Dollar qalxdıqca ərzaq məhsulları, məişət malları, gündəlik istifadə məhsullarının qiyməti də onunla birlikdə qalxır. Amma bəla burasındadır ki, dolların qiyməti endikcə qiyməti qalxan məhsullar heç cür o yüksəklikdən aşağı düşmür.
“Qafqazinfo” xəbər verir ki, bizimyol.info-nun yazdığına görə, bir müddət əvvəl də dolların rəsmi məzənnəsi 1.65 manata qədər bahalaşdı, qiymətlər ona mütənasib, hətta bundan da çox qalxdı. Sonradan ABŞ valyutası 1.49 manata qədər endi, amma digər sahələrdə bahalanan qiymətlər olduqları yerdə qaldılar. Bu da onu sübut edir ki, qiymət artımının xarici valyuta ilə bir əlaqəsi yoxdur, bu, sahibkarların psixoloji problemləridir.
Şəhəri bürüyən bahalaşma dalğası İqtisadiyyat Nazirliyini qətiyyən narahat etmir. Devalvasiyanın başlanğıcında, necə deyərlər, “göylə gedir”, qiymətləri süni artıran sahibkarları cəzalandıracaqları ilə hədələyirdilər. Hətta bir neçə kiçik dükanı da cərimələdilər. Vəssalam! Səlahiyyətlərinin sərhəddi ora qədərmiş.
Qəzet yazır ki, bu gün nəinki xaricdən gətirilən mallar, yerli məhsullar belə sürətlə bahalaşır. Hətta bizimkilər idxal məhsullarından daha əvvəl və daha çox qiymətə minir. Son iki ildə qiymət artımı heç durmayıb ki! Götürün evə ərzaq aldığınız köhnə çekləri, özünüz təhlil edin. Bütün ərzaq məhsulları bəzən sıçrayışlarla 40-50 qəpik və ya 1 manat qalxıb, bu baş verməyəndə də həftədə 3-5 qəpik artıra-artıra bu səviyyəyə gətirib çatdırıblar. Dollarla əlaqəsi olmayan yumurta isə ən birinci bahalaşan məhsuldur. Çörək də onun kimi, bahalaşmayanda da çəkisini azaldırlar. Digər ərzaq məhsulları onlardan “güc” alıb bahalaşmağa başlayırlar.
“Azərsun Holdinq”-də monopolist olmadıqlarını iddia edirlər. Qiymətləri artırdıqlarını ki, dana bilməzlər. Şirkətin bütün məhsullarının marketlərdə qiyməti qalxıb. “Bizim Yol” şirkətin istehsalı olan duru yağların qiymətini qonşu öılkələrdəki ilə müqayisə edib. Misal üçün, “Final” qarğıdalı yağının 1 litri “Bolluq Market”-də 3.59, “Bizim Market”də 3.67 manatdır. Əldə olan kassa çekinə görə, bu ilin mart ayının 20-də 3.09 manata alınıb. Həm də nəzərə alaq ki, bu qiymət adətən artımın baş verdiyi bayram günlərinə təsadüf edir. 50-60 qəpiklik bir bahalaşma var. Yağın iki litrliyi 7.07 manat təşkil edir. “Final” günəbaxan yağının bir litri hazırda 2.50-2.65 manat, iki litrliyi 4.85 manatdır. Onun da qiyməti bir müddət əvvəl iki manatı keçmirdi. Bir litrlik “Möcüzə” yağı 2.94 manat, iki litlik 5.76 manatdır. Dəmir qablaşdırmada 910 qr. “Supersun” yağı əvvəllər 3 manat idi, hazırda 5 manata yaxınlaşır. 1.745 kq “Supersun” yağı da 7.99 manat idi. Yenə 910 qr.-lıq “Ana-bala” yağı əvvəllər 2.50 manat civarında satılırdı, hazırda mağazalarda ən aşağısı 3.10 manatdır. 1.745 kq.-lıq isə 5.68 manat təşkil edir. Qeyd edək ki, şəhərin müxtəlif yerlərində qiymət fərqlidir. Biz mərkəzdən bir qədər ucqar, amma böyük marketlərdəki qiymətlərdən yazırıq ki, bu da mərkəzdəkindən bir xeyli ucuzdur.
Rusiyanın tsenomer.ru saytı ölkənin bütün vilayətlərində ərzaq məhsullarının avqust ayına olan qiymətlərini yazıb. Bir litr duru yağın bütövlükdə Rusiya üzrə orta pərakəndə satış qiyməti 89 rubl təşkil edib - bugunkü məzənnə ilə 2.24 manat. Bu gün 1 rubl 0.0252 manata bərabərdir. Bahalı şəhərlərdən olan Moskva və Moskva vilayətində qiymət 72 rubldır, yəni 1.81 manat. Sentyabr ayının 1-dən 13-nə qədər olan qiymətlər də cədvələ əlavə edilib. Belə ki, Volqoqrad, Yekater, Berezniki, Naberejniye Çelnı, Kemerovoda 1 litr duru yağın pərakəndə satış qiyməti hazırda 60 rubl, yəni 1.51 manat təşkil edir. Samarada 1 litr yağın satış qiyməti 69 rubl, Yekaterinburq, Kandalakşa, Temryuk, Çita, Rostov-Donda 70 rubl, İjevsk, Pskovda 76 rubl, Çelyabinsk, Kurqan, Krasnoyarsk, Saratov və s. vilayətlərdə 80 rubl təşkil edir. Bu isə bir litr yağ üçün uzaqbaşı 2 manatdır. Rusiyada da qiymətlər olduğu yerdə qalmayıb, artaraq indiki səviyyəyə çatıb. Amma yenə də bizim qiymətlərə “yetişə” bilməyiblər.
