
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevtərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.Trend-in məlumatına görə, Sərəncam ümumilikdə 84 nəfərə şamil olunub. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da var.Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.Trend-in əməkdaşının verdiyi məlumata görə, bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən iki qadın cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Əfv sərəncamına düşən Məmmədova Lalə Rəşid qızı jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevə və Əfv komissiyasına öz təşəkkürünü bildirib: "Azadlığa çıxandan sonra bir daha cinayət törətməyəcəm və əmək fəaliyyətilə məşğul olacam".L.Məmmədova 2 il 3 ay məhkum həyatını yaşayıb, cəzasının çəkilməyən hissəsinin 9 ayı bağışlanıb.
Digər qadın məhkum Mahmudova Səbinə Nəbi qızına isə cəzasının çəkilməmiş hissəsinin 3 ili bağışlanıb. O da Əfv sərəncamına düşdüyü üçün Prezident İlham Əliyeva təşəkkürünü bildirib: "Anama qovuşduğum üçün çox sevincliyəm. Qadına zindan yaraşmır. Səhv edib, bura düşmüşük. Sağ olsunlar ki, səhvimizi başa düşüblər".
Əfv komissiyasının üzvü Zahid Qaralov isə çıxışında qeyd edib ki, komissiyaya əfv üçün daxil olan 100 qadın məhkumun ərizasinə baxılıb: "Onlardan yalnız əfv üçün ikisini seçə bildik. Çünki qadınlar tərəfindən ağlasığmaz cinayətlər törədilib. Mən Azərbaycanda qadınsız həbsxanalar arzulayıram".
Penitensiar Xidmətin sədr müavini Hüseyn Əlixanov isə bildirib ki, həbs həyatı yaşayan qadınların çoxu dələduzluqda ittiham olunublar: "Bu zaman dəymiş ziyanın ödənilməsi məsələsi ortalığa çıxır. Bu isə 10 minlərlə manat dəyərindədir. Ona görə də əfv olunanlar arasında qadın az olur. Məhkumlar əfv olunanda onların davranışı da nəzərə alınır".
Əfv komissiyasının üzvləri Elmira Axundova və Məlahət İbrahimqızı da çıxışlarında əfv olunanlara uğurlar arzulayıblar və ümid ediblər ki, onlar bir daha cinayət törətməyəcəklər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Almanlara qalib gəldik
Amine Gülşe Mesut üçün Bakıya gəldi-FOTO
3 günə 5 kq arıqladan kartof pəhrizi
"Dovşan" tortu (foto resept)
Həyata keçməyən arzular
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
NASA-dan mühüm açıqlama
700 bal toplayan gəncin istəyi...
ABŞ-da pilotsuz “Uber” sürücüsü adam öldürməkdə günahlandırılır
Neftin ucuzlaşması sürətlənib
Los-Anceles sakinləri şokdadırlar
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Aleyna 1 milyon qazandı
Opera-dan zənglər etmək olacaq
Günün qoroskopu: çətinliklərin öhdəsindən gəlmək asan olmayacaq
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
"Uğur sərhəd tanımır"-(Sosial Çarx)
Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)
Dependent (asılı) şəxsiyyət pozuntusu
Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu
Soyuq qış günlərində bədəni təmizləyən 3 pilinq
Azərbaycanda daha 52 şagirddə koronavirus aşkarlanıb
Bu tələbələrə pulsuz yemək və geyim veriləcək - QƏRAR
Smartfonlardan ötürülən radiasiya şüaları nə qədər TƏHLÜKƏLİDİR?
Bakıda məmur və professorların gözləri qarşısında 40 minlik kəsinti
İllərin izini üzümüzdən silirik
Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Azərbaycanda əhaliyə xəbərdarlıq edildi
Pirallahı ilə Abşeronu yeni körpü birləşdirəcək
Uşaqdakı məsuliyyət hissi nə dərəcədədir
14 kvadrat metrlik mənzil (FOTO)
Badımcan souslu makaron (video-resept)
Qadın sağlamlığı
İstanbula qış səyahəti (II hissə)
Qan şəkərini salan 5 qidalanma səhvi
Ölümə tələsən erkək arılar
Uşaqların yoqaya başlamasının 3 faydası
"Miss Universe" iştirakçılarının milli kostyumları
Çempionlar Liqasının ən çox uduzan baş məşqçiləri
Dilan və Birkan AYRILDI
Balla müalicə üsulları
Pensiyalar artırıldı
9-cu siniflərin NƏZƏRİNƏ!
Bilirsinizmi?
700 bal toplayan Elçin: "2 il televizora baxmamışam"
Skype-ın köhnə versiyası "ölür"
Azərbaycan Türkiyə istehsalı olan yeni maşınlar alır
Cennifer Lopezdən Təcavüz ETİRAFI-FOTO
Rəngarəng çantalar















- ŞƏRHLƏR