Əncir (lat. Fícus cárica) və ya əncir ağacı dünyanın bir çox yerində rast gəlinən Tut ailəsinə (Moraceae) aid olan subtropik yarpaqlı bitkidir. Azərbaycanda əncirin əsasən 2 növü yayılıb. Onlardan biri mədəni əncir adlanır. Respublikanın bir sıra rayonlarında becərilən bu növ əncirin ətirli, şirin, yastı armudabənzər, sarı rəngli meyvələri olur. Digəri isə Lənkəran zonasında yabanı halda yayılmış Hirkan ənciridir. Hirkan əncirinin meyvələri armudvari olsa da, rəngi tünd göydür. Abşeron ərazisində becərilən "Sarı sabahi" və ya "Sarı əncir" sortu isə xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı olan nazik qabıqlı və sarı rəngli meyvələri var.
Əncirin mövsümü əsasən yay və payız ayları sayılır. Təzə əncirin meyvələrinin rəngi müxtəlif (sarı rəngdən qara-göy rəngə qədər) ola bilər. Ətirli əncir həm təravətinə, həm də dadına görə seçilir. Əncir yeyinti sənayesində də geniş istifadə olunur. Ondan mürəbbə, kompot, cem, şərbət (sirop) hazırlanır.
Əncirin ləti çox zərif və dadlıdır. Əzilmiş və ya qabığı zədələnmiş meyvə tez xarab olmağa başlayır. Bundan başqa yetişmiş meyvədə lət olduqca tez yetişib ötür və onda qıcqırma prosesi gedir. Ona görə də əncir otaq şəraitində bir sutkadan artıq qalmır. Lakin yetişmiş ənciri soyuducuda +2o C-dən +4o C-yə qədər temperaturda 10 günədək saxlamaq olar.
Əncir insan orqanizmi üçün vacib olan müxtəlif çeşidli qida maddələri ilə zəngindir. Onun tərkibində vitaminlər, minerallar, aminturşuları, antioksidantlar, qidalı liflər və digər elementlər mövcuddur. Təzə əncirin 100 qramında 232 mq Kalium, 35 mq Kalsium, 17 mq Maqnezium, 0,4 qram Dəmir vardır.
Kalsium elementi ilə zəngin olduğundan əncir sümük xəstəlikləri və inkişaf pozğunluqları zamanı olduqca faydalıdır. Qurudulmuş əncirin tərkibində olan Fenol, Omeqa-3 və Omeqa-6 yağ turşuları isə ürək-damar xəstəliyi riskini azaldır. Mis maddələr mübadiləsi və enerji hasilatı, qan hüceyrələrinin, birləşdirici toxumaların və neyrotransmitterlərin meydana gəlməsi daxil olmaqla bir sıra bədən proseslərində iştirak edir. Vitamin B6 isə orqanizmin pəhriz zülalını parçalaması və yeni zülallar yaratması üçün lazım olan əsas maddədir.
Əncir qidalı liflərlə zəngin olduğundan mədə-bağırsağın işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Lif konsentrasiyası sağlam, müntəzəm bağırsaq funksiyasını dəstəkləməyə kömək edir və qəbizliyin qarşısını alır. Lif ishal və nizamsız bağırsaq hərəkətlərini də aradan qaldırır. Xüsusilə də qurudulmuş əncir qəbizliyi aradan qaldırmağa kömək edir. Qeyd edək ki, quru əncir digər qurudulmuş meyvələr arasında yüksək qida dəyərliliyi ilə seçilir. Quru əncirin 100 qramında 680 mq Kalium, 162 mq Kalsium, 68 mq Maqnezium, 2 mq Dəmir vardır. Qurudulmuş əncirdə şəkərin miqdarı yüksək olduğundan qısa müddətdə qan şəkərinin səviyyəsini artıra bilər. Bu səbəbdən şəkərli diabetdən əziyyət çəkən insanların qurudulmuş əncir qəbulunu məhdudlaşdırması tövsiyə olunur.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət departamentinin Keyfiyyətin idarəolunması şöbəsinin mütəxəssisi Nərgiz Əzizova tərəfindən hazırlanıb.
publika.az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Məşhur reperi güllələdilər-FOTO
Hamiləlik və toksiplazmoz
"iPhone 7Pro" gəlir
Çörəyin qiyməti ilə bağlı
"Payız uşaqları"nda bu xəstəlik daha çox olur
Bal pətəklərinin sirri açılır
İki milyon yarım zəvvar Ərafatdadırlar
MN: Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədinin kəndlərini atəşə tutur
Peyvənd edilməyən uşaqları nə gözləyir?
"Donuz qripi" Azərbaycan ərazisinə çatdı
Ən cazibədar qadın siyasətçilər
Prezidentin köməkçisi: “S-300-lərimiz Ermənistanın Mingəçevirə atdığı ballistik raketi məhv edib” - VİDEO
Qeyri-adi dizaynlı məscid - FOTO
Uorlik Qarabağ üçün Tiflisə gedib
Bu ölkə də Aİ-ni tərk edir?
Xizək üzərində hotel yaradıldı - FOTO
Makron koronavirusa yoluxdu
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Yuxular haqqında nə bilirik?
Məşhur cütlük yenidən diqqət mərkəzindədir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
Qırıq saç ucları üçün təbii maskalar
Yaşa görə dərinizin ehtiyacları
Ermənistanda zəhərlənmə
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Qırxayağın neçə ayağı var? – CAHİLLİKLƏR KİTABI
NASA Yer kürəsini məhv edəcək asteroidin düşmə tarixini açıqladı
Büdcə ilə bağlı YENİLİK: 2022-ci ilin yanvarın 1-dək təxirə salınır
Ayaqlardakı yağları əridən hərəkətlər
"Çukur"un məşhur aktyoru evləndi-FOTO
20 illik həkim maskaya görə dəlixanalıq oldu-SƏBƏB
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
27 günə 1 milyard qazandı
Kişilərin gizli qorxuları
“Hekimoğlu”da yeni aktyor
“Coca-Cola” 130 illik ənənəsini pozur
Günün qoroskopu: təmaslarda diqqətli olun
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Azərbaycan əsgəri xalqımıza səsləndi - VİDEO
Ədat
“Bitməmiş müharibənin qəhrəmanları ”
Gözaltı ləkələrinin həlli yolları
Həkimlərə qadağa!
Hərbçilərimiz Şuşada iki ədibimizin məzarını tapdılar - VİDEO
Əfqanıstanda sel:onlarla insan həlak olub
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
Dırnaq boyasını qurutmağın 4 praktik yolu
"Dördbucaq" piroqu(foto resept)
Prezidentdən mühüm fərman
Qanunda övladlığa götürmə ilə bağlı yeniliklər olacaq














