"Artıq qış gəlib çatıb, amma hələ indi yolları söküb yenidən təmir edirlər. Mən başa düşə bilmirəm niyə belə olur? Yay vaxtı şəhərdə insanların az olduğu vaxtda bu işləri görmək çətindiki? Mənim iki uşağım var. Onları məktəbə aparıb gətirə bilmirəm. Hələ qışda qar yağanda vəziyyət necə olacaq təsəvvür edə bilmirəm".
Bu sözləri ANS PRESS-in "qaynar xətti"nə müraciət edən paytaxt sakini Zəminə Ələsgərova deyib. Onun sözlərinə görə, şəhərdə sıxlıq olduğu bir vaxtda yol təmiri işlərinin aparılması düzgün deyil. İşə gediş-gəlişin zülmə çevrildiyini deyən xanım, aiddiyyatı orqanların bu məsələyə biganə münasibətindən gileylənir.
Digər bir oxucumuz Tofiq Məmmədov da ANS PRESS-ə müraciətində yollarda aparılan təmir işlərinə narazılığını bildirib. Tofiq deyir ki, hər gün Sumqayıtdan Bakıya iş dalınca gəlir. Amma yolun məhdudlaşdırılması onun Bakıya gəlib çıxmasına ciddi əngəl yaradır: "Səhər saat 7-də yola çıxıram. Amma saat 9-a kimi gəlib işə çıxa bilmirəm. Onsuz da yollarda tıxac var. Bu tikinti işləri də gediş-gəlişi lap çətinləşdirib. Bu işləri gecələr edə bilərlər, amma özlərinə əziyyət vermək istəmirlər".
Bütün qurumların qışa hazırlıq apardığı bir zamanda yolların hələ də qışa hazır olmaması vətəndaşların ciddi narazılığına səbəb olur. Vətəndaşların bu iradlarının haqqlı olduğunu düşünən mütəxəssislər isə üzü qışa doğru vəziyyətin daha da çətinləşəcəyini deyirlər. Ekspertlərin fikrincə, bu cür problemlərin yaranması plansız iş aparılmasından qaynaqlanır.Mütəxəssislərin fikrincə, yolların təmir-tikinti işləri əvvəldən planlaşdırılaraq şəhərdə insanların az olduğu, yay vaxtlarında aparılmalıdır.
Ekspertlər xarici ölkələrin təcrübəsini misal gətirərək deyirlər ki, şəhərin sıx yerlərində təmir işləri pik vaxtlarda deyil, axşam saatlarında aparılmalıdır. Avropa ölkələrində istər yol çəkilişi, istərsədə yolun rənglənməsi vəya təmiri gecə saatlarında edilir.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev isə cəhdlərimizə baxmayaraq yaranmış sualları cavablandırmaqdan yayınıb. Hər halda bu ölkədə insanlar üçün önəmli məsələlərdən biri yolların vəziyyətidir. Qurumun bu biganəliyi vəziyyətin nə yerdə olduğunu göstərir. Yaxşı olar ki, qışa hazırlıq görülərkən az da olasa insanları da nəzərdə tutsunlar.
"Azəryolservis"dən fərqli olaraq “Azəristiliktəchizat” qışa hazırlıqla bağlı ciddi işlər görür. ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev ANS PRESS-ə açıqlamasında qışa hazırlıqla bağlı danışıb. O bildirib ki, 500-dən çox qazanxana və 115 istilik məntəqəsi vasitəsi ilə məktəb, uşaq bağçası, səhiyyə obyekti, digər sosial tipli obyekt və yaşayış binalarının istiliklə təmin olması nəzərdə tutulur.
Xidmət rəisi vətəndaşlara müraciət edərək öz istilik sistemlərini nəzərədən keçirmələrini istəyib. Rafiq Əliyev bildirib ki, ötən il vətəndaşlar evlərindəki istilik sistemlərini yoxlamadığı üçün 40-a yaxın binanı istiliklə təmin etmək mümkün olmayıb: "Bu kimi halların baş verməməsi üçün abonentlərimizin də üzərinə məsuliyyət düşür. Bəzən olur ki, bir nəfərə görə bir bloku istiliklə təmin etmək olmur. Vətəndaşların bəziləri evlərini qızdırmaq üçün digər istilik vasitələrindən istifadə edirlər və onlar üçün bizim istilik xidmətlərimiz maraqlı deyil. Məhz belə hallar bəzən ciddi problerə səbəb olur. Ancaq buna baxmayaraq yeni qazanxanalar tikilərək fəaliyyətə hazır vəziyyətə gətirilib. Köhnə qazanxanalar isə yenidən təmir olunur və 15 noyabr tarixinədək hazır vəziyyətə gətiriləcək".
