Bu gün "Günəşli" yatağının 10-cu platformasında baş verən dəhşətli faciədən 10 gün ötür. 32 neftçinin həlak olması və itkin düşməsi ilə nəticələnən hadisə ilə bağlı axtarışlar hələ də davam edir. İtkin düşənlərdən 6 nəfərinin cəsədi sulardan çıxarılsa da, 23 nəfərin axtarışı hələ də davam edir. "Günəşli" qəzası ilə təxminən eyni vaxtda "Neft Daşları"nda baş vermiş hadisədə itkin düşən 3 əməkdaşın da axtarışları heç bir nəticə verməyib.
İtkin düşənlərin sağ qalmasına ümidlər artıq demək olar ki, tükənib. Ekspertlər də bildirir ki, açıq dənizdə 10 gün ərzində insanın sağ qalması mümkün deyil. Hətta onların cəsədlərinin tapılmasına da inam azalıb. Bəs, itkin düşən şəxslərin ölmüş elan olunması qanunvericilik qaydasında necə həyata keçirilir? Milli.Az xəbər verir ki, hüquqşunas Müzəffər Baxışov Musavat-a açıqlamasında bildirdi ki, itkin düşən insanın ölmüş elan edilməsi üçün qanunla 5 illik müddət nəzərdə tutulur: "Hər hansı şəxsin itkin düşmüş hesab edilməsi üçün isə 2 illik müddət lazımdır. Lakin bu hər hansı bir təbii fəlakət nəticəsində və ya bəlli bir hal nəticəsində olubsa, 6 ay müddətində həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət edilsə, məhkəmə hökm çıxaracaq ki, onu ölmüş hesab etsinlər. Belə hallarda 6 ayda həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarıla bilər. Çünki, bu hal bütün Azərbaycana bəllidir. Əgər 6 ay ərzində o insanlar tapılmasa və məhkəməyə müraciət edilsə, məhkəmə həmin şəxslər haqqında hökm verə bilər. Onlara həm kompensasiya, həm də sığorta haqları veriləcək. Ola bilsin ki, ARDNŞ onlara müəyyən təminatlar ödəsin. Bu, həmin şirkətdən asılıdır. Onlar qanunda nəzərdə tutulmuş bütün güzəştlərdən istifadə edə biləcəklər". Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev də qeyd etdi ki, əslində, bu insanlar artıq ölmüş elan edilməli idi: "Qanunvericiliyə görə, itkin düşmüş şəxslərin ölmüş elan edilməsi məhkəmə qaydasında həll edilməlidir. Ancaq bu olmasa belə, yəqin ki, kompensasiya veriləcək. Çünki, bu məsələ ölkə başçısının birbaşa diqqət mərkəzindədir. Hökumət itkin düşənlərə də eyni şərtlərlə sığorta və kompensasiya ödənilməlidir. Burada qanunu əsas gətirərək, ayrı-seçkilik salmaq doğru olmaz. Çünki, məhkəmə qərarı da formal xarakter daşıyır, o insanlar artıq həyatlarını itiriblər". Azər Quliyev qeyd etdi ki, qanun bu cür fövqəladə hadisələri deyil, ümumi halları nəzərdə tutur: "Yəni, insan var ki, evdən çıxıb və geri dönməyib. Onun sağ qalmaq imkanı daha çoxdur, tapıla, geri dönə bilər. Dənizdə itkin düşən şəxs isə artıq çoxdan həyatını itirib və onların ölmüş elan edilməsi formal bir haldır. Çünki, bu bütün ölkənin gözünün önündə olub. Bu səbəbdən də məhkəmə qaydasında bu qəbul olunmadan sonra həmin şəxslərin kompensasiyaları ailələrinə ödənilməlidir. Həmin ailələrə həm Nazirlər Kabinetinin qərarına əsasən kompensasiya, həm də sığorta ilə əlaqədar vəsait ödəniləcək. Hələ ki, həmin ailələrin başı qarışıqdır. Bu məsələ ilə bağlı hər hansı narazılıq yoxdur. Ola bilər ki, gələcəkdə hər hansı bir anlaşılmazlıq olsun. Ola bilər ki, onların ailə tərkibində birdəfəlik və aylıq maddi yardım alanlarla bağlı hansısa narazılıq olsun. Belə formal hallar ola bilər. Ancaq mən inanmıram ki, dövlətin nəzarətində olan bu prosesdə ciddi qanun pozuntuları baş versin".Hazırda kompensasiyaların verilməsi ilə bağlı problemlərdən biri də odur ki, baş verən hadisədə ölən və itkin düşən şəxslərin ailələrinə birdəfəlik 15 min manat kompensasiya verilsə də, bu, "Günəşli" fəlakəti ilə eyni gündə - dekabrın 4-də "Neft daşları"nda qasırğa zamanı itkin düşən 3 neftçinin ailəsinə şamil edilməyib.Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban "Neft daşları"nda itkin düşən 3 neftçiyə birdəfəlik maddi yardım verilməməsinə etiraz edib: "Bu sərəncam "Neft daşları"nda öz vəzifə borcunu yerinə yetirərkən, işbaşında həlak olan 3 neftçiyə niyə aid edilməyib? Onlarin ailələrinin də 15 min manat birdəfəlik yardım alması üçün yanğınmı olmalı idi?"Sonuncu problemlə bağlı ARDNŞ-in mətbuat xidmətindən rəy öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Mövzunu davam etdirəcəyik.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Pendirli kartof kotleti(foto resept)
İnsan bədəni haqqında maraqlı faktlar
Kəbədə ölənlərə şəhid statusu verildi
"Victoria’s Secret"də ilk dəfə kök model - FOTO
Müdhiş layihə - Kosmik internet!
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
Aldığı əraziyə baxış keçirərkən içərisində insan qalıqları olan 300 çuval aşkarladı - FOTO
Deputatlara avtomobildən istifadə qadağan edildi
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub - RƏSMİ
"Florens" zəifləsə də, çox təhlükəlidir
Berti Foqts xəstəxanaya düşdü
Sürmə çəkməyin asan üsulları
Kredit alanlara şad xəbər
Armudlu keks (foto-resept)
Malayziya təyyarəsindən xəbər var
Gün ərzində qaşlarınızı çatsanız...
Balqabaqlı pankek
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
İsteroid xarakteri
Dadlı peçenyelər (foto resept)
İşğalçılar Goranboy və Tərtəri atəşə tutur - RƏSMİ
Vanqanın davamçısından dəhşətli – Öncəgörmələr-FOTO
Hərbçimiz vətənə döndü
Ulu öndər Heydər Əliyevin canlı imzası yaradıldı
Birbaşa yardımla bağlı rəsmi açıqlama
Valideynlər üçün: uşaqlarınıza bu qidanı almayın
Dəbdəbəli saç topuzu necə hazrlanır?
Bu yaxınlarda çökən WhatsApp-dan xəbər var
İqtidar əlkimyası və ya yeni yalanlar
Nikah prosesini sürətləndirmək olarmı?
Culiya Roberts 45 kq oldu-FOTO
Hava haqqında
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
Necə “aldanırıq” – MARKETOLOQLARIN AДћILLI HİYLƏSİ
Varlıq içində yoxluq
"Ağıllı lövhə"lərin şagirdlərin sağlamlığı baxımından şübhə doğurduğu məqamlar
Ayın ən maraqlı xəbəri (Mart ayı)
Ermənilər Laçında Su Elektrik Stansiyası tikirlər - FOTO
Türkiyəli aktyor ata olacaq
İbrət götürməli olduğumuz kəlamlar
7 yaşlı azərbaycanlı qız bütün Rusiyanı HEYRAN QOYDU - VİDEO
Gökçe Bahadırın qazancı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycanda qəbul imtahanı keçirilir
Azərbaycanlı yeni canlı kəşf etdi
"Eurovision"da Qarabağ və Naxçıvanla bağlı qalmaqal - FOTO
Günün ulduz falı
Azneft dairəsində daha bir dairə yaradılır
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda seçki dairələrində ciddi monitorinq keçirildi















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]