- Azərbaycana növbəti səfərinizdə məqsəd nədir? Azərbaycanda olduğunuz müddətdə neçə əməliyyat həyata keçirdiniz?
- Yanvarın 21-dən Azərbaycanda səfərdəyəm. Səfər martın 1-dək davam edəcək. Bu müddətdə Respublika Diaqnostika Mərkəzinin (RDM) həkimləri ilə birgə əməliyyatlar edəcəyəm, həkimlər üçün master-klasslar, Mərkəzə gələn xəstələrə yardım göstərmək üçün konsultasiyalar keçirəcəyik. Artıq bir necə əməliyyat etmişəm. Nazirliklərimiz arasında mövcud əməkdaşlıq çərçivəsində müxtəlif vaxtlarda müxtəlif ixtisaslı həkimlər, o cümlədən neontoloqlar, pediatrlar, endokrinoloqlar, ginekoloqlar gəliblər. Bu dəfə isə mən tək gəlmişəm. Martın 1-dək RDM-in həkimləri üçün master-klasslar keçirməklə yanaşı, həmkarlarımın vəziyyətlərini mənimlə müzakirə etmək istədikləri ağır xəstələrə baxış keçirəcək, həmçinin bizim apardığımız əməliyyatları nümayiş etdirəcəyəm.
Məlumdur ki, tibb sahəsində müxtəlif məktəblər var. Bilirəm ki, burada mamalıq, cərrahiyyənin texniki məsələlərində əsasən Türkiyə məktəbinin təcrübəsi əldə edilir. Belarusda isə Rusiya məktəbinin təcrübəsindən istifadə olunur.
- Ginekoloji baxımdan Azərbaycan qadınlarının sağlamlıq vəziyyətini necə dəyərləndirirsiniz?
- Ginekoloji baxımdan Azərbaycan qadınlarının sağlamlıq vəziyyəti digər ölkələrdəki qadınların vəziyyətindən hansısa xüsusiyyəti ilə seçilmir. Amma ilk növbədə gözəçarpan yeganə məsələ, xüsusən də mamalıq sahəsində həkimlərə bir qədər inamsızlığın müşahidə edilməsidir. İkinci tərəfdən, yumşaq desək, qarşılaşdıqları vəziyyətlərdə ailələrdə son qərarı qadınlar vermir, yekun qərarı qayınana və ya ər qəbul edir. Bu, düzgün deyil. Onlar vəziyyəti heç vaxt düzgün qiymətləndirə bilməzlər. Həkim bir söz deyir, qayınana isə "yox, bunu belə etmək lazım deyil" deyir. Sonda isə bu, pis nəticələnir. Hesab edirəm ki, burada kifayət qədər savadlı, yaxşı həkimlər var. Əgər həkim pasiyentə nəyisə tövsiyə edirsə, onu yerinə yetirib-yetirməmək pasiyetin öz seçimi, öz hüququdur. Amma mən pasiyentlərin həkimlərə inanmamağı üçün səbəb görmürəm.
- Bizim qadınlar ginekoloji baxımdan özlərinin sağlamlıqlarının qayğısına qalırlarmı?
- Mənim burada müşahidə etdiklərimə görə, Azərbaycan qadınları öz sağlamlıqlarının qayğısına qalırlar - həkimə müraciət edir, onunla məsləhətləşirlər. Bu, mənə bir az qeyri-adi gəldi. Bizdə, adətən, qadın həkimə özü gəlir. Çünki ginekoloq qadına individual, şəxsi baxımdan müxtəlif suallar verə bilər. Belarusda ölkə qanunvericiliyinə uyğun olaraq, pasiyent yaxınları ilə bərabər gəlsə belə, maraqlanıram ki, həmin şəxslərin iştirakı ilə qadından müvafiq sualları soruşa bilərəmmi? Əgər qadın "bəli" deyirsə, intim və s. xarakterli suallar da daxil olmaqla, müxtəlif sualları verirəm. Amma Azərbaycanda elə anlar olub ki, mənimlə məsləhətləşmək istəyən həmkarlarımla xəstəni müayinə edən zaman məndən otaqdan çıxmağı xahiş ediblər. Pasiyent deyir ki, "istəmirəm ki, mənə kişi baxsın". Ola bilər ki, buna sizin mentalitetiniz, dininiz və məzhəbiniz imkan vermir. Onlar unudurlar ki, mən küçədə kişi sayılıram, burada isə sadəcə həkiməm.
