Azərbaycanda telefonla danışmaq artıq dəbdən düşür. Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) açıqladığı məlumatlarında da özünü göstərir. Nazirliyin məlumatına görə, 2014-cü ildə ümumi istifadəli telefon şəbəkəsi üzrə səs trafiki 23 faiz azalıb. Yəni 2013-cü ildə 518,7 milyon dəqiqə danışmış azərbaycanlılar 2014-cü ildə bunu 399,7 milyon dəqiqəyə salıblar. Yəni ölkə üzrə adambaşına 12,4 dəqiqə az danışmışıq.
Təbii ki, bu məsələdə əsas geriləmə stasionar telefonların payına düşür. İndi əhali stasionar telefonlardan nadir hallarda istifadə edir. Bu telefon danışıq üçün yalnız iş yerlərində istifadə edilir. Əksər evlərdə stasionar telefon nömrələri yalnız internet üçün saxlanılır. Amma ANS PRESS-in araşdırmasına görə, son illərdə mobil telefonların da danışıq trafikində azalma gedir. Mobil rabitə operatorları bununla bağlı məlumat yaymaq istəməsələr də müstəqil ekspert araşdırmalarına görə, keçən mobil operatorların danışıq trfikində 10 faizə qədər azalma olub.
Sayı gündən günə artan planşet və smartfon istifadəçiləri “Skype”, “Whatsapp” kimi şəbəkələrdən istifadə etməklə mobil danışıqları azaldırlar. Bu şəbəkələrin istifadəsinin genişlənməsinə evlərdə, ticarət və əyləncə mərkəzlərində, iş yerlərində tətbiq edilən "Wi-Fi" zonaları da imkan yaradır. Bu şəbəkələr planşet və smartfon istifadəçilərinə dünyanın istənilən yeri ilə görüntülü əlaqə yaratmağa imkan yaradır.
İndi Bakıda yaşayan ailələrin əksəriyyəti kəndlərlə və rayon mərkəzləri ilə sırf “Skype”la danışırlar. Kəndlərdə geniş zolaqlı internet üçün son illərdə yaradılmış şərait əhalini mobil telefonla danışmaqdan uzaqlaşdırır. Hər kəs nisbətən uzun söhbətləri “Skype”la edir ki, danışıq üçün pul ödəməsin. Nəticədə, artıq mobil telefonlar da stasionar telefonlar kimi arxa plana keçir.
Azərbaycanda telefon istifadəçilərini alternativ yollar aramağa məcbur edən digər səbəb isə mobil rabitə operatorlarının tariflərinin başqa ölkələrə nisbətən çox baha olmasıdır. Ölkə üzrə mobil rabitə əlaqəsi şəbəkə daxili danışıqlarda 5-7 qəpiyə başa gəlir ki, bu, Rusiya və Ukrayna tarifləri ilə müqayisədə bir neçə dəfə bahadır. Rusiyada şəbəkə daxili danışıqların dəqiqəsi maksimum 2,9 rublur (5 qəpik).
Amma mobil operatordan bölgənin stasionar şəbəkəsinə zəng etdikdə isə tarif 1,9 rubla (3 qəpiyə) düşür. Ukraynada isə mobil rabitə operatorları həm şəbəkə daxili, həm də şəbəkə xarici zənglərin dəqiqəsi üçün 0,5 qrivna tələb edir ki, 2 qəpikdən də aşağı rəqəmdir.
Azərbaycanın mobil rabitə operatorlar isə şəbəkə xarici zənglər üçün bir-birinə 2 qəpik ödəyirlər ki, bu da şəbəkə xarici zəngləri xeyli bahalaşdırır, dəqiqə üzrə tarif 10 qəpiyə qədər qalxır. 3G əlaqəsinin dəqiqəsi isə 15 qəpiyə qədər qalxır.
Görünür, bütün bu səbəblər Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mobil rabitə operatorlarına tariflərin yüksək olması ilə bağlı xəbərdarlıq etməsinə səbəb olub. Nazir bu məsələdə əsas problem kimi mobil rabitə operatorlarının şəbəkə xarici zənglər üçün bir-birinə ödədikləri tarifin yüksək olmasını göstərib. "Hazırda əsas məsələ operatorlar arası qoşulmalarının dəyərinin azalmasıdır ki, vahid tarif müəyyən etmək mümkün olsun",- deyə nazir vurğulayıb. Nazir həm də mobil operatorları sərmayə yatırımlarını artırmağa çağırıb.
