Bakıda tramvay xətti 1924-cü ildə yaradılıb. İlk tramvay marşrutu üçün isə vağzaldan Azneft meydanınadək olan 6.6 km məsafə seçilib.
O vaxtdan bəri bakılılar tramvayın xidmətindən onilliklər istifadə edib. Bunu isə Bakıda nəqliyyatın çoxluğu ilə əlaqələndirərək həyata keçirmişdilər. Həm də Bakının tramvay xətti çox köhnəlmişdi və müasir tələblərə cavab vermirdi. Həm də tramvaylar hərəkət edəndə çox səs salırdı və xarici görkəmi də ürəkaçan deyildi. Ancaq bütün bunlar tramvay xəttinin sökülməsi üçün əsaslı dəlil hesab edilmirdi.
Etiraf etməliyik ki, o vaxtlar ölkə iqtisadiyyatı indiki kimi inkişaf etməmişdi.
İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, tramvay xəttinin bərpa edilməsi üçün 1 milyard manat pul lazımdır: “Bu məbləğ xərclənərsə, tramvay xəttinin istifadəsi zamanı qazanılan pullar yenidən dövlət büdcəsinə qaytarıla bilər. Metro tikintisi tramvay xəttinin tikintisindən 3-4 dəfə baha başa gəlir. Buna görə də, xüsusilə şəhərin yeni yaradılmış sahələrində tramvay xətləri qurulmalıdır”, - deyə ekspert bildirib.
Nəqliyyat vasitələri üzrə ekspert Azər Allahverənov isə hesab edir ki, Bakıda yeni dairəvi tramvay xətti yaradıla bilər. Bu xətt paytaxtımızın Əhmədli, Günəşli, 8-ci kilometr sahəsini, mikrorayonları, “Alatava”, Yasamal, Musabəyov və Badamdar qəsəbələrini bir-birilə birləşdirə bilər. Bundan əlavə o yolla sərnişinlər Xırdalandan keçməklə Sumqayıta gedə bilərlər. Unutmaq lazım deyil ki, indi Bakının kənarında böyük Masazır massivi salınıb və bunun kimi yeni qəsəbələrin də salınması planlaşdırılır. Ələtin statusun da müəyyənləşdirilməsi yaxın vaxtlarda dəqiqləşdirilməlidir. Hazırda Qaradağ rayonu sürətli templərlə inkişaf edir və o istiqamətdə Sanqaçaladək yeni massivlərin salınması üçün işlər görülür. Və yeni salınan ərazilərdə də tramvay xətlərinin çəkilməsi layihələri gündəmdədir”.
Avtobuslardan fərqli olaraq tramvaylarda insanlar sürücülərin gözlənilməz əyləclərindən narahatçılıq keçirmirlər. Müasir tramvayların dəmir relslərini isə hazırda rezin təkərlər əvəz etdiyindən onun Bakıda yenidən salınması həm də avtobusların səs-küyündən əhalini xilas edər.
Dünyanın müxtəlif ölkələrində benzinlə işləyən avtomobillərin əvəz edilməsi üzərində iş gedir. Mütəxəssislər həm də ekoloji cəhətdən təmiz işləyən yeni nəqliyyat vasitələrinin yaradılması haqda düşünürlər. Bir sıra ölkələrdə yeni elektromobillər istehsal edilir. Və nəticədə müasir ölkələrdə bütün nəqliyyat vasitələrinin elektriklə işləyəcəyi planlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, atmosfer havasının çirklənməsinin 70 faizi avtomobillərin payına düşür.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıda tramvay xəttinin yardılması üçün 5 variant üzərində çalışır. Mediada yayılan məlumata görə, tramvay xətti Azneft dairəsini Zığ şossesi ilə birləşdirməlidir.
Hesab edirik ki, bu ideya gerçəkləşəcəyi təqdirdə şəhərimizin sakinləri və qonaqlar üçün ən yaxşı hədiyyə ola bilər.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Bu il dekabr "qəfildən" gələcək, yoxsa?.
Ronaldo prezidentliyə namizədliyindən danışdı
Hava haqqında
Körpəniz sizdən nə istəyir?
Üz üçün maska istifadə edənlərin yol verdiyi səhvlər
“O səs Türkiyə”nin qalibi bəlli oldu - VİDEO - FOTO
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
"Canlı Ken"in 10 il əvvəlki fotoları yayıldı - FOTO
NATO-da İrəvana qarşı tələb
Metroda sərnisМ§in sıxlığı ilə bağlı AÇIQLAMA
Təbiət həmişə qalib gəlir
Baş nazirdən tələbələrə təqaüdlərin verilməsi qaydası ilə bağlı QƏRAR
HAVA necə olacaq? 26 MAY
Adriana Lima yeni FOTOsu ilə diqqət çəkdi
Gənc və sağlam qalmaq üçün nə yeməliyik?
Pendirli toyuq şorbası (foto resept)
Şahbaz: "Anam və qızımdan narahatam"
Şeyma Subaşı Itır Esenə bu cür CAVAB VERDİ
Günün ulduz falı - 27.08.2013
64-cü "Emmy" mükafatında ulduzların geyimi
Ermənistanda aclıq gözlənilir
Avtomobil zinətdir, yoxsa zərurət?
BÜRCLƏR bizə nə vəd edir?-26 dekabr
Qadınların yeni sevimlisi
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Margot Robbie: təbii və qüsursuz
Nadir rəngdə olan dəniz pişiyi böyük marağa səbəb oldu - FOTO/VİDEO
Azərbaycanda maskanın qiyməti niyə bahalaşıb?
Əhməd Davudoğlu koronavirusa yoluxub
Günün qoroskopu: Qətiyyətli olun!
Uşaqlar kələmin içindən çıxmır…
Paris qadınlarının gözəllik reseptləri
"Heydər zirvəsi"nə yürüş başa çatıb
Bakıda külək, regionda yağış olacaq
Fikus bitkisi
Hamiləlikdə vitamin ehtiyacı
Çəhrayi uggilər
Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - VİDEO
Darçınlı südün möcüzəsi
Köhnə telefonların harada istifadə olunduğunu bilirdiniz?
İjevsk salatı
“Balu”nun şirniyyatlarını almayın - FOTO
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Pərdə seçərkən nələrə diqqət etməliyik?
Baş nazirin mətbəxinə siz də baxın
Baş infeksionist toylara icazə verilməsi barədə: "Ehtimal çox yüksəkdir..."
Almalı rulet (foto resept)
Macar pizzası
"Qarabağ" Reynaldosuz qala bilər
Yuxunun keyfiyyətini artıran 5 içki















- ŞƏRHLƏR