- Azərbaycan qadınları arasında daha çox hansı xəstəliklərə təsadüf olunur və bunun səbəbi nədir- Allah bizim hamımızı eyni yaradıb. Biz müxtəlif şəraitlərdə yaşayır, fərqli, spesifik xüsusiyyətlərə malikik. Amma demək olar ki, qadınların hamısında eyni xəstəliklər müşahidə edilir. Azərbaycan qadınlarının başlıca problemləri düzgün qidalanmamaqla, düzgün olmayan həyat tərzi ilə əlaqədardır. Qarşılaşdığım hallardan birini qeyd edim. Artıq çəkinin təsirindən aybaşı dövrünün pozğunluğuna rast gəldiyim qızdan soruşuram ki, siz idmanla məşğul olursunuzmu, yürüş və ya hərəkət edirsinizmi? Cavab verir ki, atam icazə vermir, ancaq universitetə gedib-gəlirəm. Əgər artıq çəkinin təsirindən hormonal fon dəyişirsə, sonra bu qızdan necə yaxşı, reproduktiv sağlamlıq gözləmək olar? O gələcəkdə hamiləlik dövrü və doğuş prosesini necə keçirəcək? Düzdür, Azərbaycan standartlarına görə bu gün Avropa səviyyəsinə qalxır, amma insanların təfəkkürünü də dəyişmək lazımdır. Bu əsrdə qızı harasa buraxmamaq qeyri-adidir. Halbuki uşağın tərbiyələndirilməsi zamanı ilk növbədə ona inam göstərilməli, eyni zamanda, onun bu qədər həyəcan keçirməməsindən ötrü valideynlər uşaqları düzgün tərbiyə etməlidirlər.
- Azərbaycanda daha çox xaricdən gələn həkimlərə maraq göstərilir...
- Əlbəttə, burada çox yaxşı həkimlər var. Hər bir həkim hansısa istiqamət üzrə - kimisi mamalıq, kimisi ginekologiya, kimisi perenatal diaqnostika üzrə dərindən ixtisaslaşıb. Burada yaxşı komanda formalaşıb. Qadınların başqa ölkələrdən olan həkimlərlə maraqlanmasını isə izah edə bilmirəm. Keçən səfərimdə çox gözəl müəssisədə - Respublika Perenatal Mərkəzində, böyük qadın məsləhətxanasında olmuşam. Amma keçən dəfə bir vəziyyət mənim üçün qeyri-adi oldu. Qadınlarla bağlı ambulator klinikada çalışan həkimdən soruşuram ki, bəs qadın harada doğacaq, o isə deyir, mən bilmirəm. Bizdə isə belə bir anlayış yoxdur. Bizdə hər bir qadın məsləhətxanası hansısa bir doğum evinə bağlıdır. Əgər qadın həmin doğum evini istəmirsə, kart mübadiləsi etməklə digər doğum evinin baş həkiminin yanına getməlidir. Orada doğum evinin yükündən asılı olaraq, ona doğuşun həmin müəssisədə olması üçün icazə verilir və ya verilmir. Çünki doğuşlar olduqca çoxdur, həkim və ya növbətçi həkim patologiyanı buraxa bilərlər. Bir xəstəxana həddindən artıq dolu, digəri isə boşdursa, bu şərait doğum evində anormal sanitar vəziyyət, həmçinin personala anormal yük yarada bilər. Sizdə isə xəstə özü hara istəsə gedə bilər. Hətta qadın elə vəziyyətdə xəstəxanaya gəlir ki, uşağın başı demək olar ki, artıq xaricdədir. Bu, düzgün deyil. Onlar öz sürətləri ilə istədikləri vaxt, istədikləri yerə gedirlər. Elə vaxt gəlirlər ki, həkim artıq başqa bir pasiyentə görə əməliyyat otağındadır. Hətta elə patologiyalarla daxil ola bilərlər ki, onlara yardım belə etməyə zaman olmaz.
Bizdə isə qadın gedəcəyi klinikanı dəqiq bilir. Təcili yardım onu hansı xəstəxanaya aparacağını bilir. Çünki bizdə ölkə, şəhər üzrə vahid qrafik mövcuddur. Bu da yardımın göstərilməsində müəyyən nizam-intizam yaradır. Əgər qadın qanaxma və digər kritik hallara məruz qalarsa, həkim ağır xəstə gətirilməsi ilə bağlı klinikaya zəng edib xəbərdarlıq edir. Ona görə də bu gün bizim ölkəmizdə bu sahədə yüksək göstəricilərə nail olunub.
- Sizcə, Azərbaycan ailələrində sonsuzluq halları daha çox qadınların, yoxsa kişilərin səhhətlərində yaranmış problemlə əlaqədar yaranır? Ailələrdə sonsuzluq hallarının baş verməsinin günahını kimdə - qadında, yoxsa kişidə axtarmaq lazımdır?
- Əvvəllər sonsuzluq hallarında qadınları günahlandırardılar. Amma bu gün sizdə, bizim ölkədə, eləcə də bütün dünyada vəziyyət dəyişib. Kişilər çox yeyir, piçə içir, piylənməyə məruz qalırlar. Bu da bizdə olduğu kimi, Azərbaycanda da kişilərdə funksiyaların pozulması, spermanın tərkibinin pisləşməsi ilə nəticələnir. Bütün dünyada kişilərdə spermatozoidlərin sayı, həcmi azalıb. Bu gün bizdə qadın-kişi nisbəti arasında sonsuzluq problemlərinin səbəbləri 50-50-yədir. Sonsuzluq səbəblərinin hətta 60 faizi kişilərin, 40 faizi isə qadınların payına düşür. Sizdə də eyni vəziyyətdir.
Konsultasiyalarda görürəm ki, problem partnyorların ya hər ikisindədir, ya da əsas kişilərdədir. Qadınlarda sonsuzluq halları daha çox hormonal halların pozulması ilə bağlıdır. Kişilərdə isə bu sahədə mütəxəssis olmasam da, deyə bilərəm ki, onlarda daha çox iltihabi xarakterli, həmçinin valideynlərin vaxtında diqqət yetirmədiyi uşaqlıq dövründən yaşanan problemlər olur. Qızlar kimi oğlanlar da ölkənin reproduktiv ehtiyatları sayılırlar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İşsizlər! Bu elanlara aldanmayın!
Ermənistan ordusu itki verdi
Nüsrətin "qızıl ət" sirri İFŞA OLUNDU-FOTO
Pensiyaçılara ŞAD XƏBƏR
Sufi İdris Şahdan xoşbəxtliyin açarı
Burun əməliyyatından əvvəl nə etməli?
Narazı müəllimlərdən bir qisminin şikayəti təmin edilib
Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR
Yeni avtobuslar gəlir
Qara, tutqun Toyota GT86
Baş nazirdən uşaq bağçaları ilə bağlı QƏRAR
Dünyanın ən sirli çayı: əvvəli yox sonu var.
Rəqsdə eşq
Müge Boz ərə gedir-FOTO
Azərbaycanda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı və dərci üçün müəyyən edilən KİV-lərin siyahısı açıqlandı
Bu günü xoşbəxt yaşamaq
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik
Bu gün Su çərşənbəsidir
Qadının yataqda istədikləri
Bakıda oğurluq qaz sayğacları quraşdırılır - “Azəriqaz” xəbərdarlıq etdi
Müsbət düşün və stresə qalib gəl
Banu Alkan Beren Saatı pislədi-FOTO
Azər Mirzəyev vəfat etdi
Daimi nikahla müvəqqəti nikahın fərqləri nədir?
Əmrah serialdan ayrıldı-FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Bu sezon ən iddialı trendləri
Qırmızı lobya şorbası (foto-resept)
Mən şəkil çəkirəm (dərs 8)
Vicdan nədir?
Fitli qazan haqqında öyrəndiklərim
Bakıdan xaricə gedənlərin nəzərinə: 40 manata...
Paytaxt salatı (foto resept)
Hadise kişi kimi geyindi-FOTO
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Qeyri-adi sırğalar
Facebook istifadəçiləri "nəyi" və "niyə" bəyənir?!
Qalstuk bağlamaq qaydaları
Təbii maskalar
“Whatsapp”da yeni funksiya
Fransanı qana bulayan bilindi
Gənc xanımlara don modelləri
Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır
Qaymaqlı - şaftalılı piroq (foto resept)
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin (2)
Sıla haqqında dedikləri hamını TƏƏCCÜBLƏNDİRDİ
Diqqətli olun! Güclü geomaqnit qasırğası başlayıb
Səhiyyə Nazirliyi: Hüquqlarınızı tələb edin
Həyat yoldaşlarına xəyanət edən məmurlar cəzalanacaq
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
- ŞƏRHLƏR