Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur.
Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə "Uşaq gecəni necə yatır?", "Uşaq gecə neçə dəfə oyanır?" "Uşağın yuxusu necədir?" suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər "məsləhətlər" atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti "Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!", "Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın", digər qisminin isə məsləhəti "Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!", "Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!" olur.
Bu məsləhətlərin öz-özlüyündə yalnış olmaqlarına aydınlıq gətirmədən, sadə bir sualan nəzər yetirək: "Həqiqətənmi, uşaqlar körpə yaşlarından bütün gecəni yatmalıdırlar?" Cavab qısaca olara, "Xeyr"-dir. Milli.Az vib.az-a istinadən bildirir ki, elmi araşdırmalar göstərir ki, gecələri dəfələrlə oyanaraq yatmaq uşaqlar üçün kifayət qədər normaldır. Müşahidələrə əsasən uşaqlar həyatlarının ilk ilində ən azı 1-2 dəfə gecə oyanırlar. 3 ayından kiçik olan körpələr isə hər 2 saatdan bir oyanmaları qeydə alınmışdır. Bu halların baş verməsi nəinki normaldır hətta körpələrin sağlamlığı üçün önəmlidir. Qeyd edək ki, körpələrin mədəsi çox kiçikdir - yenicə doğulmuşun mədəsinin ölçüsü iri qoz ölçüsündə, 1 aylığın isə yumurta boydadır. Bu o deməkdir ki, tez bir müddət ərzində acdıqlarında onların tez-tez əmizdirilməyə və ya yedizdirilməyə ehtiyacları var.
Yuxudan tez-tez oyanmaq körpələrin təhlükəsizliyini təmin edir. Müəyyən araşdırmalara əsasən aydın olmuşdur ki, uzun və dərin yuxu yatan körpələrin "beşik ölüm" və ya Qəfil Körpə Ölüm Sindromu riski daha çoxdur. Körpələri qalın və sıx bələmək, onları başqa otaqda tək yatdırmaq qəti məsləhət deyil.
Başqa bir araşdırmalara əsasən məlum olmuşdur ki, uşaqların gecələri analarına yaxın yatmaq istəkləri fitri bir ehtiyacdır. Bu onlara mühafizə, əminlik və rahatlıq hissi verir. Bəzi valideynlik ədəbiyyatlarının uşaq ağlamasına fikir verməmək məsləhətlərinə rəğmən, bütün deyilənlərdən son nəticə olaraq, valideynlər körpənin gecə oyanmalarına və ağlamalarına mütləq şəkildə cavab verilməlidir. Çünki körpələr özləri öz ehtiyaclarını ödəmək qabiliyyətinə qadir deyillər. Əgər onlar oyanırlarsa demək buna səbəblər var:
- Körpəyə isti və ya soyuqdur.
- Körpə acdır.
- Körpənin bezi dəyişdirilməlidir.
- Körpə sadəcə olaraq qucaq nəvazişi almaq istəyir.
- Körpənin ağlamasına və oyanmasına böyüklərin fikir verməməsi körpələrdə ciddi stresə səbəb olur ki, bu da onların beyin inkişafına mane olur.
O ki, qaldı süni qida ilə qidalanandırılan körpələrin daha uzun və dərin yuxuya malik olmalarına, cavab çox sadədir: Süni qida kiçik körpə mədəsinin həzmi üçün ağır olan qidadır. Lakin valideynlər həmçinin unutmamalıdırlar ki, süni qida ilə bəslənilən körpələr ana südü ilə bəslənilənlərə nisbətdə daha çox qazlılıq, mədə sancıları və həzm problemləri yaşayırlar ki, bu da onların gecə şirin yuxularına mane olur. Üstəlik araşdırmalar göstərir ki, daha böyük olan uşaqlara süni qida artıq uzun və dərin yuxu təmin etmir.
Swansea Universitetində Dr. Amy Brown tərəfindən 700-dən artıq 6-12 aylıq uşaqların müşahidəsi əsasında tətqiqatlar aparılmışdır. Məlum olmuşdur ki, onların 78%-i gecələri bir neçə dəfə oyanması hətta bu aylarda da tamamilə normaldır. Müşahidə olunan uşaqların yalnız 20%-i bütün gecəni yatırlar. Həmçinin süni qida alan uşaqlar eyni ilə ana südü ilə qidalananlar kimi gecələri oyanırlar. Hətta əlavə bərk qida qəbul edən uşaqların da yuxusunda heç bir dəyişiklik qeydə alınmamışdır. Bəzən uşaqlar lap böyüklər kimi səbəbsiz olaraq da, oyana bilirlər. Bunu aclıq ilə uzlaşdırmaq düzgün deyil.
Sonda valideynlərə uşaqlarına və onların istəklərinə qarşı həssas və diqqətli olmağa çağırırıq. Əgər körpə kürlük edir və ya ağlayırsa demək buna səbəblər var. Əksər hallarda bu səbəblər kifayət qədər vacib və ciddidir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Paltarların ömrünü necə uzatmaq olar?
Xroniki xəstələr oruc tuta bilərmi?
Piylənmə ömürü 8 il qısaldır
Gənc analara tövsiyələr
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
İnternetdə neçə dildən istifadə olunur?
Koronavirusla bağlı şayiə yayanlara müraciət
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Adriana Lima Metinin yalanını üzə çıxardı
Biskvitli pirojna (foto-resept)
Fərqlilik axtaranlar üçün qeyri-adi aksesuarlar
Qadın.Netlə birlikdə hamiləlik (XVI həftə)
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
Monika Belluçi sadəliyi ilə VALEH etdi
Apple 302 milyon dollar cərimələbdi
Rusiyada koronavirusun müalicəsinin yeni üsulu tapıldı
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Azərbaycanda həkimlər niyə pis yazır? - SƏBƏB BİLİNDİ
Xanımı ilə barışmaq üçün 2 milyonluq hədiyyə aldı-FOTO
Rami Malekdən FOTOsessiya
Bekhem son 3 ayda 6 sevgili dəyişdi
Qadın şəkilli dollar...
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Bakının "Qış cəhənnəmi"
Acı bibərlə bağlı yeni faktlar
Britni Spirsin anası qətldə günahlandırılır-FOTO
Metin Hara həbs oluna bilər-SƏBƏB
May ayı üçün gözlənilən hava proqnozu
Günün qoroskopu:Tələskənliyə yol verməyin
Mercedes BMW X6-ya qarşı
"Çernobl"da şəkil çəkdirdi, tənqid olundu-FOTO
Cansu Dere villası sayəsində onlarla qonşu oldu
Saç düzümləri
BÜRCLƏR bizə nə vəd edir? -25 MAY
İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
Tovuzu su basdı
İNANILMAZ FAKTLAR: O dünyadan qayıdan 9 adam - FOTO
Ermənistan Xudavəngin eksponatları ilə sərgi keçirir - Nazirlikdən BƏYANAT
Sabah küləkli gün olacaq
Whatsapp-dan daha bir YENİLİK
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu
Can Yaman və Demetin gecə görüşü -FOTO
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir
Bakının havası - sıfır
Koronavirusun ağciyərlərə vurduğu zərəri belə bərpa etmək olar - Mütəxəssisdən VACİB TÖVSİYƏ
Xərçəngə meydan oxuyan pilot xanım sirləri açıqladı