Nazirin dediklərini mobil rabitə operatorlarının sərmayə qoyuluşları bağlı açıqlamaları da təsdiqləyir. Məsələn, ölkənin ən güclü operatoru Azərbaycan ərazisinin yalnız 48 faizini 3G əlaqə ilə təmin edə bilir. O biri operatorlarda isə bu göstərici xeyli aşağıdır. Belə görünür ki, şirkətlər yalnız Bakıya diqqət yetirirlər və ciddi sərmayə qoymadan yüksək tariflər hesabına rentabellik təmin etməyə çalışırlar. Amma 21-ci əsrin abunəçisi müxtəlif variantlar tətbiq etməklə xərclərini azaltmağa çalışır ki, bu da gec-tez mobil rabitə operatorlarını arxa plana keçirə bilər.
Rabitə texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlunun fikrincə, mobil rabitə operatorları nisbətən yumşaq tariflər tətbiq etməklə aparıcılıq rolunu əllərində saxlaya bilərlər. ANS PRESS-in əməkdaşı ilə söhbətində o bildirib ki, ilk öncə internet tarifləri aşağı salınmalıdır: “Abunəçilər bu zaman “Skype” və “Whatsapp” kimi şəbəkələrlə əlaqəni məhz mobil operatorların vasitəsi ilə qura bilərlər. Operatorların təklif etdiyi internet stasionar şəbəkəyə baxanda bir neçə dəfə bahadır. Məsələn, evdə 20 QB internet 17 manata başa gəlirsə, mobil rabitədə bu, 45 manatdır. Yəni 3 dəfəyə qədər bahadır. Mobil operatorlar fərqi 2 dəfəyə qədər salsalar, əhali daha çox onlardan istifadə edər və pulsuz "Wi-Fi" dalınca getməz”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Əfqanıstanda sel:onlarla insan həlak olub
Nüsrətdən şokolad şousu - VİDEO
Yeni il üçün maraqlı qaş nümunələri
Polkovnik Babək Səmidliyinin şəhid olmamışdan öncəki son çıxışı - VİDEO
Qar yağacaq
Qadınlar dünyamızın gözəlliyidir
Rəssamın sevgi dolu rəsmləri
HAVA necə olacaq?
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı
Məşhur filmin premyerası təxirə salındı-SƏBƏB
Universitetlərimiz niyə QS reytinqinə düşmür?
Metroda pulsuz Wi-Fi işə düşdü
Siz də istəyirsiniz?
Məşhur aktrisa hər FOTOya 90 min qazanır
Sarımsaq iyinin öhdəsindən necə gəlmək olar?
COVID-19-un ən qorxulu ağırlaşmaları açıqlandı
Pendirli kartof kotleti (foto-resept)
Daha bir münsif “O Səs Türkiyə”ni tərk etdi-FOTO
Unutmamalıyıq...
Saçın tez yağlanmasına səbəb olan hallar
Altıncı hiss - intuisiya
Bu şəkil polisləri hərəkətə gətirdi-FOTO
ÜST ümidini kəsdi: "Həll yolu tapa bilmədik, uzun müddət..."
Qeyri-adi iş təklifi
Azərbaycanda atom yanacağı istehsal ediləcək
“Müslüm” Sibel Canı ağlatdı
Mehriban Əliyeva Əlibaba Məmmədov ilə görüşdü
İngiltərədə kafe və restoranlarda müştərilərin hesablarının yarısını hökumət ödəyəcək
Təhsil kreditlərinin verilməsi təsdiqləndi
Oğlunun iştahasını açmaq istəyən ana
Zəhərli münasibətdə olduğunuzu göstərən hallar
Çəhrayı göllər
Cardi B-nin villası qiyməti ilə diqqət çəkdi
Peşmərgə Suriyaya keçdi
Kıvanç Tatlıtuğ 3 milyon ziyana düşdü
Yer kürəsi üçün TƏHLÜKƏ - Nəhəng asteroid yaxınlaşır
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
Ər arvadın oruc tutmasına mane ola bilərmi?
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzaladı
Mesajları silmək üçün 68 dəqiqə vaxtınız var
Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
“Ufak tefek cinayetler” aktrisasından qəribə istək-FOTO
Andrey Kudryaçenko: "Bakı mədəni dəyərləri bölüşmək üçün mühüm məkandır"
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
İmzanı at...
Silahlı Qüvvələrimiz genişmiqyaslı taktiki təlimlər keçirəcək
Türkiyə təhsilində kütləvi ixtisar
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
“Bu gün yeni dövr başlayır”
Nazir birinciləri təbrik etdi: "Hər birinizə nailiyyətlər arzulayıram"















- ŞƏRHLƏR