hesabatların hazırlanması üçün əlverişlidir. Gərəkli məlumatları vaxtında əldə etmək üçün bütün vasitələrdən yararlanın. Qarşılıqlı əlaqələri gücləndirin. Həmkarlarla təmaslarda aktiv olun.Dəyər verdiyiniz insanla ünsiyyətdə kreativlik nümayiş etdirin.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yorğunluqdan tunelə yıxılan kişinin möcüzəvi xilas anı - VİDEO
Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib - VİDEO
Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər? - AÇIQLAMA
Ordumuz Ağdama Azərbaycan Bayrağını belə sancdı – VİDEO
Mətbəx əşyaları (1)
Quru əncir və quş üzümü peçenyesi (foto resept)
Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 1101 yeni yoluxma
iPhone Günəşdən qidalanacaq
Qripə qarşı peyvənd olaqmı?
İrina Şeyk rusiyalı reperi məhkəməyə verdi
Türk aktrisası ilk dəfə etiraf etdi
Tarkan şad xəbəri verdi: “Ata olacam” - VİDEO
Xəzər dənizində zəlzələ olub
Hava haqqında - 08.02.2014
Məşhur aktyor evləndi-FOTO
Mövsüm dəbi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Hava limanında müsadirə olunan əşyalardan yolka düzəltdilər – VİDEO
Sevgi anadan, inam atadan...
Bu 7 rənglə xəstəliklərdən xilas olun
Səfirin məktubu 123 MİN DOLLARA SATILDI
Meryem Üzerli "Oscar" mərasiminə bu geyimdə qatılacaq-FOTO
Mehmet Ali Erbilən xəbər var
Ordumuz İrəvana necə girəcək?
Məşhur modelin ayağını amputasiya etdilər-SƏBƏB
Məşhur müğənni ifa zamanı səhnədən yıxıldı - FOTO/VİDEO
Riyazi məntiqi fiqurlar
Rəsm rəngləməyə hazırsınızmı? (1-ci hissə)
Bakı qəsəbələrinə elektrik qatarlarının gedişi bərpa ediləcək
Keçmiş sevgilisinin anasından BEREN SAATA MESAJ
"Qalatasaray"a İtaliyadan şad xəbər
Pişiklər üçün kənd yaradılır - FOTO
Hava haqqında
Bensu paylaşdığı FOTO ilə təəccübləndirdi
Miranda Kerr üçüncü dəfə ana olacaq
Viktoriya Devid Bekhemdən şikayətləndi-FOTO
Uşaqlara xoş mesajlar verən filmlər
2019-un saç trendləri
Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir
Buş prezident olmaq istəyir
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - VİDEO
Saç düzümləri
FHN-dən novruz bayramı xəbərdarlığı
Alma piroqu (foto resept)
"Kurtlar Vadisi Vatan"ın ilk fraqmenti - VİDEO
İlham Əliyev doğum gününü belə qeyd etdi - FOTO
Qadın.netlilərə gülək-2
Şuşada kəlmeyi-şəhadətini deyən kapitan - XÜSUSİ REPORTAJ
Planşetlərə tələbat azalacaq
Fonetika (son)














