“Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik”.
Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndirilir:
“Xoşbəxtlikdən raket hədəfdən yayınıb, çəkiliş qrupu xəsarət almayıb. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəyib. Üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşıyıb.
“Euronews”un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür.
Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəyib”.
“Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər.
Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.
Hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır”, - deyə H.Hacıyev qeyd edib.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Qeyri-adi saç düzümləri
Çatlaq şüşə effekti yaratmaq
Serenay Sarıkaya 7 minlik tərlikləri ilə diqqət çəkdi-FOTO
Xanımı ilə barışmaq üçün 2 milyonluq hədiyyə aldı-FOTO
Arıqlamaq istəyərkən həyatını itirdi!
Sağlamlıq hərəkətdədir
1860-cı ildə "Ayfon" olub - İDDİA
Emin Əmrullayevdən yeni TƏYİNAT
İlk görüş stressini necə azaltmalı?
Azərbaycanda qeyri-adi quzu doğulub
Gözəl görünüşlü boyunbağılar
Əncirli keks (foto-resept)
Günəş
Beyin üçün ən zərərli 3 qida
Koronavirusa yoluxmuş insanın bədənində baş verən dəyişikliklər açıqlandı
Kəvərli şorba (foto resept)
Ordumuz ermənilərə daha bir zərbə
Buz otel
Bu il 10 min ailə dağılıb
Göbələkli içliklə doldurulmuş qabaq(foto-resept)
Bakıda koronavirusun ən çox yayıldığı rayonlar - SİYAHI
XƏBƏRDARLIQ! Maqnit qasırğası olacaq
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Bu zalım dünyada doğulma...
Evdə oturmaqdan sıxılan uşaqlarla necə vaxt keçirməli?
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 135 yeni yoluxma
Azərbaycanda hansı məhsullar bahalaşıb? - FOTO
Azərbaycanda iribuynuzlu heyvanlar arasında naməlum xəstəlik yayılıb
Yaşıl mərci plovu (foto-resept)
Kibariye Bakıda konsert verəcək
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
“Meyiti yandırılan” kişi evə qayıtdı
Məşhur Azərbaycan kəndi təlaş içərisində: nə vurmaq olur, nə də qaçmaq
Romatizmal xəstəliklər
"40 Qoz" tortu(foto-resept)
Azərbaycan yığması Madridə 14 cüdoçu ilə yollanıb
Ərdoğan tramvay sürdü - FOTO
Stresdən necə çıxmaq olar?
HAVA necə olacaq?- 4 MAY
Məşhur cütlükdən COVİD-19 açıqlaması
"WhatsApp" pullu olacaq
Türkiyədə qar yağdı
Bakıda gecə işləmək
Səyahət üçün ən gözəl yerlər
Dinozavlardan da qədim tapındı
Üzüm budağının suyu - TƏBİİ DƏRMAN
Azərbaycan rəssamına qraf titulu verildi
Ən rüşvətxor ölkələr
Qadın ərini 18 avroya satışa çıxartdı-FOTO














