
Nazirlər Kabineti Bakıda yerləşən binalara tətbiq ediləcək əmsalları təsdiqləyib. Bu əmsallara uyğun olaraq illik nə qədər vergi ödəyəcəyinizi hesablaya bilərsiniz.
Yeni təsdiq olunmuş sənəddə Bakı şəhəri 12 zonaya bölünüb, əmsallar 1,50-dən başlayaraq mərkəzdən uzaqlaşdıqca 0,70-ə qədər azalır.
VERGİLƏR NECƏ HESABLANMALIDIR?
2015-ci ilin yanvarından fiziki şəxslərin əmlak vergisinin hesablamasında yeni qaydanın tətbiqinə başlanıb. Belə ki, əvvəllər mülkiyyətçilər əmlakın ümumi dəyərindən 5 min manat çıxıb, yerdə qalan vəsaitin 0,1 faizi qədər vergi ödəyirdi. Yeni hesablamada mülkün dəyərinə görə yox, sahəsinə görə aparılır.
Sahəsi 30 kv. metrədək olan mənzillərə görə əmlaka vergisi ödənmir. Sahəsi 30 kv. metrdən çox olan evin isə ümumi sahəsindən 30 kvadrat metr çıxıb yerdə qalan sahənin hər kvadrat metrinə görə mülkün yerləşdiyi əraziyə uyğun olaraq vergilər hesablanır.
Bakıda 55 m2-lik mənziliniz varsa, bunun 30 m2-dan vergi tutulmur. Yerdə qalan 25 m2-in vergisi belə hesablanır:
25 X 0.4 = 10 AZN
Eviniz şəhərin mərkəzində, məsələn, Azneft meydanından Niyazi küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişməsinə qədər olan ərazidə yerləşirsə, illik 15 manat əmlak vergisi ödəyəcəksiz.
25 X 0.4 X 1.5 = 15 AZN
Yox, eviniz mərkəzdən bir qədər uzaqda, "20 Yanvar" metrostansiyası ərtafındadırsa, 55 m2-lik mənzil üçün illik əmlak vergisi 11 manatdır. Yox, eviniz Zığdadırsa, o zaman 7 manat 50 qəpik ödəməlisiz.İllik vergilər ərazi üzrə yerli bələdiyyələrə ödəniləcək.
“MƏQSƏD VERGİLƏRİ ARTIRMAQ YOX, ŞƏFFAFLIQDIR...”
Milli Məclis ötən ilin iyununda "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunu dəyişib. Qanuna dəyişikliyin müəllifi Milli Məclisinin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu dəyişiklik ilk növbədə bələdiyyələrin fəaliyyətində şəffaflığı təmin etmək üçündür.Əvvəllər vergilər bazar qiymətinə uyğun hesablanırdı. Bu zaman az və ya çox göstərilə bilirdi. Amma bundan sonra rəsmi kupçada evin sahəsi nə qədər göstərilibsə, ona uyğun vergilər hesablanacaq.Ziyad Səmədzadə çıxışında Azərbaycandakı əmlak vergisinin həcmini digər ölkələrlə də müqayisə edib. Bildirmişdi ki, Azərbaycanda ən az əmlak vergisi və torpaq vergisi ödəyən ölkədir:
"Torpaq, əmlak vergisinin düzgün hesablanması bütövlükdə Azərbaycanın milli sərvətinin hesablanması üçün lazımdır. Burada vergilərin artmasından söhbət getmir, uçotun obyektivliyindən söhbət gedir".
YERLİ TƏCRÜBƏ ÜÇÜN MƏQBULDUR, AMMA…
İqtisadçı Qalib Toğrul da yeni qaydanın tətbiqini alqışlayır. Deyir ki, belə olan halda vətəndaş özü də nə qədər əmlak vergisi ödəyəcəyini hesablaya biləcək. Üstəlik, vergilərin dövlət büdcəsindən yayınmasının qarşısı alınacaq. Qalib Toğrulun fikrincə, yeni qaydanın daha bir üstünlüyü isə büdcəsi az olan bələdiyyələrə bir dəstəkdir.
