Dependent şəxsiyyət pozuntusu hər hansı bir insandan asılı halda yaşamağı ilə xarakterizə olunan anksiyetəli şəxsiyyət pozuntusudur. Bu tip şəxsiyyət pozuntusu olan fərd rahatlıq, təhlükəsizlik, məsləhət və dəstək üçün digərlərindən asılıdırlar. Bu xəstəlik olmayan şəxslərdə də bəzən qeyd olunan hisslər yaşana bilər. Lakin dependent şəxsiyyət pozuntusu olan fərdlər başqalarının inamı və dəstəyi olmadan heç bir iş görə bilməzlər. Dependent şəxsiyyət pozuntusu olan şəxslər asılı olduqları adamların yanında olmadıqda anksiyetə yaşayırlar. Bu pozuntu əsasən yeniyetməliyin erkən və ya aralıq mərhələlərində ortaya çıxa bilər.
Səbəbləri:
Prosesin şəxsiyyət pozuntusu olaraq dəyərləndirilməsi üçün aşağıda qeyd olunan qruplardan birində olması mütləqdir:
A qrupu: qəribə və ya eksentrik davranışlar
B qrupu: şişirdilmiş və ya balanssız davranışlar
C qrupu: narahat və ya əsəbi davranışlar
Dependent şəxsiyyət pozuntusu C qrupuna aid edilir. Pozuntunun göstəriciləri olaraq aşağıdakı məqamlar qeyd olunur:
İtaətkar davranışlar
Müəyyən bir qərar qəbul etmək üçün ailə və dostlardan asılı olmaq
Davamlı olaraq təhlükəsizliyə ehtiyac duyma
Təsdiq olunmadıqda incimə
Yalnız qaldıqda özünü təcrid olunmuş və narahat hiss etmə
Uzaqlaşdırılma qorxusu
Tənqidə qarşı həssaslıq
Layihələrə başlaya bilməmə
Yalnız qala bilməmə
Saflıq
Tərk edilmə qorxusu
Bu tip şəxslət davamlı olaraq onlara qarşı inam verilməsinə ehtiyac duyarlar. Həmçinin münasibət və dostluqda yaranan ayrılıqlar onlarda böyük travmalara səbəb ola bilər.
Dependent şəxsiyyət pozuntusu yaşayanlar tək qaldıqda aşağıdakıları yaşayarlar:
Əsəbilik
Anksiyetə
Qorxu
Ümidsizlik
Bu göstəricilərin bəziləri anksiyetə pozuntusu olan şəxslərdə də eynidir. Depressiya və ya menepauza kimi tibbi problemləri olanlar da bu göstəricilərin bəzilərini yaşaya bilirlər.
Diaqnoz:
İlk öncə simptomların səbəbinin hər hans orqanik mənbədən qaynaqlanmadığını araşdırmaq üçün ümumi tibbi müayinə olunmalıdır. Bunlar arasında hormon balansını yoxlamaq üçün qan testləri oluna bilər. Testlərin nəticələri dəqiq deyilsə, həkim pasiyenti psixoloqa yönləndirir. Bu pozuntudan əziyət çəkən şəxslərə əksər hallarda psixiatr tərəfindən diaqnoz qoyulur. Diaqnoz simptomların qısa anamnezi ilə başlayır. Bura simptomların nə qədər zaman müddətini əhatə etdiyi və necə başladığı daxildir. Müəyyən hallarda pasiyentin hazırki həyatı və uşaqlığı haqqında suallar verilə bilər. Diaqnozun qoyulması üçün hər hansı bir test yoxdur və buna görə də simptomlar, anamnez və ruhi vəziyyət nəzərə alınır.
Müalicə:
Antianksiyetə və antidepressant preparatlar daimi olaraq narahatlığı minimuma endirmək üçün istifadə edilir. Bu dərmanlar həddən artıq olan narahatlığın nəticəsində ortaya çıxan panik atakı da müalicə etmək məqsədiylə istifadə oluna bilər.
Bu tip şəxslərin terapiyasından ən faydalı üsullardan biri də psixoterapiyadır. Terapiya şəxsin ümumi vəziyyətini başa düşməsinə kömək edər. Həmçinin insana digərləri ilə sağlam münasibət qurmaq istiqamətində yardım edər.
