"Mərkəzi Bankın 21.02.2015-ci il tarixli qərarı bankları və borcalanları çətin duruma salıb |
Ölkədə manatın kəskin devalvasiyası əhalinin müxtəlif təbəqələrinin maddi durumuna öz mənfi təsirini göstərib".
ANS PRESS-in məlumatına görə, bu barədə Əmlak Ekspert Mərkəzinin araşdırmasında qeyd edilib. Mərkəzdən bildirilir ki, belə təbəqələrdən biri də banklardan dollarla ipoteka, istehlak, biznes və s. kreditlər götürənlərdir.
Mütəxəssislər hesab edir ki, həmin kreditlər müqavilələrdə dollarla ifadə olunsa da, əksər hallarda vəsait müqavilə bağlanan anda mövcud olan məzənnəyə uyğun olaraq manatla ödənilib: "Borcalanlar da öz növbəsində kredit üzrə öhdəliklərini həmin məzənnəyə uyğun olaraq manatla yerinə yetirirdilər (1 dollar=0,785). Manatın 33% dəyərdən düşməsi həmin borcalanları (xüsusilə də böyük məbləğdə kredit götürən vətəndaşları) çıxılmaz vəziyyətə saldı. İndi onlar hər 100 dollara görə 78,5 manat deyil, 105 manat pul sərf etməlidirlər".
“Əmlak Ekspert Mərkəzi”nin Hüquq Departamentinin müdiri Yaşar Tahirov bu halın hüquqi aspektlərini şərh etməyə çalışıb. O bildirib ki, Azərbaycan Respulblikası Mülki Məcəlləsinin 439.7 maddəsində göstərilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir. Hüquqşünasın fikrincə, “Öhdəliyin əmələ gəldiyi vaxt” anlayışı ilə bağlı hüquqşünaslar, iqtisadçılar və s. mütəxəssislər arasında fikir ayrılığı mövcuddur:
"Bəziləri öhdəliyin əmələ gəldiyi vaxt kimi müqavilənin bağlandığı və kredit üzrə pul vəsaitinin borcalana verildiyi vaxtı, digərləri isə aylıq ödəniş üzrə müəyyən edilmiş vaxtı nəzərdə tutur.
Hesab edirik ki, birinci fikir daha məntiqli və əsaslıdır. Belə ki, müqavilə ödəniş cədvəlinə nisbətən daha ciddi hüquqi sənəddir (baxmayaraq ki, cədvəl müqavilənin əlavəsi hesab olunur)".
Mütəxəssis qeyd edir ki, MM-nin 422-ci maddəsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsindən bəhs edir. Yəni, 422.1-də göstərilir ki, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir:
"Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2-də qeyd olunur ki, şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz.
422.2.3-ə görə isə müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı".
Hüquqşünasın sözlərinə görə, əhalinin konkret halda dollarla kredit götürənlərin birdən birə manatla olan gəlirlərinin 33-35% dən məhrum olmaları məhz 422-ci maddənin dispozisiyasını təşkil edən səbəbdir:
"Göründüyü kimi qanunvericilikdə dollarla kredit götürən vətəndaşların mənafeyinin müdafiəsi ilə bağlı kifayət qədər müddəa vardır. Lakin problemin tərəflər arasında qarşılıqlı anlaşma şəraitində məhkəməyə müraciət edilmədən həll olunmasını daha məqsədəmüvafiq hesab etmək olar. Çünki məsələ qısa müddət ərzində operativ şəkildə həll edilməlidir ki, aylıq ödəmələrdə elə də böyük fasilələr baş verməsin. Əks halda yüzlərlə və bəlkə də minlərlə borcalanın məhkəməyə müraciət etməsi, məhkəmə instansiyalarının aylarla, hətta illərlə davam etməsi bank sistemini çıxılmaz vəziyyətə sala bilər", - deyə Yaşar Tahirov bildirir.
Araşdırmanın sonunda belə bir nəticəyə gəlinib ki, situasiyaya hökumət də müdaxilə edə və vəziyyətin stabilləşməsi üçün tədbirlər görə bilər (məs.Rusiya federasiyasında hökumət tərəflərə deyən ziyanın müəyyən hissəsini öz üzərinə götürüb).
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Tərcümə olunmayan sözlər
Baş katib: "Türkdilli ölkələr iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı gücləndirəcəklər"
Artıq düşmən cəbhəyə qadınlarını göndərir
Çiyələyin mikroblarını necə təmizləməli?
Çiyələk və albalının faydaları
“Selfie” çəkib paylaşan kişilər xəstədir
Serenayı bir də belə görün - FOTO
Rolls-Royce-dan yeni xəyal
Eva Lonqoriya Karib dənizində-FOTO
Azərbaycanda bu şəxslər ödənişsiz ali təhsil ala bilər
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Tramvay dalınca qaçan Bakı
Hərbi çağırışa start verildi
Hamiləlikdə nə yeməli?
Real olduğuna inanamayacağınız faktlar
I Avropa Oyunlarının məşəli sabah paytaxta çatdırılacaq
At şampununun saçlarımıza təsiri
Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ
Ramazanda ürəyi yoran 8 səhv
Tolgahan oğlunun 12 saatlıq doğumundan danışdı-FOTO
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
Efiopiya hökuməti 3 milyon iş yeri açır
Günün qoroskopu: Səhhətinizə nəzarət edin!
Murat Boz Aslını sildi
Xəzərdə nərə balıqlarının kommersiya ovuna moratorium tətbiq ediləcək
Ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinə tarixi baxış
Fransız şirniyyatı
Bayramı təhlükəsiz keçirməyin yolu
Günün ulduz falı - 30.03.2014
Baş Prokurorluqdan çağırış: İşğaldan azad olunan ərazilərə səfər etməyin
Monika Belluçi Etirafları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ramazan təqvimi (8 iyul)
Koronavirusa yoluxmuş baş nazir altıncı dəfə ata oldu
Hamiləlikdə saç baxımı
Məşhur alimdən XƏBƏRDARLIQ: 8 ballıq zəlzələ yaxınlaşır
Android bazarı ələ aldı
Hamiləlikdə sağ tərəfi üstə yatmayın!
Kürd lider PKK-ya yox, TSK-ya səsləndi: silahı yerə qoyun
Doğum sonrası psixoz: çarəsi yoxdur?
Ebru Şallıya milyonluq hədiyyə
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Bakıda şimşək çaxacaq, yağış yağacaq
Sağlam həyat üçün 21 üsul
Sellülitdən aspirinlə xilas olun
Ay Yerə YAXINLAŞIR
Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
Prezident İlham Əliyev: "Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir"
"Şaxta baba" salatı
Ancelina Coli xəstəxanadan çıxdı-FOTO
Quş qripinə görə monitorinqə start verildi















- ŞƏRHLƏR