"Azəriqaz" ASC-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev isə ANS PRESS-ə açıqlamasında payız-qış aylarında qaz təchizatı ilə bağlı heç bir problem olmayacağını bildirib. Onun sözlərinə görə, artıq qurumun rəhbərliyi tərəfindən 2014-2015-ci ilin payız-qış aylarına hazırlıqla bağlı əmr verilib: "May ayından başlayaraq payız aylarına qədər tədbirlərin görülməsini nəzərdə tutan plan tərtib olunub. Plana əsasən təxminən 31870 metr qaz kəmərinin təmir olunması vəya əvəzlənməsi, 5550 metr qaz kəmərinin dayaqlar üzərinə qaldırılması, 102 ədəd qaz tənzimləyicinin quraşdırılması nəzərdə tutulub. May ayından indiyə kimi 21 km-dən çox qaz kəməri təmir olunub, yeni qaz xətləri çəkilib. Eyni zamanda qaz avadanlıqları təftiş olunub, təmir və yağlanma işləri aparılıb. Tədbirlərimiz hələ bitməyib və davam etdirilir".
A.Ağayev bildirir ki, "Azəriqaz" ASC-nin 1 mln. 700 mindən çox abonenti var. ASC-nin mətbuat xidmətinin rəhbəri payız-qış aylarında ciddi problemlər meydana gəlməməsi üçün tədbirlər görüldüyünü deyib.
"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə ANS PRESS-ə açıqlamasında vətəndaşlar elektrik enerji sərfiyyatında heç bir problem olmayacağını deyib. O bildirib ki, artıq yenidənqurma işləri aparılır və elektrik xəttləri yenidən təmir edilib: "Qış mövsümünə hazırlıqla bağlı yenidənqurma işləri aparılır. Havanın sərt keçəməsinə və külək əsməyinə baxmayaraq abonentlər enerji sərfiyyatında heç bir problem yaşamayacaq. Enerji sərfiyyatında baş verə biləcək nöqsanların aradan qaldırılması üçün bu il yeni texnikaların şəbəkəyə qoşulub. Belə ki, 23 ədəd 10 kilovoltluq, 65 ədəd 35 kilovoltluq, 20 kilometrdən artıq hava elektrik xəttləri, yeni yeraltı kabel xətləri sistemə qoşulub".
"Bakıelektrikşəbəkə"nin rəsmisi qeyd edib ki, abonentlərin narazıçılığı olarsa, 199 nömrəli qəza xidmətinə də müraciət edə bilərlər. T.Mustafayevin sözlərinə görə, qurumun əməkdaşları hər zaman hazır vəziyyətdədir və istənilən hava şəraitində enerji sərfiyyatında problem yaranmayacaq.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
İÇV-nin yayılma yolları
Şahmar Mövsümov əhaliyə səsləndi: “Şəhərdən çıxmağa çalışmaq lazım deyil”
Kənan İmirzalıoğludan Sinem Kobala xüsusi jest
Rapunzel sindromu
İpotekada yeni şərtlər
15 yaşlı qızın yaşadıqları hər kəsi kövrəltdi-FOTO
“Junior Eurovision”un qalibi yenə bu ölkə oldu - VİDEO
Dünya çempionatına son vəsiqənin sahibi bəlli oldu
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
500 ildir "yatan" qız - FOTO
Möhkəm və uzun dırnaqlar üçün
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Asiyanın ən gözəl şəlaləsi
Məşhur müğənninin səsi batdı
Azərbaycanda uşaqlarla bağlı cəzalar sərtləşdirilsin - TƏKLİF
Övladınızın oğlan olmasını istəyirsiniz? Onda oxuyun
BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək
Günün qoroskopu: əyləncəni unudun
Bakı metrosunun kart sistemində yenilik
Bikinilərin dünəni və bu günü
Ana qarğışı
İmtahan vaxtları bilindi
Nə vaxt sükut, cavab verməkdən daha yaxşıdır?
Niyə qorxulu yuxular görürük?
Hər şeyin balacası
Sabahın HAVASI
"Facebook"un səhmləri 24% ucuzlaşdı
Qadınlarda kişiləri cəlb edən 10 xüsusiyyət
Qızı olanlara yeni xəbər
"Son zəng" xəbərdarlığı edildi
Qadın ayaqqabısına oxşar kilsə
BlackBerry son dayağını da itirdi
Günün qoroskopu: münasibətlər pozularsa...
Göyəm turşusu (foto resept)
Məşhurların qeyri-adi gəlinlikləri
ABC: Ağ Evin 34 işçisində və onlarla təmasda olan şəxslərdə koronavirus aşkar edilib
Partlamamış mərmidən Xəzinə Çıxdı-FOTO
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Azərbaycanın ilk işıq körpüsü
Azərbaycanın ən qədim və bahalı kitabı hansıdır? - FOTO
Deniz Çakırı hədəyələn şəxs həbs olundu
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin NƏZƏRİNƏ
Şahmar Mövsümov: “Şəhərlərarası gediş-gəlişin açılması məqbul deyil”
Qızardılmış meyvə piroqu (foto resept)
Arıqlamaq istəyirsinizsə, alça yeyin
Wi-Fi pulsuz olacaq
Təcili arıqlamaq üçün
Kristal göz yaşı axıdan qızın SİRRİ AÇILDI
Uşaqlarda zərərli vərdişlər
İlham Əliyev qanun imzaladı















- ŞƏRHLƏR