Son günlər xəbər saytlarında və sosial mediada "Azərqida" MMC adından iş axtaranlar üçün müxtəlif elanlar yerləşdirilib. 400-700 manat maaş, gündəlik yeməklə təminat, aylıq ərzaq yardımı, tibbi sığorta kimi cəlbedici təkliflərlə onlarla vətəndaş aldadılıb.
Milli.Az bildirir ki, bu barədə virtualaz.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata 40-dan çox şikayət ərizəsi daxil olub: "Hər gün vətəndaşlar tərəfindən zənglər edilir. Vətəndaşlara "Milliön" terminalı vasitəsilə bank hesabına ödənişlər edilməsi təklif olunur. "Milliön" ödəniş sistemi rəsmi xidmət olduğundan iş axtaranlar dərhal tora düşürlər".
"Azərqida" MMC iş üçün müraciət edənlərdən 19 manat ödənilməsini istəyir. Bu məbləğ, guya ki, sığorta üçün tələb olunur. Pul köçürüləndən sonra isə telefonlar söndürülür.
Şirkətin iş elanları bir sıra pulsuz elan saytlarında da yayılıb. Məsələn, Bakı şəhər sakini Azər Məmmədov "Lalafo.az"da göstərilən elanlara aldanıb. "Qida sənayesində sürücü işləmək üçün elanlar yerləşdirilmişdi. Verilən telefon nömrəsinə zəng vuraraq işə düzəlmək üçün tələb olunan şərtləri öyrəndim. Özüm haqqında məlumat verəndən bir neçə gün sonra işə düzəldiyimi dedilər. İlkin olaraq 19 manat ödədim. Bundan sonra elanda göstərilən telefonlara zəng çatmadı".
"Azərqida" MMC tərəfindən 2el.az saytına yerləşdirilən elanda isə qablaşdırma sektorunda 18-45 yaşlı qadınlara iş təklif edilir. "Bitki yağları, duz, qənd, şəkər kimi qida məhsullarının çəki ilə qablaşdırılması üçün 18-45 yaşlı qadınlar tələb olunur. Əməkhaqqı 450 manatdır. 400 qadın işçiyə ehtiyac var", - elanda göstərilir.
Adının açıqlanmasını istəməyən şikayətçi də iş üçün müraciət edib və bir neçə gündən sonra ona zəng vuraraq işlə təmin edildiyini deyiblər. O da "Milliön" vasitəsilə 19 manat ödəyib (telefon nömrəsi 0507728171, əməliyyat nömrəsi 2393574543). Lakin üstündən bir neçə gün keçməsinə baxmayaraq harada və hansı vəzifəyə işə götürüldüyünü öyrənə bilmir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Keçmişin gözəl aktrisaları
Dünyanın ən “kök” 10 ölkəsi
"Həbsdən qaçış" 3 il sonra yenidən başlayacaq
D vitaminli su hazırlanıb
Məşhur aktrisa sağdır!
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
İpotekanın tətbiqi ilə bağlı yeni xəbər
Barmaq boyda çantalar təqdim olundu-FOTO
Nazirdən şəhid pilotun ailəsinə BÖYÜK JEST
Əsgərimiz şəhid oldu
Azərbaycan Ordusu Laçına daxil oldu - VİDEO
Gül bayramına 4 milyondan çox gül gətirildi
Azərbaycanda bir ilk
168 il yaşayan Şirəli baba
Məşhur aktyorlar çəkiliş meydançasında öldülər-FOTO
Dərini cavanlaşdıran düyü maskası
HAVA necə olacaq?-24 Avqust
Cib telefonları ləğv olunur
Atasına bənzəyən uşaqlar haqqında MARAQLI FAKT - ARAŞDIRMA
Stresli zamanlarda iştaham artır, nə etməliyəm?
Məşhur brend ÜZR İSTƏDİ-SƏBƏB
Saakaşvili: "ABŞ Rusiyanın nüvə silahlarını 40 dəqiqəyə məhv edə bilər"
Evinizdən nə qədər əmlak vergisi tutulacaq?
Sağlam üsulla qaralma
Putindən yeni rekord
Borcu olanları türmə gözləyir
Melaniya Trampın Diana sevgisi
Bütün Yer kürəsi işıqsız qalacaq: Bakı 30 martda...
Tez məğlub olmağın səbəbləri
Robot kreslo növbəyə nəzarət edəcək
Gənc görünmək üçün düyü maskası
Göbələkli toyuq (foto resept)
"2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilib
Yerin öz oxu ətrafında hərəkəti
Məşhur aktrisa tənqid olundu-SƏBƏB/FOTO
Nikolas Keyc aktyorluqla vidalaşır
Nevroloqlardan kişilərə bəd xəbər
Hicablı xanımlar üçün yay geyimləri
Dünyanın ən bahalı rəsmi yoxa çıxdı
Miqren xəstələri necə qidalanmalı?
Günün ulduz falı
Serdar Ortaç kitab yazır!
Avropa Oyunları: Karatedə 3-cü qızıl medalımız!
Dövlət rabitə operatorunun genişzolaqlı internet şəbəkəsi istifadəçilərinin sayı artıb
Hava haqqında
Adi kağızdan hazırlanmış kəpənəklər
Sevgilini musiqi ilə seçənlər
Qızardılmış meyvə piroqu (foto resept)
Hadise efirdə ağladı-FOTO
Xanımına qeyri-adi Sevgililər günü hədiyyəsi etdi-FOTO














