Kosmik enerji, aura, çakra, mənfi və müsbət təsiredici qüvvələrə əksər insanlar inanmasa da, bəzilərinə görə, belə qüvvələr və hisslər mövcuddur, insan həyatında da önəmli yer tutur. Düzdür, insan bədəni sağlam olduqca, o, bu cür məlumatlarla, ümumiyyətlə, məlumatlanmır, bunların var olub-olmamasından bixəbər olur. Zaman-zaman isə bu mövzular yenidən gündəmə qayıdır.
Mənfi və müsbət qüvvələri idarə etməyi öyrənmək, auranın təmiz saxlanmasına çalışmaq və çakraların daim açıq olmasına nəzarət etmək insanlar üçün boş yerə zaman israfı olduğu halda çox vaxt önəmli olur. Son zamanlar isə xüsusən gənclər arasında çakralara, onların açılıb qapanmasına, idarə edilməsinə qarş maraq çoxalıb. Gəncliyin böyük bir qismi isə çakralardan məlumatsızdır, hətta ilk dəfə bu sözü eşidənlər də var.
Çakra bədənimizdəki enerji, həyat gücü, həyat enerjisi mərkəzləridir. Bədəndə birdən artıq çakralar mövcuddur və hər çakranın məsul olduğu orqanlar, duyğular və xarici dünyaya aid funksiyaları var. Ana çakralarımızın hər biri onurğa boyunca düzülür. Çakra sözü qədim sanskrit dilində "enerji mənbəyi" deməkdir. İnsanda 7 enerji mənbəyi, yəni 7 çakra var. 7-ci çakra yeddinci enerji mənbəyidir və başın ortasından kosmosla əlaqəni bildirir. Yeddinci enerji mənbəyi bağlı olduqda insanın enerjisində disbalans yaranır. Yəni müsbət enerji başdan, mənfi enerji isə yerdən daxil olur. 6-cı çakra şüuraltıdır. Bu çakra şüuraltında olan fikirlərlə yeddinci enerji mənbəyini bağlayır. 5-ci çakra endokrin sistemi-boğaz, burun, qulaq, gözün enerjisinin mənbəyidir. 4-cü çakra ürək qan-damar sistemini göstərir. 3-cü çakra həzm sistemi orqanlarını, qara ciyər, öd kisəsi, mədə, mədəaltı vəzi, dalaq, bağırsaqları əhatə edir. 2-ci çakra sidik, cinsiyyət üzvlərini idarə eləyir. 1-ci çakra isə aşağı ətrafları, iki ayağın ortasından yerə bağlılığı göstərir. Bu enerji mənbələrinin birində natarazlıq olanda insanın orqanlarında enerji çatışmazlığı baş verir.
Psixoloq, eyni zamanda bioenergetik Səməndər Əliyevin dediyinə görə, çakralar insan orqanizmi üçün çox vacib nöqtələrdir və təəssüf ki, insanlar bununla qətiyyən maraqlanmırlar. Hər hansı bir xəstəliyin səbəbini sudan tutmuş çörəyə qədər axtarırlar, amma heç kim auranın, çakraların necəliyindən bəhs etmir. Halbuki, sağlamlıq ilk öncə beyindən və beynin idarə etdiyi nöqtələrdən başlayır: "İnsan daim enerji itirir, bu enerji itkisi bədənin müəyyən yerlərində nasazlıqlar yaradır, beləliklə, insanda xəstəliklər meydana gəlir. Meditasiya zamanı isə insan nirvanada olur, yəni kainata qoşulur, kainat insana öz sonsuz enerjisini verir. Başdan aşağı bütün bədənə enerji daxil olur. Bədən qidalanır. Xəstə olan yerlər meditasiya zamanı göynəyə də bilir. Bu o deməkdir ki, enerji cəhətdən ac qalmış bədənin müəyyən nöqtələri enerji ilə qidalanır və xəstəliklər bununla yox olur. İnsanın imuniteti yüksəlir və xəstəliklərə yoluxmur. Əhval-ruhiyyəsi yüksək olur. Ətrafa pozitiv enerji saçır. İnsan bədənində enerjii dövr etdirmək üçün çakralardan istifadə olunur ki, əksər meditasiya ilə məşğul olanlar bunu unudur. Çakraların idarə olunması meditasiyanın əsasını təşkil edir və yalnız çakraların açılıb qapanması insan bədənində dəyişiklərin yaranmasına səbəb ola bilir".
Bioenergetik deyir ki, hazırda çakraların idarə olunması, açılması ilə bağlı kifayət qədər məlumat, eləcə də kitablar mövcuddur. Sadəcə alıb maraqlanmaq lazımdır. Düzgün meditasiya və çakraları açmaqla yorğunluq, başağrı, lokal ağrılar, ürək, mədə ağrıları tez bir zamanda gedir. İlk növbədə isə əsəb sistemi sakitləşir. Adam sanki təzələnir: "İnsan bədənindəki enerji daim işlək vəziyyətdədir. Son zamanlar bəzi işbazlar insanları çakralarının bağlı olması, müəyyən məbləğ qarşılığında ona kömək edəcəyi ilə qorxudur. Halbuki, bir insanda bütün çakraların bağlı olması ölüm deməkdi və eyni anda insanda bütün çakralar bağlana bilməz. Çakraları insan bədənində açıq 7 qapı kimi düşünün və bu qapılardan birinin bağlanması kifayət edir ki, bədəndə problem yaransın. Çakra mərkəzlərindən keçən enerji fərqli fiziki, zehni, əsəbi və psixoloji vəziyyətlərin yaranmasına səbəb olur. Uydurma üsullar fiziki, zehni, əsəbi və psixoloji səviyyələrdə balanssızlıq və qarışıqlıq yaradır ki, bu da problemin ikiyə qatlanması üçün şərait yaradır".
Normal insanda daimi olaraq 5 çakra açıq olur. Meditasiya zamanı, yəni insan çoxlu meditasiya etdikdən sonra onda 6-cı çakra açılır, "üçüncü gözü" görür. Bu göz açıldıqdan sonra bir daha heç vaxt bağlanmaz. Çakralar üzrə meditasiya çox vacibdir və bu cür meditasiya hətta ev şəraitində də edilə bilər. Burda xüsusi yoqa tipli tənəffüslər lazım gəlir. Diqqəti həmin çakraya yönəldirsiniz. Nəfəs alıb verdikcə diqqət xəstə nahiyəyə və ya ona bağlı çakraya yönəlir. Məsələn, diqqəti ürəyin özünə yönəldib meditasiya eləmək olar. İnsan hansı orqanın müalicəsini istəyirsə, diqqəti həmin orqanın üzərinə yönəldib meditasiya edə bilər. Bir müddət meditasiya edəndən sonra yavaş-yavaş həmin orqandakı xəstəliklər aradan qalxır. Xüsusən də xroniki xəstəliklərin müalicəsində sağalmaya daha çox nail olmaq olur.
Bir sözlə, çakraları öyrənmək və enerjinizi bərpa etmək üçün heç vaxt gec deyil.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək