Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən saytlarda Azərbaycan ədəbi dilinin işlənmə vəziyyəti ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.
Trend-in məlumatına görə, institutun direktoru Tofiq Hacıyev bildirib ki, hazırkı dövrdə saytlara meyl çoxdur: “İndi insanlar kitab oxumur, amma saytları oxuyurlar. Ona görə də saytların dil normalarına diqqət etmək lazmdır”.
İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib ki, 4 ay müddətində 15-ə yaxın aparıcı saytın 1000-dən çox materialı araşdırılıb. Nəticədə təxminən 500-ə yaxın səhv aşkarlanıb. Orfoqrafik səhvlər çox nəzərə alınmayıb.
Monitorinqin nəticələri əsasında saytlar 3 qrupa bölünüb. Bunlar dil mənzərəsi çox yaxşı olan, müəyyən nöqsanlar olan və dil baxımdan bərbad vəziyyətdə olan saytlardır: “Onların dili redaktə olunmur. Məsələn, yazırlar ki, “snayperçi oğlan lazımdır”. Amma snayper qız və ya oğlan olmur. Bunlardan əlavə, alınma sözlərdən çox, bəzi sözlərdən isə yersiz istifadə edilir. Məsələn, yazırlar ki, ABŞ-da vertolyot insidenti yaranıb. Halbuki bu, vertolyot qəzası olmalıdır. Yaxud yazırlar ki, Ədliyyə Nazirliyinin köməyi ilə hamilə qalan Lamiyə Quliyeva. Belə gülməli mənzərələrin olmaması üçün Azərbaycan dilində sadə, anlaşıqlı formada yazmaq lazımdır. Təəssüf ki, bizim saytlarımızda bu problem var. Əsas səbəb də redaktənin olmamasıdır”.
Q.Məhərrəmli bildirib ki, 3-cü kateqoriyalı saytların sayı isə kifayət qədər çoxdur: “Belə saytlarda bəzən bir nəfər saytın həm rəhbəri, həm yazarı və s. olur. Bir nəfər 5 nəfərin işini görür”.
Onun sözlərinə görə, saytlarda monitorinqlər davam edəcək. Növbəti mərhələdə ixtisaslamış saytlar monitorinqə cəlb ediləcək.
İnstitutun aparıcı elmi işçisi N.Qazıyeva deyib ki, elektron mediada operativliyi təmin etmək baxımından “tələsik nitq” formalaşıb: “Saytlarda fonetik norma pozuntuları ilə bağlı səhvlərin olması düzgün deyil. Bir cümlədə müxtəlif zaman formalarından istifadə edilir, dilimizn fonetik quruluşuna uyğun olmayan cümlələr işlədilir”.
Onun sözlərinə görə, mənası anlaşılmayan cümlələr həddindən artıq çoxdur. Bunun əsas səbəbi müxtəlif istiqamətli norma pozuntularının bir cümlədə olması, digər səbəb tərcümədən yaranan məna problemidir.
N.Qazıyeva deyib ki, monitorinq zamanı ən çox leksik səhvlər (29 faiz) aşkarlanıb. Üslubi səhvlər 28 faiz halda, qrammatik səhvlər 19 faiz halda aşkar edilib.
Monitorinqin nəticələrinə əsasən, Trend (az.trend.az), APA (apa.az) agentliklərinin saytları, eyni zamanda, Milli.Az saytı dil mənzərəsi çox yaxşı olan qrupa daxil edilib.
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq