
Vatikan Zadəgan Heraldika Akademiyası Azərbaycanın rəssamına qraf titulunun verilməsi barədə qərar qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, incəsənət sahəsində onun böyük uğurlarının tanınması əlaməti olaraq Vatikan Zadəgan Heraldika Akademiyası Sakit Məmmədova qraf titulunun verilməsi barədə qərar qəbul edib, Avropa Təbiət Elmləri Akademiyası isə rəssamı Konrad Adenauer yubiley medalı və diplomu, alman rəssamı Albrext Dürer medalı və diplomu ilə təltif edib. Mükafatlar rəssama doğum günü münasibətilə təqdim edilib. Avqustun 5-i Sakit Məmmədovun 58 yaşı olur.
Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, rəssam Sakit Məmmədov opalizm üslubunun əsasını qoyub. Opalda mövcud olan isti rənglər çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun, demək olar, bütün əsərlərində rast gəlinir. Bununla sənətkar göstərmək istəyir ki, heç bir rəssam Tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad edə bilməz. Sevindirici haldır ki, onun əsasını qoyduğu opalizm məktəbini istedadlı tələbələri davam etdirirlər.
Sakit Məmmədovun əsərləri məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində, "Opera" qalereyasında (Sinqapur), Bakıda Müasir İncəsənət Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Onun işləri dünyanın bir çox nüfuzlu qalereyalarında nümayiş etdirilir. Sakit Məmmədov ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Belçika, Rusiya, Çexiya, İsveç, Polşa, Avstriya, Macarıstan və digər ölkələrdə keçirilən sərgilərdə iştirak edib.
Prezident İlham Əliyev məhz onun əsərini - Roma Papası II İohann Pavelin portretini Azərbaycanın adından Vatikana hədiyyə edib. Bu il Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov "Cıdır düzü" əsərini Vindzor qəsrində kraliçaya təqdim edib.
Milli.Az
XƏBƏR LENTİ
Qarderobdakı təhlükələr
Sirli sərdabələr tapıldı
Emma Stoun nişanlandı-FOTO
Erkən menstruasiyanın səbəbləri
Bülent Ersoydan Tarkana gecikmiş toy hədiyyəsi
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
Prezidentin köməkçisi: “Yoluxan şəxsin bilə-bilə SMS icazə alması cinayətdir”
Samirə Əfəndi iki il ölkəmizi “Avroviziya”da təmsil edəcək
Azərbaycanda vergi orqanları ilə bağlı qaydalar DƏYİŞDİ
Məşhur müğənninin 2,5 milyonluq villası uçdu-FOTO
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
Uşaqların pis vərdişi: saçla oynamaq
Jerar Depardye Şimali Koreyaya getdi
Azərbaycan vətəndaşlarının 90,8%-i Prezidentə tam etibar edir - SORĞU
“Bu ölkə tezliklə məhv olacaq” - Vanqanın yeni öncəgörməsi üzə çıxdı
Payızın havası 20 gün ləngiyib
Sankt-Peterburq-Qəbələ aviareysi təxirə salındı
Serenay Sarıkayadan hamiləlik xəbərlərinə "cavab"-FOTO
Azərbaycanda ilk - Şagirdlər açıq hava altında
"Facebook" yeni xidmətini istifadəyə verib
Günü 2 stəkan su ilə başlamaq üçün 5 səbəb
Azərbaycanda xarici pasport almaq hər kəs üçün "ASAN"laşdı
Elektron ödəmə populyarlaşır
3 günün hava proqnozu
Pomidorlu, göbələkli badımcan zapekankası(foto resept)
Mikayıl Cabbarovdan "Son zəng"lə bağlı YENİ ƏMR
ÜST-dən koronavirusla bağlı: Cəmi 10 faiz…
Xəyalımla yaşamaq istəyirəm
Nazirdən turizm xidməti göstərənlərə XƏBƏRDARLIQ
Poroşenko rus dilini qəbul etmədi
Şüuraltı
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
2017-ci ilin yeni sevimlisi: Ağ rəngli donlar
Dünyanın ən ucuz şəhərlərinin reytinqi açıqlandı
Günün qoroskopu: mövqelərinizi möhkəmləndirin
Rəsmi iş yerlərində necə geyinməli?
Valideyn məsuliyyətsizliyi: cəzalandırmaq çarədirmi?
Ölümcül Virusun Mənbəyi Tapıldı
Alimlər kosmosda "xəstəxana" yaratdılar
Kadırov azərbaycanlını nazir təyin etdi
Oğul və atanın əl işləri
BÜRCLƏR bizə nə vəd edir? - 27 fevral
Bayram namazının vaxtı açıqlandı
ABŞ dövlət katibi Rusiyanı yeni sanksiyalarla hədələdi
Alt paltarları haqqında təəccübləndirən 3 fakt
Coğrafiya İnstitutundan ildırım açıqlaması
Son günlərdə ən məşhur modellər
“Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir” - AÇIQLAMA
2020 SAG mükafatları: Qırmızı Xalça














