
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi xidmətə yola salma mərasimi keçirilib. Mərasimdə hərbi xidmətə yola düşən çağırışçılarla yanaşı, onların valideynləri, yaxınları da iştirak ediblər. Çağırışçı gənclər şən əhval-ruhiyyə ilə hərbi xidmətə yolla salınıblar.Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, çağırış yaşı çatan gənclərin həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Şəmkir rayonundan bir qrup çağırışçı bu gün müxtəlif hərbi hissələrə göndərilib.Göygöldə isə bu münasibətlə təntənəli mərasim keçirilib.Oktyabr ayının birindən başlamalı olan gənclərin həqiqi hərbi xidmətə çağırış kompaniyası ölkədə keçirilən prezident seçkiləri ilə əlaqədər bir qədər yubanıb. Kampaniyaya bu gündən start verilib. Çağırışın ilk günü olmasına baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində canlanma yaşanır.Əvvəlki mərasimlərdən fərqli olaraq bu dəfə bir qədər gec başlaması çağırışçılarda heç də ruh düşkünlüyü yaratmayıb. Şəmkir rayonunda təşkil olunan mərasimdə əsl çoşqu yaşanır.Xidmətin Şəmkir rayon Şöbəsində çağırışçıların vaxtında hərbi hissələrə çatdırılması üçün təlimata uyğun bütün tədbirlər yerinə yetirilib. Həmişə olduğu kimi bu dəfə də çağırışçılar əvvəlcə bölmədə həkim nəzarətindən keçirilirlər. Sağlıq durumu ürək açan gənclər bir qayda olaraq bölgü üzrə hərbi hissələrə yola salınırlar.Çağırışçılar kimi valideynlər də bir qədər həyəcanlı görünürlər. Buna baxmayaraq onlar övladlarının düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəklərinə əmin olduqlarını bildirirlər.Göygöl rayonunda da çağırışçı gənclərin təntənəli yola salınma mərasimi keçirilib. Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi Mayıl Şahverdiyev gənclərə xoş niyyət və arzularını səsləndirib. Onları hərbi xidmətdə ayıq-sayıq olmağa səsləyib. Tədbirdə söz alan şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları orduya göstərilən dövlət qayğısından geniş bəhs ediblər. Günbəgün qüdrətlənən ordunun düşmənə layiqli cavab verməyə hazır olduqlarını vurğulayıblar.Yola salma mərasimi toy bayramla davam edib. Çağırışçıların hərbi xidmətə getməsi münasibəti ilə qurbanlar kəsilib. Daha sonra gənclər milli musiqilərin sədası ilə hərbi hissələrə yola salınıblar. Qeyd edək ki, ölkə ərazisində gənclərin həqiqi hərbi xidməti çağırış mərasimi ayın sonunadək davam edəcək.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Çimərlik geyimi turunda xalat geyinəcək
"Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur"
"Chek-up"dan keçmisinizmi?
İnsan beyni dəyişəcək, qazanc artacaq
27 illik həsrətdən sonra Kəlbəcərə kosmosdan baxış - FOTO
Ən böyük böyrəyə sahib insan Azərbaycanda yaşayır
Suyu necə içməliyik?
Manikürdə retro təsiri: Şəffaf dırnaqlar
Nikolas Keyc aktyorluqla vidalaşır
“Twitter” izləyicilərinin nəzərinə! - Yenilik
HAVA necə olacaq?
Ceyhun Bayramov üçtərəfli görüş üçün Pakistana gedir
Təyyarəni ildrım vurdu
"Rozetka" sözünün qarşılığı tapıldı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 182 yeni yoluxma
Ağ Evin saytında erməni təcavüzünə qarşı petisiya
Dünyada ilk dəfə "dövlət bitkoini" buraxılacaq
2015 evlilik trendləri
Heydər Əliyev Fondu aztəminatlı ailələrin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edib - FOTO
İdris Elbanın xanımı da koronavirusa yoluxdu-FOTO
Professorun sualı
Hansı bürcün qadınını necə cəlb etmək olar?
7 günlük pəhrizlə 8 kiloqram arıqlayın
Aprelin 15-nə keçən gecə Rəğaib gecəsidir: gecənin əməlləri
Ayın görüntüsü sosial şəbəkədə gündəm oldu - VİDEO
Evinizə yayı gətirin
"Banan" bulkalar (foto resept)
Azərbaycan Kuboku canlı yayımda
Cem Yılmaz və Serenay Sarıkayanın yay tətili
Duasıyla xiyar yetişdirən bağban-FOTO
Çavuşoğlu Azərbaycana gəlir
Türkiyə gözəli plastik əməliyyatdan imtina etdi-SƏBƏB
“Facebook”dan YENİLİK
Operativ qərargaha etimad kifayət qədər aşağı düşüb - RƏSMİ
Burun və qulaqlara qulluq
Yemək dəstləri
Kıvanç Tatlıtuğ məhkəmədə ifadə verdi
Can Yaman Demetə xəyanət etdi?-FOTO
Dəbli yay donları
Kürəkdəki sızanaqlardan necə xilas olmalı?
Vurulan təyyarə siyasətə düşdü
Ayın 15-dən dərmanlar eyni qiymətə satılacaq
İşçilər hansı halda intizam məsuliyyətinə cəlb edilə bilərlər?
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
Günün qoroskopu: atdığınız addımları təhlil edin
Azərbaycanda səfərbərlik?
Çinlilərin yeni smartfonu maraqlıdır
Şeyma Subaşı Yenidən Ana olmaq istəyir
Uşaqların sağlamlığı üçün 10 qida
"Əməliyyat zamanı Qurani-Kərim yanımda idi"















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]