Son 30 ildə piylənmədən əziyyət çəkən insanların sayında kəskin artım müşahidə olunur. 1980-ci ildə onların sayı 857 milyon nəfər idisə, 2013-cü ildə artıq 2 milyarda yüksəlib. Bu, təxminən dünya əhalisinin üçdə biri qədərdir.
ANS PRESS-in məlumatına görə, təkcə 2010-cu ildə piylənmədən yaranan fəsadlar səbəbi ilə 4 milyona yaxın insan həyatını itirib. Bu barədə AzərTAc xəbər yayıb.
Son zamanlar dünya əhalisi oturaq həyat tərzi sürür, bundan əlavə “fast food”, şirin içkilər və yüksək kalorili digər yeməklər də artıq çəkinin yaranmasına səbəb olur. Buna görə də piylənmə bir çox ölkələrdə əhalinin sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib.
Proqnozlara görə, müvafiq tədbirlər görülməsə, vaxt keçdikcə vəziyyət daha da pisləşəcək. “Global Burden of Disease” təşkilatının yeni tədqiqatı piylənmənin yüksək səviyyəsinin müşahidə edildiyi ilk 10 ölkəni müəyyənləşdirib. Kök insanların sayına görə mütləq liderlik ABŞ-a məxsusdur: 78 milyon nəfər (yaşlı əhalinin 33 faizi). Sonrakı yerləri müvafiq ardıcıllıqla bu ölkələr tutur: Çin - 46 milyon (4,4 faiz), Hindistan - 30 milyon (3,8 faiz), Rusiya - 28 milyon (24,1 faiz), Braziliya - 22 milyon (16,2 faiz), Meksika - 20 milyon (26,9 faiz), Misir - 18 milyon (35,9 faiz), Almaniya - 16 milyon (24,3 faiz), Pakistan - 14 milyon (13,6 faiz) və İndoneziya - 11 milyon (6,8 faiz) nəfər.
Əgər bu tendensiya davam etsə, artıq 2030-cu ildə ABŞ-ın yaşlı əhalisinin tən yarısı köklükdən əziyyət çəkəcək.
Tədqiqatın nəticələrinə görə, həmçinin müəyyən edilib ki, piylənmənin və onunla bağlı fəsadların müalicəsinə xərclənən vəsait ümumilikdə ildə 48 milyard dollardan 66 milyard dollara qədər arta, 2030-cu ildən sonra isə əmək qabiliyyətinin azalması ilə əlaqədar iqtisadiyyata dəyən zərər ildə 390-580 milyard dollar təşkil edə bilər.
XƏBƏR LENTİ
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Sellofanda toyuqla kartof
Avropa çempionatında inanılmaz dəyişiklik
Putin bir gündə beş naziri istefaya göndərdi
Gözəl saçlar üçün 9 məsləhət
Azərbaycan milli uşaq oyunları-5
Cavan olmam bir də mən?
Arktikada yeni ada və boğaz tapıldı
Qadınları cəlbedici edən xüsusiyyətlər
Məşhur tərzi: Billie Eilish
Yataq örtüyü modelləri
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Michael Grab
Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü
Çap edilmiş sümüklər insanı xilas etdi
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Əncirli keks (foto-resept)
Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu
Ayaqqabı alarkən nələrə diqqət etməliyik?
Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Bakı-Qazax qatarı ləğv edilir
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Eşitmə qüsurları
Sürətli saç uzadan kök maskası
Zander (foto resept)
Eyni şəxs üçüncü dəfə koronavirusa yoluxdu
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Daha bir türk serialı başlayır
Alişan 100 min dollar istəyib
"Uğursuz" dahilər
Manatın taleyi necə olacaq?
Bakıda yeni metro stansiyası
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Sobada tərəvəzli salat (foto resept)
Məşhur aktrisa xəstəxanalıq oldu
Məşhur aktrisa gəncliyindən danışdı
Məşhur cütlüyün Boşanma Səbəbi məlum oldu-FOTO
Yeni dollarlar
Enerji içkilərinin satışı ilə bağlı mühüm dəyişiklik
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
"Beyni qan" uşaqları necə qoruyaq?
Pensiya və maaş qalxacaq
Məşhur fransız brendi saxta çıxdı - FOTO
Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
Rəngli görmə
- ŞƏRHLƏR