Yağların topdansatış qiymətləri də qonşularımızda xeyli ucuzdur. Bizimkilərin fəxrlə “Rusiya yağıdır”, deyib qiymətini artırdıqları məhsulun topdansatış qiymətlərinə nəzər salaq. www.agroru.com saytında bugünkü tarixə rafinə olunmuş günəbaxan yağının litri 56 rubla təklif olunur. Təbii ki, bu istehsalçının qiymətidir. Amma litrini 36 rubla almaq istəyənlər də öz elanlarını yazıb vurublar. Demək ki, 90 qəpikdən də almaq mümkündür. Başqa bir sahibkar “əla növ” dediyi yağı 54 rubldan təklif edib.
Ukraynadakı qiymətləri də internet vasitəsilə öyrəndik. agro-ukraine.com saytında 1 litr günəbaxan yağının qiyməti 25-26 qrivnadır. Qeyd edək ki, hazırda 1 Ukrayna qrivnası 0.0624 manat təşkil edir. Bu isə o deməkdir ki, yağın litri 1.56-1.62 manatdır. Qiymətə əlavə dəyər vergisi də daxildir. Hətta beş litrliklər 120 qrivnadır - yəni həcm çoxaldıqca satış qiyməti də aşağı düşür. Qonşu ölkələrdən gətirilən ərzaq məhsullarının, xüsusilə də yağın topdansatış qiyməti bizim düşündüyümüzdən də aşağıdır, hətta web-resurslarda gördüyümüzdən də. Saytda yağın rafinə edilməmişi 19.4 qrivnaya təklif edilir. İkinci növ yağ 16 qrivna təşkil edir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatı, zirehli və avtomobil texnikaları - VİDEO
Ən çox çəki artıran qidalar hansılardır?
Könüllü olaraq cəbhə bölgəsinə getmək istəyənlərin nəzərinə - RƏSMİ
Bu gün Mehriban Əliyevanın Ad Günüdür!
Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Hava haqqında - 07.10.2013
Hamiləlikdə idman təklifləri
Xəstəxanadan qaçmaq istəyən koronavirus xəstəsi eyvandan yıxıldı
Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı - RƏSMİ
Gündə 2 ədəd banan yemək üçün 5 səbəb
Əllərimizi soğan iyindən qoruyaq
ABŞ-dan xəbərdarlıq: 1.5 milyon insan ölə bilər
Məşhur futbolçu COVID-19-a yoluxdu
Həm ziyarət, həm ticarət
Burak Özçivitin bloka atdığı gözəl susqunluğunu POZDU
Un zəhərlənməsi nədir?
BÜRCLƏR bizə nə vəd edir? 21 MAY
İTV-dən Elnur xəbəri
Naringili dondurma (foto resept)
İş axtaranlara müjdə
Ariana Grande səhnədə yıxıldı-VİDEO
Sağlam və parlaq saçlar üçün vitaminlər
Azərbaycanda Tibbi Genetik laboratoriyalar yaradılacaq
Asan hazırlanan maskalar
Bakının bu çimərlikləri təhlükəlidir!
Ov mövsümü açıldı
Günün qoroskopu: emosional fon qeyri-sabitdir
İranın qadın ninzaları
Hava ilə bağlı XƏBƏRDARLIQ
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
"Bakı-2015" bu ölkələrdə də yayımlanacaq
Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycanda
Cennifer Lopezin yeni filmi QADAДћAN olundu-SƏBƏB
Bəşər Əsəd Suriyada kimyəvi silahın tətbiq edilməsində öz iştirakını inkar edir
Bayram namazının vaxtı açıqlandı
Məşhur ginekoloq Azərbaycan qadınının problemlərindən danışdı
Şeyma bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ
Özəl klinikalarda koronavirus testinin qiyməti necə müəyyən olunur?
Azərbaycanın ən çox xarici dil bilən səfiri kimdir?
Evi gözəlləşdirməyin yolları
Günün qoroskopu: dəyişiklikləri əvvəlcədən hiss edin
Smartfon istifadəçilərinin nəzərinə: yeni virus yayıldı
Kəsmikli salat (foto-resept)
Bakıda fantastik hind filmi çəkildi - VİDEO
TPAO-nun rəhbəri: "Neftin ucuz olması Azərbaycanla həyata keçirdiyimiz layihələrə əngəl olmur"
Misirdə məscidləri bağlayacaqlar
10 mart - Milli Teatr Günüdür!
Aldıqları geyimləri istifadə edib geri qaytarırlar - VİDEO
Hamilə qadınlardan gözlənilməz hərəkət