Komplikasiyalar (ağırlaşmalar):
Terapiya olunmayan dependent şəxsiyyət pozuntusundan qaynaqlana bilən problemlər aşağıdakılardır:
Panik atak, avoidant (çəkingən) şəxsiyyət pozuntusu və obsessiv-kompulsiv şəxsiyyət pozuntusu
Depressiya
Maddə istifadəsi
Fobiyalar; hər hansı bir vəziyyət və ya obyektdən qaynaqlanan uzun müddətli qorxu ilə xarakterizə olunan anksiyetə pozuntusu
Erkən reabilitasiya bu problemlərin ortaya çıxmasının qarşısını alır.
Gözlənti:
Dependent şəxsiyyət pozuntusu olan şəxslər əsasən terapiya ilə reabilitasiya olur. Bu vəziyyətlə bağlı simptomların çoxu terapiya müddəti davam etdikcə azalır.
Qarşısının alınması:
Problemin səbəbi aydınlaşdırılmadığı üçün vəziyyətin inkişafının qarşısının alınması üçün hər hansı bir üsul mövcud deyil. Lakin göstəricilərin erkən diaqnozu və erkən terapiya prosesin neqativ istiqamətdə proqressivləşməsinin qarşısını ala bilər.
Nərmin Quliyeva
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Suarez: "100 faiz hazıram"
Kartof püresindən güllər (foto resept)
Bədəninizi Ramazan ayına hazırlayın
HTC Çində güclənmək istəyir
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Yenəmi eyni hədiyyələr? Biz harada səhv edirik?
Yazarı “Harri Potter”in “doğulduğu yeri” göstərdi - FOTO
Reyhanlı tomat sousu (foto resept)
Türkiyədə "Twitter" və "Facebook"a giriş qadağan edilə bilər
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı: “Ümid var ki...”
Ermənistanla sərhəd kəndlərində su hovuzu tikildi
İllərin məşhurlara təsiri
Şəhriyar Məmmədyarov: "Karlsenlə oyunda hər ikimizə çətin olacaq"
İtaliyanın oyunu azərbaycanlı hakimə tapşırıldı
Binəli Yıldırım koronavirusdan sağaldı
Dodaq ətrafı qırışları necə yox etməli?
Mayami üzərində möhtəşəm səma
Müəllimlərlə bağlı VACİB QƏRAR
Bergüzardan Halitlə bağlı 11-ci ildönümü paylaşımı - FOTO
Rusiya 36 ton Azərbaycan pomidorunu geri qaytardı-SƏBƏB
Ölkədə gediş haqları dəyişibmi?
Vivienin bürc illustrasiyaları
İctimai Televiziya Şuşada - VİDEO
Günün ulduz falı
"Avstriya yanlış addım atdı"
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Tarix zibilliyində eşələnib gələcəyini məhv edənlər
Xəzinə tapdılar borca düşdülər_FOTO
Bakıda vulkan püskürdü
Quru dərilər üçün darçın
Qatıqla arıqlayın
Qarderobunuzda hansı geyimlər olmalıdır?
HAVA necə olacaq?- 17 fevral
Londonun hava məkanı bağlandı
Gələn il neçə gün bayram edəcəyik?
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Bu xanım Türkiyənin “first lady”si olmağa hazırlaşır
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Azərbaycanda polietilen torbaların satışı qadağan ediləcək
Bakı yollarında kim, necə maşın sürür? - ARAŞDIRMA
10 erməni hərbçisi məhv edildi
Ramazandan başqa hansı günlərdə oruc tutmaq müstəhəbdir?
İflicin fəsadlarından xilas olmağın çarəsi tapılıb
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Əl əməyi, göz nuru
Bir öskürək 35 min dollara başa gəldi - FOTO/VİDEO
Sınaq imtahanının nəticələri açıqlandı
Dünyada iki növ koronavirus var
Məşhur cütlük evlənir-FOTO
İlham Əliyev yaralı əsgərlərlə görüşdü















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]