Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII—XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq mövcud olmuş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər onu Albaniyanın ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada Qarqarların özlərinə məxsus eyniadlı şəhəri də mövcud olmuşdur. Qarqarların etnik mənsubiyyəti haqqında elmdə üç əsas fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu iddia edirlər. Digər tədqiqatçılar, (xüsusilə erməni tarixçilərinin bir hissəsi) Qarqar toponiminin erməni dilində olduğunu və «daşın döşü» mənasını verdiyini iddia edirlər. Üçüncü fikrin sahibləri qarqarların İber-Qafqaz etnik qrupuna aid olduğunu iddia edirlər və bir növ albanlarla eyniləşdirirlər. Hətta K. V. Trever qarqarları Albaniyada ən geniş yayılmış küp qəbirləri mədəniyyətinin sahiblərindən biri hesab edir. Əgər nəzərə alsaq ki, çar Arsvaqanın dövründə yerli ziyalı Beniamin ümum Alban ölkəsi üçün əlifbanı da məhz çoxlu boğaz səslərinə malik qarqarların dili əsasında tərtib etmişdir, onda üçüncü fikrin həqiqətə daha uyğun olduğunu söyləmək olar. Çox təəssüflə qeyd edək ki, Qarqarlara məxsus arxeoloji abidələr hələ də kifayət qədər öyrənilməmişdir. Yalnız bir həqiqət məlumdur ki, bu tayfa əvvəlcə dağlarda məskunlaşdığı halda, sonralar düzən hissəyə enmiş və oturaq həyatla məşğul olmuşlar. Albaniyada xristianlığı da ilk qəbul edən tayfalardan biri məhz qarqarlar olmuşdur. Həmdullah Qəzvini özünün «Nüzhət əl-Qülub» əsərində göstərir ki, Qarqar ərazisində taxıl, pambıq və meyvə yetişdirilirdi.
Qarabağın digər bir hissəsi Uti adlanmışdır. Utilər də qədim alban tayfalarından biri olmuş və qarqarlara nisbətən daha geniş bir ərazini əhatə etmişdir. Bəlkə elə buna görədir ki, Utinin Qarabağdakı hissəsi «Xüsusi Uti» və ya «Mərkəzi Uti» adlanmışdır. Yazılı mənbələrdə Uti, Utik, Otena, Udin və s. adlanan bu tayfa əfsanəyə görə albanların mifik əcdadı olan hökmdar Arranın nəslindən əmələ gəlmişdir. İnzibati cəhətdən 7 əyalətə bölünmüş Utinin ən iri əyaləti «Xüsusi Uti» məhz Qarabağda olmuşdur. Mənbələr Bərdənin də Uti şəhəri olduğunu qeyd edirlər. Hal-hazırda udinlərin qalıqlarına Qarabağda, Qəbələ və Oğuz ərazilərində də təsadüf olunur. Uti sözünün mənşəyi və mənası barədə geniş tədqiqat işi aparılmamışdır. Yalnız akademik N. Y. Marr vaxtilə Uti sözü üzərində dayanmış və bu sözün «Qara adamlar» mənasını kəsb etməsi ehtimalını irəli sürmüşdür. Qeyd etmək maraqlı olardı ki, hazırda Qarabağda böyük bir tayfa «Qaralar» adlanır və bu tayfanın ən böyük ziyarətgahı Qaraman baba ocağıdır.
Bütün bu etnonimlərin əlaqəsi xüsusi tədqiqat tələb edir. Qeyd etməliyəm ki, VI—VII əsrlərdən etibarən Qarqar sözü coğrafi və etnik bir məfhum kimi öz əhəmiyyətini itirmişdirsə, həmin dövrdən etibarən, Qarabağın bütün düzən hissəsi Uti adlanmışdır. Bunun səbəbi çox güman ki, bütün ərazinin bir neçə inzibati dairədə birləşməsi ilə əlaqədar olmuşdur. Belə ərazi bölgələrinin yaranması mümkün idi, çünki artıq III—IV əsrlərdən bütün Albaniyada olduğu kimi Qarabağda da feodal münasibətləri inkişafa başlamışdır. III—IV əsrlərdən etibarən Qarabağın dağlıq hissəsi Arsax adlanır. Bir çox orta əsr erməni tarixçiləri Arsax adı altında ayrıca ölkə və ya xüsusi hökmdarlıq nəzərdə tutmuşlar. Arsax sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçılar onu Çində Tanrı dağı ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu iddia edirlər. Yeri gəlmişkən göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxın bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir.
Qarabağın Xaçın və Tərtər çaylarının dağlıq hissəsi bir müddət, yəni XII əsrdən sonra Xaçın da adlanmışdır. Burada XII əsrin sonundan eyni adla xüsusi feodal hökmdarlığı belə mövcud olmuşdur. Bu ad həmin ərazidən axan eyni adlı çayla əlaqədar yaranmışdır.
Bəs Qarabağ adı bu əraziyə nə vaxt verilmişdir? Qeyd etməliyik ki, «Qarabağ sözünü erməni dilinə tərcümə olunmuş halda ilk dəfə XII əsrdə yaşamış Anili Samuel «Sev ayqi» (Qara bağ) deyə işlətmişdir. Bir qədər ondan sonra yaşamış tarixçi Tovma Ardsruni isə Qarabağ sözünü tərcümə etmədən olduğu kimi «Qarabağ» deyə işlətmişdir. Beləliklə, aydın olur ki, artıq XII—XIII əsrlərdə Qarabağ adı məşhurlaşaraq yazılı ədəbiyyata düşmüşdür. Lakin bu heç də o demək deyildir ki, Qarabağ sözü XII—XIV əsrlərdə yaranmışdır, çox güman ki, o uzun müddət şifahi surətdə geniş xalq kütlələri arasında işləndikdən sonra yazılı ədəbiyyata ş. Bu əraziyə Qarabağ adının verilməsi səbəblərinə gəlincə belə bir ehtimal var ki, onun birinci hissəsi, yə'ni «qara» sözü qədim türkdilli xalqlarda «çox», «böyük», «geniş» mənalarında işlənmiş, ikinci hissəsi «bağ» sözü isə fars dilində olub təsərrüfatda bağçılığın geniş inkişafı ilə əlaqədar olaraq yaranmışdır. Doğrudan da, hal-hazırda olduğu kimi, hələ beş min il bundan əvvəl Qarabağda bağçılığın geniş inkişaf etdiyi elmi dəlillərlə sübut edilmişdir. Lakin «Qarabağ» sözünün Peçeneq—Kəngərli tayfalarından birinə məxsus olduğunu söyləyənlər də vardır. Yuxarıda göstərdiyimiz toponimlərdən fərqli olaraq Qarabağ daha geniş ərazini, yəni qədim Paytakaran, Uti, Haband, Arsax və Qarqar vilayətlərinin bir hissəsini birləşdirərək Araz və Tərtər çayları arasını əhatə etmişdir.
Beləliklə, biz Qarabağ ərazisinin tarixin müxtəlif dövrlərində başqa-başqa adlar daşımasının şahidi oluruq, bunun səbəblərini bir tərəfdən əgər yerli əhalinin etnik tərkibində tarixən baş vermiş dəyişikliklərlə əlaqələndirmək olarsa, digər tərəfdən də həmin ərazidə feodal pərakəndəliyi dövründə baş vermiş bir sıra siyasi-inzibati dəyişikliklərlə bağlamaq lazımdır.
(Tarix elmləri doktoru, professor Rəşid Göyüşovun
"Qarabağın keçmişinə səyahət" kitabından)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan hələ belə festival görməyib
Putin ikinci dalğanın gələcəyi TARİXİ AÇIQLADI
Pensiyaçıların NƏZƏRİNƏ!
Ardanın "Çelsi"yə vurduğu qol infarkta səbəb oldu (FOTO).
Dişi anakonda erkək olmadan balaladı
Qaz və su sayğaclarını yükləmək üçün kart-riderlər satışa çıxarıldı
Səhvən hesabına daxil olan 120 min dolları xərclədi - Məhkəmə
Sildiyimizi düşündüyümüz mesajlar əslində...
Manatı unudun, daha "qlobal" dərdimiz var
Allah qatında din İslamdır
Nazirlikdən əlil uşaqlara xidmət
Vətən Müharibəsində yaralanmış əsgərimiz müalicədən sonra evinə gətirildi - VİDEO
Arda Turan ata oldu – FOTO
Yaya Ture Afrikanın ən yaxşı futbolçusu seçildi
İrina Şeykdən gözlənilməz FOTO
Cessika Simpson paylaşdığı FOTO ilə sevənlərini qorxutdu
Qazaxda qeyri-adi badımcan "trend"i - FOTO
Sinoptiklərdən bayramla bağlı əhaliyə bəd xəbər
İqtisadiyyat Nazirliyindən bəzi dərmanların qiymətinin artmasına - Münasibət
Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO
Pakistan Azərbaycanla hərbi əməkdaşlıq edəcək
Tailandda masaj rekordu
Siz də xərçəng daşıyıcısı ola bilərsiniz
Maykl Ceksonun qızı diqqət mərkəzində-FOTO
Kişilərin geyimlərində yol verdiyi səhvlər
Bu il "qovrulacağıq"
Ramazan ayının 24-cü gününün duası
XII Nar festivalından MARAQLI FOTOLAR
Sofi Loreni görənlər TANIMADI-FOTO
Millət vəkillərimizin Yeni il planları
Pəhrizi pozan bəhanələr
Körpələr niyə asqırır?
Monika gözəlliyi ilə diqqət çəkdi-FOTO
İsti Azərbaycana 5000 manat ziyan vurdu
Övladlarının cinsiyyəti bəlli oldu
Cüyent Arkın Cağatayın serialına çəkiləcəkmi?
Əliyevlə Putinin birgə planı
Bakı susuz qalacaq
Ronaldunun 4 -cü uşağı doğuldu - FOTO
Hər zövqə uyğun ayaqqabılar
Pasport və şəxsiyyət vəsiqələri üçün YENİ RÜSUMLAR
Sobada soman balığı (foto resept)
Bakı qışa hazır deyil!
İstilik mövsümünün vaxtı uzadıldı - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı - 09.12.2013
Girovlarımızla yeni görüş
Con Travoltanın xanımı vəfat etdi-FOTO
Neymar Messi və Ronaldunu geridə qoydu
Buz göl
Qonaq otağı dizaynları















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]