Məsələn, maraqlıdır ki, hansı səfirmiz neçə dil bilir? Daha dəqiq desək, ən çox xarici dil bilən səfirimiz hansıdır?
AzVision.az xaricdəki səfirlərimiz haqda qısa araşdırma aparıb. Beləliklə başlayaq, yaxın qonşumuz, qardaş Türkiyədən...
4 dil bilən səfirimiz
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov 1982-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 2011-ci ildən Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiridir. Rus, ərəb, ingilis və türk dillərini bilir.
Sabiq deputat, nazir, indi də səfir...
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1963-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1988-ci ilin dekabrından bir müddət Azərbaycan Respublikasının mədəniyyət naziri işləyib.1995-ci ildə Milli Məclisinin deputatı seçilib. Polad Bülbüloğlu rus və Azərbaycan dillərini bilir. Səfirin digər hansı dilləri bildiyini öyrənməyə cəhd etsək də, məlumat ala bilmədik.
Neft Akademiyasını bitib diplomat oldu
Almaniyadakı səfirimiz Pərviz Oqtay oğlu Şahbazov cəmi 3 dil bilir: ingilis, alman və rus. 2005-ci ilin avqust ayından səfir təyin olunan Pərviz Şahbazov Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.
Yunanıstandakı səfir Rəhman Mustafayev Moskva Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2009-cu ilin oktyabrında Rəhman Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İngilis dili, fransız, rus, ərəb dillərini bilir.
Tahir Tağızadə - ən çox dil bilən diplomat
Çexiyadakı diplomatımız Tahir Tağızadə 2007-ci il 22 fevral tarixindən indiyədək Azərbaycanın Çexiyadakı səfiri postunda çalışır. Tahir Tağızadə 5 dil - ingilis, rus, çex, slovak, türk dillərini əla bilir. İlk təhsilini Moskva Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsində alıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 26 oktyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İngilis, rus və çex dillərini bilir.
Ən az dil bilən səfir kimdir?
Hindistandakı səfirimiz İbrahim Hacıyev Xarici Dillər Universitetini bitirib. 2012-ci ildən Azərbaycanın Hindistandakı səfiridir. İngilis və rus dillərini bilir.
4 ölkədə səfir işləyən Məmməd Əhmədzadə
Argentinadakı səfirimiz Məmməd Əhmədzadə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq münasibətlər ixtisasını bitirib.
2011-ci ildən etibarən iqamətgahı Buenos-Ayres şəhərində olmaqla, Azərbaycan Respublikasının Çili, Uruqvay, Boliviya və Paraqvayda da fövqəladə və səlahiyytli səfiridir.
Səfir italyan, ispan, ingilis və rus dillərini bilir.
Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2011-ci ildən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiridir. Rus, alman, ingilis dillərini bilir.
3 dil bilən Emil Kərimov
Bolqarıstandakı səfirimiz Emil Kərimov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2010-cu ilin oktyabrından bu günə kimi Azərbaycanın Bolqarıstandakı səfiridir. İngilis, rus və türk dillərini bilir.
Aktrisa Amaliya Pənahovanın 5 dil bilən oğlu
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri İlqar Yusif oğlu Muxtarovdur. 2009-cu ildə Meksikaya səfir təyin edilib.O, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və tarixi üzrə təhsil alıb.
Səfir rus, ingilis, türk, ərəb dillərini əla, ispan dilini isə orta səviyyədə bilir.
Sabiq nazir, 5 dil bilən Vilayət Quliyev
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət QuliyevADU-nun fılologiya fakültəsində təhsil alıb. Üç il orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Koronavirus yeni yolla yoluxa bilər
6 serial birdən finala çıxacaq
Bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq
Hava haqqında - 11.01.2014
Fincanlar(2)
Təbii qazdan istifadədə limiti keçənlərə – ŞAD XƏBƏR
Dəhşətli İSTİLƏR GƏLİR
Təhsil Nazirliyi ilə bağlı yeni qərar
12-13 yaşlarında qızı olan valideynlərə
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycan nefti bahalaşmaqda davam edir
Seda Sayan paylaşdığı FOTOya görə məsxərəyə qoyuldu
Münaqişə sevgi bağını gücləndirirmi?
Pasxa adasındakı başlar
SOS: Ebola virusu Azərbaycana yaxınlaşır
Xoşbəxt olmaq istəyiriksə...
Cazibədar xanımlar üçün boyunbağılar
Nəqliyyatçıların maaşı artıb
Göygöl ilin sənətkarlıq paytaxtıdır
Nağıllar aləmindəki uşaqlar
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Ingilis Dili- V Dərs
Avtobuslarda sərnişinlərin ürəyindən olacaq YENİLİK - FOTO
Ingilis Dili-IV Dərs
Çin yenidən dünyanı təhdid edir - Şok fakt
DIQQƏT! Güclü maqnit qasırğası gəlir
Dünyada koronavirusa yoluxma sayı 18 milyonu ötdü - STATİSTİKA
Ingilis Dili-VI Dərs
Cennifer Lopez çimərlik şəklini paylaşdı-FOTO
Reytinq açıqlandı: "Qarabağ" yaxşıdır, yoxsa "Neftçi"?
Məşhurların kolleksiyaları -SİYAHI
Ağrıkəsici dərmanlar qan təzyiqini artırır
Azərbaycanda gənc ailələrə evlə bağlı müjdə
Vaqif Dərgahlı: “Düşmən Goranboy rayonu ərazisini atəşə tutub”
Jurnalistlərə şad xəbər
Əlcəklər
Nazirlikdən hökumətin təhsil haqqı qərarı ilə bağlı RƏSMİ AÇIQLAMA
"Sevgi" tortu (foto resept)
Unutqanlıq xəstəliyi - Amneziya
Mayk Tayson Bakıya gəlir
Ərdoğan Putindən qisas aldı
Sibel Can qəzaya düşdü
1 günə 20 min qazandı-FOTO/VİDEO
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edildi
Nazlı qızlarımız üçün gəlinliklər
"Son zəng" nə vaxtdır?
Sonsuz olduğunu deyən kişinin 13 uşağı varmış-ŞOK hadisə
Türkiyədə Qarabağ parkı olacaq
11 ildə evimizdə nələr dəyişdi?
Milli Ordumuzda dəyişiklik
- ŞƏRHLƏR