Papirus çoxillik ot bitkisidir. Şimali Afrika və Siciliya adasının çayqırağı və batağlıq boyu bitir. Hündürlüyü 3 metrə yaxındır. Onun yumşaq hissələrindən şirin şirə hazırlayırlar. Gövdəsinin aşağı hissəsini qızardaraq qida kimi istifadə edirdilər. Papirusun kökünü mis və dəmirin əridilməsində yanacaq kimi istifadə edirdilər. Papirusun qabığından səndəl (başmaq), gövdəsinin liflərindən parça hazırlayırdılar və bu parça kətandan daha yaxşı hesab olunurdu. Papirusun gövdəsindən balıqçılıqda, ovçuluqda və hətta gəmilərin hazırlanmasında istifadə olunurdu. Roma tarixçisi Plininin məlumatına görə, misirlilər bu bitkidən hazırlanmış gəmilərdə Seylon adasına qədər üzürdülər. Məhşur səyyah Tur Heyerdalın fikrincə, misirlilər bu gəmilə Atlantik okeanını keçirdilər. Bunu sübut etmək üçün Heyerdal papirusdan hazırlanmış “Ra” adlı qayıqda Atlantik okeanını qət etmişdi.
Papirusdan kağızı əvəz edəcək material kimi də istifadə etmişdilər. Bunun üçün gövdənin özəyini götürüb nazik uzun hissələrə kəsib lövhə üzərinə düzüb, üzərini Nilin lilli suyu ilə isladıb, üzərinə üfuqi şəkildə digər qatının hissəsini düzürdülər. Su quruduqdan sonra yapışqan lil hissələri bir-birinə yapışdırırdı. Daha sonra onu yenə isladıb, çəkiclə döyüb, hamarlaşdırmaq üçün isə fillərin ayağları altına qoyaraq presləyib qurudurdular. Papirusun gövdələri cavan idisə, bu material kağıza oxşar açıq sarı rəngdə olurdu, yox əgər gövdə yaşlı idisə, tünd sarı material alınırdı. Misirdə tünd sarı rəngli papirusdan, Romada isə açıq sarı papirus istifadə olunurdu. Hazır papirusları kəsərək bir-birlərinə yapışdırıb yumrulayırdılar. Adətən belə yumrulanmış papirus 20 yarpaqdan ibarət idi və 10 m uzunluğunda idi. Bəzən onlar 50 m-ə çatırdı. II Ramzesin dövrünə aid tapılmış papirus vərəqləri 46 m uzunluğu, 40 sm enliyində idi. Bu papirus hal-hazırda Londonda Britaniya muzeyində saxlanılır.

Papirus üzərində qamış çubuqları ilə yazırdılar. Onun köməyi ilə kök və nazik xətlər çəkmək olurdu. Hər bir yazanın yanında xüsusi torbası var idi. Onun içində belə qamışlar saxlanılırdı. İş zamanı ehtiyat qamışları yazan şəxs qulağının üzərində saxlayırdı. Papirus üzərində qara və qırmızı mürəkkəblə yazırdılar. Adətən mətni yazmaq üçün qara mürəkkəbdən istifadə edirdilər. Mətində başlıqlar və əsas yerlər qırmızı mürəkkəblə yazırdılar. Yumrulanmış papirusu oxumaq üçün onu kənarlarından iki əllə tutulur və yavaş-yavaş açırdılar. Əgər papirusu 2-ci dəfə oxumaq istəyirdinsə, bu halda yumurlanmış hissəni yenidən fırlamaq lazım idi.
Papirus çox bahalı idi və onun istehsalatı birbaşa fironun əlində cəmlənmişdi.
Papirus sözünün mənası “pa-p-pur” – “çaydan”, bəzi alimlərin fikrincə isə “papoirro” – “hökmdara məxsus” deməkdir.
