Güclü küləyin olmasına və hava şəraitinin tez-tez dəyişməsinə baxmayaraq, akrobatlar nəfəskəsici vinqsyut (parçadan tikilmiş qanad-kostyum) və beyscampinq (tərpənməz obyektlərdən tullanma) elementlərini uğurla həyata keçirdilər.Şou zamanı Marko və Corc Azərbaycanın dövlət bayrağını, o cümlədən 2016-cı il Formula-1 Avropa Qran Prisinin bayrağını başgicəlləndirici yüksəkliyə qaldıraraq Bakı buxtasının üzərində dalğalandırdılar və şəhərin ecazkar görünüşünə xüsusi rəng qatdılar.M.Valtenşpil və C.Latner avstriyalı paraşütçülərdir və hər ikisi əsasən vinqsyut uçuşu və beyscampinq üzrə ixtisaslaşıblar. Marko paraşütlə tullanma ilə 2011-ci ildən məşğul olur, lakin ilk tandem tullanışını 11 yaşında olarkən reallaşdırıb.Havada qəhrəmancasına nümayiş etdirdiyi çıxışdan sonra müsahibə verən Marko qeyd edib: "Müəyyən yerlərdə hava kifayət qədər küləkli idi, lakin ümumi götürdükdə, Bakı səması paraşütçülük etmək üçün çox əlverişlidir. Azərbaycan bayrağını havada dalğalandırmaq mənim üçün qürurverici bir hiss idi. Eyni zamanda Bakı sakinlərinə belə həvəsləndirici anlar və yaddaşlarda qalacaq xatirə yaşada bildiyim üçün sevincliyəm".Corc 12 yaşındaykən ilk dəfə Zalsburq şəhərində tandem tullanışını sınayıb. Elə həmin ildə də hava idmanı ilə peşəkar səviyyədə məşğul olmaq qərarına gələn idmançı bu arzusunu yetkinlik yaşında həyata keçirməyi bacarıb.Paraşütlə tullanmanı həyata keçirdikdən sonra Corc öz hisslərini belə ifadə edib: "Yüksəklikdən tullanma növləri arasında mənim ən çox xoşladığım vinqsyut uçusudur və Bakı səmasında tullanmaqdan sözün əsl mənasında zövq aldım. Bugünkü küləklə bacarmaq sözsüz ki çətin idi, buna baxmayaraq mən xeyli əyləndim. Şəhərin üzərində süzərkən və küçələrində gəzişərkən Bakının Avropa Qran Prisini qarşılamağa hazır olduğuna şahidlik etdim".
Mənbə: Trend.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bir dəqiqəyə suda əriyən plastik yaradıldı
Azərbaycan dili - IV dərs
Hadise ayrılıq xəbərlərinə açıqlama verdi
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
2020-ci ilin trendləri
Rasim Əliyevə "İstiqlal" ordeni verildi
Bu dəfə Yaşar Sereni məhkəməyə verdi-SƏBƏB
Kəlbəcərli girovlardan biri buraxıla bilər
Noxud şorbası (foto resept)
Çiyələyin mikroblarını necə təmizləməli?
Komediya ustası səhnədə öldü-FOTO
Mədə turşuları
Tom Cons Antalyada konsert verəcək
Məşhur aktyor Boeing-ini hədiyyə etdi
Bir yalnızlıq simfoniyası
Makiyajla məşhurlara çevrilən Alexis
Bakıda bir neçə sahibkarı aldadaraq külli miqdarda pulunu ələ keçirən qadın tutulub
Azərbaycan kinosunda yeni qanun
Ərdoğan terrorçulara od püskürdü
Könüllü işləmək istəyənlərin nəzərinə
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Qırışları aradan qaldıran maska
Ebunun konset bileti neçəyədir?
Eyni geyimləri müzakirələrə səbəb oldu
Hava haqqında
Mayın ilk gününə olan hava proqnozu
Bred Pitt və Cennifer Eniston yenidən evlənir
"Çukur" final edir-SƏBƏB
Serenay Sarıkaya Kerem haqqında danışdı
Çimərlik ayaqqabıları
Yaz üçün gözəl donlar
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Maraqlı divar saatları
Erkən qırışların səbəbləri
İşdən ixtisara düşmək istəmirsizsə...
Sənədsiz evlərə bəd xəbər
Kəlbəcər rayonundan 80 minə yaxın məcburi köçkün var
Mətbəx dekorasiyası nümunələri
Qaydalar avtobus sürücüləri üçün deyil?
Kütləvi ixtisarla bağlı SOCAR-dan RƏSMİ AÇIQLAMA
Bakıda taksidə doğulan uşağın görüntüləri-VİDEO
Murat Boz Aslı Enverdən ayrılmasının SƏBƏBİNİ AÇIQLADI
Verilişdə gərgin anlar: Azərbaycanlı qızın ürəyi getdi
Yeni türk nəsilini necə yetişdirməli?
Putin diktatora dəstəyini kəsdi
Sürüşmə sahələri aktivləşib
Gözəl bilərzik modelləri
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri
Noyabr ayının qalibləri!
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri














