AZƏRTAC xəbər verir ki, Qobustan Milli Parkı açıq səma altında qoruq-muzeydir. Dünya əhəmiyyətli abidə kimi, 2007-ci ilin iyununda UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə istifadəyə verilən, ümumi sahəsi 2 min 460 kvadratmetr olan muzey və inzibati bina kompleksi innovativ metodlarla əks olunan məlumat bazaları ilə Qobustan ziyarətçilərini heyran qoyur. Xüsusi mulltimedia proqramları olan sensor ekranlarda həm maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D film və sair nümayiş etdirilir. Burada 360 dərəcə dövr edən xüsusi aparatla istənilən abidəni izləmək mümkündür. Muzeyin fondunda 100 mindən çox arxeoloji material toplanıb.Qoruqda 283 kvadratmetr sahədə 2 teleskopun quraşdırıldığı müşahidə meydançası var. Hazırda Qobustan qoruğunda 6000-dən artıq qayaüstü təsvir aşkar olunub, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni qeydə alınıb, 105 min maddi mədəniyyət əşyaları elmi cəhətdən tədqiq edilib.Arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlandı. 1,8 kilometr məsafəni əhatə edən estafet yürüşünü "Sabahın alimləri" müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və "Heydər Əliyev-92" inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdilər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq "Bakı-2015"in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.Mərasim "Bakı-2015"ə həsr olunmuş bədii proqramla davam etdirildi. "Bakı-2015"in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi.Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüartlarını bölüşərək deyib: "Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Min illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram".Beləliklə, "Bakı-2015"in məşəli paytaxta qədəm qoymağa hazırdır. İyunun 7-də məşəl paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək - birinci Avropa Oyunlarının tarixi açılış mərasimi başlayana qədər paytaxtın gəzməli-görməli yerlərinə səyahət edəcək.Xatırladaq ki, "Bakı-2015" birinci Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5500 kilometr məsafə qət edib. Məşəl səyahətində 150 nəfərlik yaradıcı komanda, 132 nəqliyyat vasitəsi iştirak edir. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Səyahət boyunca hər regionu əhatə edən məşəl estafetləri, eləcə də alov festivallarında "Bakı-2015"in ulduz elçiləri də iştirak edirlər. Festivallar Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı və Qubada keçirilib. Qalan yaşayış məntəqələrində isə qarşılanma mərasimləri olub.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ev şəraitində koronavirusa yoluxma riski nəqliyyatda olduğundan daha yüksəkdir
Koronavirusla mübarizə üçün 45 min maska göndərdi
"Alemin Kralı"nın sonbeşiyi illər SONRA-FOTO
Azərbaycanda hər gün 36 ailə dağılır
Sabahın HAVAsı
Hamiləlikdə qəbizlik necə keçər?
İstirahət gününün HAVAsı
Habil Əliyevdən son xəbər
Bu da 64 bitlik Android
İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM
Almaniya stadionlarında maraqlı yenilik
"Futbol topu" salatı (foto resept)
Ermənistan ordusu: biri vuruldu, 11-i qaldı
İngiltərə Premyer Liqası: "Everton" avtoqolla sevindi
Şahbaz Quliyev 4 aylıq fasilədən sonra ailəsinə məktub yazıb
Bitmiş sevgilərin ardından qadınlardan eşidilən 19 fikir
Göbələkli toyuq şorbası
Pensiyalar vaxtından əvvəl veriləcək
Pəhrizinizə dəstək-karbohidratlar
"Xaricdə belə Milli Gimnastika Arenası kimi gözəl arena yoxdur"
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Dekolteyə görə vergi tətbiq oluna bilər
Zakir Həsənovdan hərbçilərə təbrik
"Ağacla yatıb, ağacla dururuq" - İlanlar evlərə hücum edib
Koçaryan: “İyulda sərhəd münaqişəsinə Ermənistan səbəb olub”
Sabahın HAVAsı
WhatsApp-da daha bir yenilik
Məşhurların uşaqlıq şəkilləri
Şəkilləri internetdə 1575 dollara satılan Spike
Koronavirusa qalib gəlməyin yeganə yolu açıqlanıb
Online nikah mümkün olacaq - UKRAYNADA
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərlə onlayn müsahibələrə başlandı
Görənlər 70 yaşı olduğuna inanmır - FOTO
"Münasibət və münaqişələr"
Gi pəhrizi
Mehriban xanım hüzr mərasimində
Nişanlandıqlarını fərqli şəkildə elan ediblər - FOTO
"8 Mart" salatı (foto resept)
Geomaqnit səviyyəsinin aşağı olması insanlara necə təsir göstərir? - AÇIQLAMA
BMT baş katibi ermənilərin Qarabağdakı cinayətləri barədə məlumatlandırılıb
Hələ bu cür saç düzümü görməmisiniz!
Prezident İlham Əliyevin doğum günüdür
Obama İrəvana gələcəkmi?
Ağzını tikdi
Rəngarəng ayaqqabılar
Velosiped sürməyin 5 faydası
Venesiyada maraqlı tapıntı
35 ölkə təmsilçisi Bakıya gəlir
Ana və qızları üçün geyimlər
Hilton bacılarından koronavirusa rekord dəstək... - FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]