Müasir “papirus” misir sözü, bir çox xalqın dilində qalmaqda davam edir. Yunanlar, Almanlar, Polşalılar, Belaruslar kağıza “papirro, papero” deyirlər. Papiros sözünün də məhz bu sözdən götürülməsi güman olunur.
Misir yazısı heroqlif adlanırdı. Onun 13 işarəsi samit hərifləri bildirir, 700–ü isə tam məna verirdi. Misirlilər sağdan-sola yazırdılar. Yazı yazmaq üçün uşaqları beş yaşından öyrədirdilər. Tam təhsil 12 il çəkirdi. Yazmağı ancaq varlı ailənin uşaqları öyrənirdi. Məktəblər firon sarayında və böyük məbədlərdə fəaliyyət göstərirdi.
Yazı yazmaq və oxumaq misirdə müqəddəs hesab olunurdu. Yazı yazanların himayədarı müdriklik allahı Tot hesab olunurdu.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Serdar Ortaç söz-söhbətə son qoydu-FOTO
Azərbaycanda qeysəriyyə əməliyyatı ləğv oluna bilər?
Bu smartfon 10 dəqiqəyə "dolur"
Arıqlamağa kömək edən limon və istiot
Bu qadın hamilə ikən hamilə qalıb-FOTO
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Qatıqlı verməşil salatı (foto-resept)
Dəbli gəlinlik modelləri
“Ufak Tefek Cinayetler”ə yeni transfer - FOTO
Güzgünü parladan xiyarın bilinməyən faydaları
Dünyanın ən rəngli yerləri (1)
SOS: Çaylarda sel təhlükəsi
Həmidə Ömərova yeni imicdə-FOTO/VİDEO
Sosial şəbəkə fenomeni köhnə şəkillə hər kəsi təəccübləndirdi - FOTO
Fransızsayağı Calzones (foto resept)
DÇ-2014: Hollandiya Meksikaya, Kosta-Rika Yunanıstana qarşı
Maykl Ceksonun keçəl olub?
“Jet sosyete” serialı final edir
Əkiz stüardessalar sərnişinləri çaşdırdılar-FOTO
Urmiya gölü niyə quruyur?
“Survivor” adasında yanğın oldu - VİDEO
Roma Papası məhbusların ayaqlarını yudu və öpdü
Sabah Azərbaycana yay gəlir
Qarabağın ilkin adları
Prokurorluq əhaliyə müraciət etdi
Koronavirus nə vaxtadək yayılacaq? - Çinin baş epidemioloqu
Koronaviruslu şəxs xəstəxanadan qaçdı - FOTO
Qəbul imtahanlarında yeniliklərlə bağlı Məleykə Abbaszadədən açıqlama
Hava haqqında
Rus dili dərs-26
Bu robot dəfnlərdə rahibləri əvəzləyir
Merve Bolğur bütün dostlarını sildi
Meqan Markldan şahzadə Harriyə MESAJ-FOTO
Metro istifadəçilərinə ŞAD XƏBƏR
"Yeni il fişəngi" (foto-resept)
Ronalduya Avropadan cəmi iki səs verilib
Ebola virusu olan ölkələrdən Azərbaycana tələbələrin gəlməsi ilə bağlı açıqlama
“Miss Yer Kürəsi” o oldu- FOTO
Orucun qəbul olunmasının mühüm meyarları
Bu gün QAZ OLMAYACAQ-SƏBƏB
Saç üçün maskalar
Çoxuşaqlı ana 22-ci hamiləliyi barədə danışdı – VİDEO
Azərbaycanın bəzi ərazilərində yağış yağacaq
Məşhur müğənni Hadisəyə söz atdı-FOTO
Uçan avtomobil
Yer sakinləri acından ölə bilər
Pirşağıdakı çirkab suları ilə bağlı rəsmi açıqlama
"Ömürlük deputatlar" parlamentlə vidalaşır
Uşaqdakı məsuliyyət hissi nə dərəcədədir
Günün qoroskopu: olayların ritmi dəyişir















- ŞƏRHLƏR