Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana çıxmışdır. Müxtəlif dövrləri əks etdirən Misir yazı abidələri indiyə qədər qalmaqdadır. Misirdə də ilk yazı növü şumerlərdə olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur.
Burada yazılar əsasən papirus üzərində cızılırdı ki, bu da onlar üçün kağızı əvəz edirdi. Yazı “lövhəsi” düzəltmək məqsədilə misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar. Papirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış papirusu burur və iplə bağlayırdılar.
Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər. Misir yazılarını ilk dəfə 1822-ci ildə fransız alimi Şampolon oxumuşdur.
Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan şagirdlər sərbəst və asan yazmağı 5-6 il müddətinə öyrənirdilər. Təlim prosesində şagirdləri müxtəlif şəkildə cəzalandırırdılar. Baxmayaraq ki, məktəblərdə oxuyanlar varlıların və adlı-sanlı adamların övladları idi, mirzəlik çox hörmətli sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının mirzələr tərəfindən cəzalandırılmasına) pis yanaşmırdılar.
Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir atalar sözü yazılırdı: “Uşağın qulaqları belindədir, ancaq döyüldüyü
zaman qulaq asır”.
Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti dilindən istifadə olunurdu.
Bildiyimiz kimi, VII əsrdən başlayaraq ərəb dili yayılmağa başlanmışdır (İslamla bağlı). Hazırda Misir ərazisində dörd milyon yerli çipti yaşayır. Onlar xristian olsalar da, ərəb dilində danışır, ancaq öz ibadətlərini çipti dilində edirlər. Qədim Misirdə bədii ədəbiyyatın əsasında şifahi xalq yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir.
Qədim misirlilər üç min il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar əsasən əkinçi həyat tərzini, dünyagörüşünü əks etdirırdi. Belə nağıllarla yanaşı fironlar və əyanlara həsr edilmiş nağıllar da geniş yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə
nağıllardan “Gəmi qəzasına uğrayan adam”, “Düz və əyri haqqında nağıl”, “Firon Xufu və cadugərlər”, “İki qardaş haqqında nağıl” və s.
göstərmək olar.
Qədim misirlilər təbiətdə və insan həyatında olan hadisələri dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən təbiət allahı hesab etdikləri Osiris haqqında əfsanə bu baxımdan səciyyəvidir.
Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və ictimai quruluşu müdafiə edən nəsihətlərə təsadüf olunur. Belə nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti, xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır. Bu nəsihətlərə misal olaraq, “Heraklopol hökmdarı Axtoyun oğlu Merikaya nəsihəti”, “I Amenemxetin nəsihəti”, “Duauf oğlu Axtoyun nəsihəti”, “İpuserin kəlamı”, “Nefertifin nəsihəti” və s. göstərə bilərik.
Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı incəsənət firon hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı. Qədim Misir memarlağlında dinin təsiri aydın hiss olunur. Ehramların klassik nümunəsi Sakkarada təmsil olunmuşdur. Buradakı pilləli ehram firon Coserə həsr olunmuşdur. IV sülalə fironlarından Xufu (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6 m.), Xafra (hündürlüyü 140 m.) gözəl ehramlar tikdirmişlər.
Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə insanların, məsələn, dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn
mərasimləri və s. təsvirlər həkk olunmuşdur.Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn sərdabələri yaradılır. Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən çox otaq vardır.
Ən əzəmətli memarlıq nümunəsi Fivadakı (Karpak və Lüksorla) Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu 16 cərgədə ucaldılmış 134 sütundan ibarət imiş. Həmin salonun 12 mərkəz sütununun hündürlüyü 21 metr imiş. Salonun sahəsi isə 5 min kv/m-dən çox imiş. Misir memarlığının əsas sahəsini heykəltəraşlıq təşkil edirdi. Bütün məbəd və saraylar heykəllərlə dolu olmuşdur. Əsasən misir
allahlarından və fironlardan ibarət olan bu heykəllər içərisində sadə insanlara həsr olunmuş heykəllər də var idi.
Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin
ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formalarıfetişizm (əşyalara sitayiş) və totemizm (heyvanlara sitayiş) qədim
Misir tarixində mövcud olmuşdur. Misirdə dini sistem getdikcə inkişaf edərək Yeni səltənət dövründə daha da mükəmməlləşdi. Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin əsasında yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi.
Misirin ən qədim dövründə əcdadlara və mərhumlara ibadət mövcud olmuşdur. İbadətdə də təbəqələşmə özünü göstərirdi. Zaman
keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir. Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirmişdilər. Əvvəlcə onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona kainatın allahı kimi sitayiş və ibadət olunurdu. İncəsənətdə də hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara “böyük ev” adı verilmişdi. XVIII sülalə zamanı “firon” sözü artıq hökmdar mənasında işlənirdi.
Dinin bu şəkildə təsirinə baxmayaraq, bu dövrdə insanlarda “bilik” haqqında təsəvvürlər də mövcud idi. Məktəblər fəaliyyət göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi. Misirlilər hesab və həndəsə sahəsində sadə biliklərə malik idilər. Biliklər zəruri təlabatdan yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq say sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000, 1000000 kimi işarələrdən istifadə olunurdu.
Astronomiyada da bəzi nailiyyətlər qazanılmışdı. Belə ki, artıq misirlilər planeti ulduzdan fərqləndirirdilər. Bu, onların ulduzlar haqda tərtib etdikləri ilkin xəritədən də görünür. Onlar xüsusi təqvim yaradaraq ili hər bir ayı 30 gündən ibarət olan 12 aya bölmüşdülər. İl 365 günə bərabər idi. Misir təqvim ili tropik ildən dörddə bir sutka geri qalırdı. Bu fərq 120 ildə bir aya bərabər olurdu.
Su və günəş saatlarının ixtirası da misirlilərin nailiyyətləri sırasına daxil idi.
Təbabət də digər elm sahələrindən geridə qalmırdı. Bəzi xəstəliklərin müalicəsi müəyyənləşdirilmişdi. Həkimlər insan anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar.
Misir Qədim Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri hesab olunurdu. Sivilizasiyaya uyğun dövlət sistemi, iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz mövcudluğunu qorumuş və digər ölkələrə də təsirini göstərmişdir.
Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur.
Sədaqət Məmmədova
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR