
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynamışdır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.
Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənmiş, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilmişdir. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!"

XƏBƏR LENTİ
Android maşınlar üçün də proqram hazırlayır
Azərbaycanda analoq yayım dayandırılacaq
Günün ulduz falı - 19.12.2013
Apple pulları artırdı
Bakıda yağış yağacaq
Günün ulduz falı
Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib
Cem Yılmaz Serenay Sarıkaya üçün arıqladı
Xına gecəsi
Sabahdan qar və yağış geri qayıdır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Sızanaqların əmələ gəlmə səbəbləri (1)
İmtahanlar yaxınlaşır, məzunlar isə...
13-cü mərtəbədən yıxılan uşağı aşağı mərtəbədəki qonşu havada tutdu - VİDEO
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında iştirak edib
2017 MTV Video Musiqi Mükafatları: qırmızı xalı
Zərif xanımlar üçün gecəliklər
Beyninizi qorumağın 10 yolu
Dostlar, gedək Kəlbəcərə, səyahət edək Şuşaya...
Kadırov prezident postunda qalacaq?
Maykl Duqlas "Qızıl qlobus" mükafatına layiq görüldü
Abituriyentlərə təzyiq etməyin
Satıcıların tərəzi hiyləsi- DİQQƏTLİ OLUN!
Çağatay Ulusoy rejissorluğa başladı
Yasəmən yağının faydaları
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Üzdəki məsamələri böyük göstərən 3 səhv
Azərbaycanda 1 həftəlik istirahət neçəyə başa gəlir?
Qarakənd faciəsindən 24 il ötdü
Aybaşı gününü hesablama
Hamilələrə XƏBƏRDARLIQ: bu qidalar düşmə təhlükəsi yaradır
Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
İranlı nazir Təzəpir məscidini ziyarət etdi
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanda daha çox hansı tibb işçiləri koronavirusa yoluxub? - RƏSMİ AÇIQLAMA
Qadın.Netlilərin evlilik təklifləri (2-ci hissə)
Leyla Əliyeva Müslüm Maqomayevin anım mərasimində - FOTO
Mərhum aktrisanın 10 yaşlı oğlu -FOTO
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır - RƏSMİ
Lukaşenkodan TAPŞIRIQ: Ən sərt tədbirlər görülsün
Ən təhlükəli smartfonlar
ÜST son bir həftə ərzində koronavirusa yoluxmada rekord artım qeydə alıb
Anemiya olan xəstələrdə qidalanma
Ərik bəhməzinin hazırlanması və faydaları
LG Display liderliyini qoruyur
Dəbli ayaqqabılar (2)
Kahının inanılmaz faydaları
İtalyan şirkəti Dağlıq Qarabağda "Versace" üçün parça hazırlayacaq