Əmlak Bazarı İştirakçıları Birliyinin həmsədri Nüsrət İbrahimov deyir ki, Nazirlər Kabinetinin əmsalları bazar qiymətinə uyğundur:
“Ümumiyyətlə, əmlak vergisinin yeni hesablanması şərtləri bizim şəraitə görə məqbuldur. Amma beynəlxalq təcrübəyə görə yox. Çünki beynəlxalq aləmdə bazar uzun illərdir formalaşıb, insanlar da vergiləri vaxtı-vaxtında ödəyirlər. Bizdə isə bazar cəmi 20 ildir formalaşır, insanların əksəriyyəti də sovet təfəkkürü ilə yaşayır. Vergi ödəmək istəkləri yoxdur. Fiziki şəxslərin əmlak vergisinin nəinki yığılmasında, hətta hesablanmasında da problemlər vardı. Bələdiyyə üzvləri əmlakı dəyərləndirə bilmirdi. Əmlak sahibləri onları evlərinə buraxmırdı və ya vergiləri ödəməkdən imtina edirdi, xeyli problemlər yaranırdı. Vəziyyətdən çıxış yolu kimi yeni qaydadanın tətbiqinə başlanıldı, mən düşünürəm ki, bu məqbul haldır”.
Nüsrət İbrahimov əlavə edir ki, gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün vətəndaşlar vergiləri necə, haraya və nə qədər ödəyəcəkləri barədə məlumatlandırılmalıdırlar.
Əmlak vergisi ildə bir dəfə ödənilir. Vətəndaşlar 2015-ci il üzrə vergiləri 2016-cı ilin martına qədər ərazi üzrə bələdiyyələrə poçt və ya bank yolu ilə ödəyə bilərlər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana “dur” deyilməlidir”
Metroda gediş haqqını nəqliyyat kartları ilə də ödəyə biləcəksiniz
Bakı və Sumqayıtda 16 minə yaxın XI sinif şagirdi monitorinq imtahanı verəcək
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Uşaq bağçaları optimallaşdırılacaq
Tez qocalmağa səbəb olan qidalar
Əsgərlər üçün də qurbanlar kəsilib
Azərbaycan tarixindən yüz şəxsiyyət-34
Trampın qızı Mayamidə “milyarder bunkerində” torpaq alıb - FOTO
Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Kanada Rusiyada dünya çempionu oldu
İnstagram izləyicilərinə XƏBƏRDARLIQ edildi-SƏBƏB
Gözəl sırğalar
Rusiyada azərbaycanlı komandirə qarşı böyük hörmətsizlik!
BÜRCLƏR bizə nə vəd edir?-21 Mart
Yeni doğulmuş körpələrdə qusmanın səbəbləri
Bu ilin "ən stil" məşhurları seçildi
Dünyanın ən böyük iti öldü
Çimərliklərin yoxlanılmasına başlanıldı
Bu da Ferrari CascoRosso
Bekhemlə Zidan üz-üzə
Pul qazanmaq üçün istehsal edilən fərqli modellər
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Xərçəng bürcü qadınına hansı hədiyyələri almalı?
Təhlükəli dəniz canlıları
Alma formalı iynə balıncı
Hələ doğulmamış körpələri FENOMEN oldu
Sarkisyan Ərdoğanın dəvətini “nəzakətlə” rədd etdi
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
İranlı "Ancelina Coli" həbs edildi-SƏBƏB
Bütün Türkiyə qara geyinəcək
Yaylıq istafədə etməyin 5 yolu
Nazir: "Devalvasiya mənfi təsir etdi"
Azərbaycan telekanallarında yenilik
İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış oldu
Qarabağda qəfil gizli görüş
Azərbaycan peyki vasitəsilə Gürcüstan telekanallarının yayımına başlanıldı
Avtobus dayanacaqlarında kart aparatlarının quraşdırılmasına başlanılıb
Monika Belluççinin qızı reklama çəkildi – FOTO
Qarındakı yağlar üçün pomidor suyu
"Snikers" tortu(foto resept)
“Facebook”da rus erməni savaşı
Çağrılmamış qonaqlar və qonaqlıq(II)
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Depressiyadan xilas yolu: pişik terapiyası
Sarı saçlar üçün xüsusi maskalar
Azərbaycandan sərt etiraz
Saç çubuqları
Avropa İttifaqı 10 ölkəyədək kiçilə bilər
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]